30 Noyabr 2016 12:11
183
SİYASƏT
A- A+
Ermənistanda əsgər anaları kütləvi etiraza başlayırlar

Ermənistanda əsgər anaları kütləvi etiraza başlayırlar

 

“Yoxsul xalqdan 2 dollar yığmaqdansa, oğurladıqlarını qaytarsınlar”

 

Son günlər Ermənistanda orduda baş verənlər ətrafında cəmiyyətdə artan narazılıq hakimyyət üçün daha ciddi problemə çevrilməkdədir. Çünki orduda geniş vüsət alan qanunsuzluq, korrupsiya və digər cinayət halları daha çox insanın hakimiyyətə qarşı aktiv etiraz aksiyasına qoşulmasına səbəb olub. Belə bir vaxtda isə Ermənistanda ordu ilə bağlı yeni korrupsiya faktlarının ictimailəşdirilməsi vəziyyəti daha da gərginləşdirib.
Erməni ekspert Vahan Badasyan bu vəziyyətdə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akobyana qarşı olduqca sərt ittihamlar səsləndirib: “Movses Akobyan müdafiə nazirinin müavini, Müdafiə Nazirliyinin maddi-texniki təminat departamentinin rəisi olduğu dövrdə vəzifəsindən sui-istifadə edərək, satınalmalar haqqında qanunu pozaraq özünə məxsus müəssisə ilə Müdafiə Nazirliyi arasında buğdanın bazar qiymətindən xeyli baha qiymətə satın alınmasına dair müqavilə imzalayıb. Bunun nəticəsində o, ordunun on milyonlarla vəsaitini mənimsəyib. Bəllidir ki, tenderə bir sıra qurumlar, o cümlədən ziyanla işləyən, ancaq üstünlüyü olan müəssisələr də qatılıb. Çörək istehsal edən müəssisələr bu gün o qədər də sərfəli durumda deyillər. Ancaq generallara və yüksək rütbəli zabitlərə məxsus bir sıra müəssisələr bazar qiymətlərindən 30-40 dram artıq qiymətlərlə tenderi udublar. Beləliklə, Müdafiə Nazirliyi 100-200 milyon dram ziyana düşüb”.
Badasyan deyir ki, onun istintaqa bu xüsusda təqdim etdiyi faktlar cinayət işinin qaldırılmasına yetərli olmalıdır. Amma bu qanunsuzluğa görə, araşdırma aparmaq əvəzinə Badasyanın özü istintaqa cəlb olunub. “Epress.am” saytı yazır ki, məhz belə vəziyyət orduda digər cinayətlərin də tüğyan etməsinə səbəb olur. Sayt buna sübut kimi komandir özbaşınalıqlarını göstərir və bildirir ki, belə özbaşınalığın qurbanı olan Vanadzor sakini Xaçik Barseqyan həqiqi hərbi xidmətdə olduğu zaman komandir tərəfindən döyüldükdən sonra vəfat edib. Ölən gəncin anası Sonik Qazaryanın sözlərinə görə, onun oğlu hərbi xidmətdə olduğu zaman ayağındakı ağrılara görə şikayət edirdi və axsayırdı. O bildirib ki, ondan oğlunu xidmətdən azad etmək üçün 4 min ABŞ dolları tələb ediblər.
Qazaryan bildirib ki, oğlu xidmətdən sonra etiraf edib ki, onu batalyon komandiri Viqen Mkrtçyan döyüb. Qadın hərbi komissarlığa şikayət edib. Lakin komandir bunu inkar edərək dəlillərin olmadığını deyib. Qazaryanın sözlərinə görə isə, oğlu xəstə olarkən onu əsgər yoldaşları ziyarət edib və Barseqyanın komandir tərəfindən döyüldüyünü təsdiqləyiblər. Amma belə cinayətlər cəzasız qaldığından orduda övladları həlak olan hərbçilərin valideynlərinin etirazı daha geniş xarakter alır.
