03 Fevral 2023 01:28
598
SİYASƏT
A- A+
Ermənistanda hərbi cinayətlər artıb

Ermənistanda hərbi cinayətlər artıb

 

Ermənistanda hərbi müstəvidə də böyük problemlərin hökm sürməsi heç kimə sirr deyil. Son vəziyyətin təhlili ilə bu ölkənin silahlı qüvvələrində xaos halının daha da dərinləşməsi müşahidə olunur. Narazılıq doğuran məqamlardan biri də orduda artan itki hallarının gizlədilməsinə cəhdlərin göstərilməsidir. Bu xüsusda ötən ilin aprelində aldığı xəsarətlərdən ölən erməni hərbi qulluqçu Samvel Balanasyanın olayı ətrafında proseslərin daha da gərginləşməsi müşahidə olunur.
Xatırladaq ki, ötən il Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu Samvel Balanasyan  odlu silah yarasından ölsə də, Müdafiə Nazirliyi bu barədə məlumat yaymayıb. Hadisə ilə bağlı intihar həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb. Məlum olub ki, S.Balanasyan  6 ay imiş ki, müqaviləli hərbi xidmətə başlayıbmış. Onun valideynləri intihar versiyasına inanmırlar. Anası Mariya Balanasyan eyni vaxtda postda olan 8-9 nəfərin vicdanlarının susduğuna inana bilmədiyini deyərək, onların tez və ya gec cavab verməli olacaqlarını bildirib. 
Hərbi qulluqçunun anası onun aldığı xəsarətin döş qəfəsində olduğunu qeyd etməklə, bu faktın intihar hadisəsini inkar etdiyini, məsələ ilə bağlı hazırda istintaq orqanlarının məşğul olduğunu və hər şeyin üzə çıxacağına inandığını söyləyib. 
Bu cür faktların çoxluğu fonunda belə qənaət yaranır ki, ölkədə ordunun çöküşü əvvəlki dinamika ilə davam edir. Bunu hətta müvafiq rəsmi dairələr də təsdiqləyir. Elə bunun nəticəsidir ki, ötən il Ermənistanda hərbi cinayətlərlə bağlı ittiham aktları artıb. Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda qeyd olunub ki, 2022-ci ildə komitənin Baş hərbi istintaq idarəsi 6510 işə baxıb, onlardan 2112-nin (32,4 faiz) istintaqı başa çatıb. İttiham aktları 586 nəfərə (2021-ci illə müqayisədə təxminən 60 faiz çox) tərtib edilib. Qeyd edilən müddətdə Ermənistan silahlı qüvvələrində xidmət qaydasının pozulması halları da nəzərə alınıb. 
Ümumilikdə, 2022-ci ildə İstintaq Komitəsi tərəfindən baxılan cinayət işlərinin sayı 59 830 və ya 2021-ci illə müqayisədə demək olar 43 faiz çoxdur. 
Qeyd edilir ki, il ərzində həbslə bağlı 1 768 vəsatət qaldırılıb, onlardan 1 424-ü təmin edilib. Cinayət işləri çərçivəsində əmlaka dəymiş ziyan təqribən 7,3 milyard dram (18 milyon ABŞ dolları) təşkil edib.
Başqa bir cinayətlə bağlı hərbi prokurorluq tərəfindən təhqiqat aparılarkən təsadüf nəticəsində bıçaqlanma hadisəsinin üstü açılıb. Məlum olub ki, bu cinayət uzun müddət hüquq-mühafizə orqanlarından gizlədilib. Faktla bağlı cinayət işi açılıb və Henrix Qasparyan adlı hərbi qulluqçu istintaqa cəlb olunub. 
Ermənistan  mediası yazır ki, belə hadisələrin sayı yüzlərlədir. Elə bunun nəticəsində orduda fərarililik, intihar hallarının sayı artır. Hərbi hissələrdə həmçinin epidemiya tüğyan edir. Elə bu günlərdə 50-yə yaxın əsgər ağır vəziyyətdə hospitallara yerləşdirilib. Digər tərəfdən Ermənistan ordusunun bölmələrində özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir. 
Epidemiya, soyuqların düşməsi və qar yağması da aclıqdan, şəraitsizlikdən əziyyət çəkən hərbçilər üçün bəlaya çevrilib. Əsgərlər müxtəlif virus xəstəliklərindən əziyyət çəkirlər. Tibbi heyət problemin qarşısını almağa çalışsa da, dərman preparatlarının və zəruri ləvazimatların çatışmaması səbəbindən profilaktik tədbirlər görmək mümkün olmur.
"4rd.am" saytı yazır ki, yeni müdafiə nazirinin təyin edilməsindən savayı, orduda heç bir dəyişiklik olmayıb. Ölümlər davam edir, bu məsələlər obyektiv araşdırılmır, çox pis təhqiqat aparılır, işlər açılmır. Ordudakı ağır duruma görə cavabdehlər cəzasız qalır. Vurğulanır  ki, 2020-ci il Qarabağ müharibəsində ordunun döyüş bacarığı haqda təbliğat tezisi hamının gözü qarşısında buxarlanır.
Bütün bunlar bir daha təsdiq edir ki, məğlub ölkənin ordusunun çöküşü sürətlə davam edir. 

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!