Bu günlər övladları döyüş şəraitində ölən hərbçilərin anaları Nazirlər Kabinetinin binası önündə aksiya keçiriblər. Onlar həm də bildirirlər ki, hərbi xidmət zamanı ölən, yaxud yaralanan hərbçilərin ailələrinə yardım fonduna işləyən hər kəsin əməkhaqqından ayda tutulacaq 1000 dram (2 dollar) bu məqsədlə istifadə olunmayacaq. Qarabağda ölən əsgərin anası Sonik Qazaryan bu xüsusda bildirib: “Görün, nə baş verir? Yoxsul xalqdan 1000 dram yığmaqdansa, oğurladıqlarını qaytarsınlar. Onlar bu vəsaiti də sovuracaqlar. Deyəcəklər ki, əsgər sərhəddə intihar edib, bunu bəhanə edib həmin vəsaiti mənimsəyəcəklər”.
Onun sözlərinə görə, Ermənistanın baş prokuroru Artur Davtyan ölən əsgərlərin valideynlərinin hər biri ilə ayrılıqda görüşməyə söz versə də, buna əməl etmir: “Məgər Davtyanın mənim oğlumun hansı şəraitdə ölməsindən xəbəri yoxdur? Orada hər şeyi bilirlər. Unutmasınlar, nə qədər ki sağam, oğlumun ölümünə görə qisas almağa çalışacağam. Onun qanı bunların əlindən silinməyəcək. Onların nə etməsindən asılı olmayaraq, axıra qədər gedəcəyəm”.
O, aksiya zamanı baş prokurorun müavini Armen Arutyunyanın hökumətin binasından çıxdığını görüb yaxınlaşmaq istəyib. Ancaq təhlükəsizlik xidmətinin əməkdaşı buna imkan verməyib. Bununla da kifayətlənməyən həmin əməkdaş Qazaryanın oğlunun fotosunu əlindən çəkərək cırıb və yerə atıb.
Dinc şəraitdə orduda ölən hərbçi Arman Muradyanın atası Ovsep Muradyan isə bildirib: “20 il ərzində dinc şəraitdə orduda nə qədər ölən olub, bu işlərin hamısının üstü açılacaq. Bunlar, yəni müdafiə naziri və baş prokuror zəncirvari cinayətkarlardır”.
“İrs” partiyasından olan deputat Zarui Postancyan isə belə bir vaxtda yeni müdafiə naziri Vigen Sarkisyanla bağlı çox maraqlı məqamları açıqlayıb: “Vigen Sarkisyanın həyat yoldaşı qısa vaxtda milyonçuya çevrilib. İndi bu milyonçu qadın da, əhalinin kasıb olan əsas hissəsi də eyni qaydada 1000 dram ödəməlidir? Siz buna milli vergi demək istəyirsiniz? Xeyr, bu milli vergi deyil, bu dilənçilikdir”.
Postancyan deyib: “Müdafiə naziri Vigen Sarkisyan bu qanunun nizamnamə qaydalarının pozulması zamanı həlak olan və yaralananlara şamil edilməyəcəyini bildirib. Halbuki 1996-cı ildən indiyədək rəsmi məlumatlara görə, qeyri-döyüş şəraitində 950, qeyri-rəsmi məlumatlara görə, 2000-dək hərbçi ölüb. Biz itkilərə məruz qalmışıq, indi də prezident Serj Sarkisyan bizə dilənçiliklə müşayiət olunan qanun qəbul etdirib.
Orduda müddətli hərbi xidmət qulluqçularının 4000 dram aylıq məvacib almaq hüquqları var. Ancaq bu vəsait onların heç birinə ödənilmir. Onlar sadəcə qol çəkir və bu pullar hesabına həmin generallar, komandirlər varlanırlar. Valideynlər hər ay övladlarına bağlamalar göndərir. Bunu sübut edən çox sayda valideyn müraciətləri var”.
Bütün bunlar nəticəsində Ermənistanda orduya çağırışdan yayınan əsgərlərin sayı durmadan artır. Baş verən qanunsuzluqlar fonunda cəmiyyətdə orduya heç bir inam qalmayıb. Hesab olunur ki, məhz bu hal indiki hakimiyyətin mövqelərinin daha sürətlə laxlamasını da şərtləndirir.

Elçin CƏFƏROV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 oktyabr tarixli 177 nömrəli Qərarının ləğv edilməsi barədə

02:09
16 Dekabr

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!