04 Oktyabr 2023 10:50
286
SİYASƏT
A- A+
Ermənistan Putini cinayətkar hesab edir

Ermənistan Putini cinayətkar hesab edir

 

Və həbsinə hazırlaşır

 

Son dövrdə Hayastan və Rusiya arasında münasibətlərin kifayət qədər pisləşməsi, iki ölkənin əlaqələrinin kəskin ziddiyyətlər mərhələsinə qədəm qoyması müşahidə olunmaqdadır. Hayastan Qərbin verdiyi vədlərə arxayın olaraq müttəfiqi Rusiyaya qarşı çıxır. Hər halda Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasət də onun konkret seçim etdiyini göstərir, Rusiyanın xeyrinə olmayan istiqamətdə israrlı davranmağa çalışır. Yəni, Qərb qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir.
Bütün bunların fonunda Roma Əsasnaməsinin (Roma Statutu) qəbul edilməsi Ermənistan və Rusiya arasındakı münasibətlərin daha da gərginləşməsi anlamına gəlir. Belə ki, dünən Hayastan parlamenti 62 səs lehinə olmaqla Roma Statutunu ratifikasiya edib. Parlamentin müxalif "Hayastan" və "Patev unem" fraksiyalarının üzvləri səsvermədə iştirak etməyiblər.
Beləliklə, rəsmi İrəvan Beynəlxalq Cinayət Məhkəməsinin öhdəliklərini öz üzərinə götürərək, Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə səfəri çərçivəsində onu həbs etmə hüququna malik olub.
Ümumiyyətlə, Nikol Paşinyanın Rusiyanı Hayastanın təhlükəsizliyinə qarant dura bilməməkdə, üçtərəfli anlaşmaların mövcud öhdəliklərinin icrasından məqsədli şəkildə yayınmaqda suçlaması Kremlin səbrini ciddi şəkildə sınağa çəkib. "4rd.am" nəşri yazıb ki, Nikol Paşinyan hökuməti üçün havada bir təhlükə var. Qeyd olunub ki, Hayastanda həm hakimiyyət, həm müxalifət, həm də ictimaiyyətin geniş təbəqələri bundan danışır. Təhlükənin haradan gəldiyi hələ görünməsə də, faktdır ki, müxalifətçilərin gözləntiləri, Nikol Paşinyan və komanda yoldaşlarının təşviş və qorxusu var. Geniş ictimaiyyət isə yaxın gələcəkdə kimin kimlə əvəzlənəcəyini gözləyir.  
Qeyd olunub ki, Nikol Paşinyan Hayastanda öz yerinə rusiyayönlü fiqurun gələcəyindən ehtiyat edərək, hələ də Qərbdən dəstək almağa, hakimiyyətini saxlamağa çalışır. İndi bütün komanda təbliğat-təşviqat kampaniyası, səs toplamaq ilə yanaşı, həm də məktub və zənglərlə məşğuldur ki, Nikol Paşinyanın getməsinin Hayastanda Rusiyanın güclənməsi anlamına gəldiyini müxtəlif paytaxtlara başa salsınlar.  
Diplomatik korpusa Paşinyan hakimiyyətinin üzləşdiyi təhlükələr barədə müxtəlif kanallar vasitəsilə müxtəlif ölkələrin hakimiyyət orqanlarını məlumatlandırmaq da tapşırılıb. Bir vaxtlar Rusiyada Hayastana lobbiçilik edən qüvvələr də indi tamam əks mövqe sərgiləyirlər. Əsas səbəb kimi də o göstərilir ki, Paşinyan anti-Rusiya siyasəti yürüdür və  Qərbdən gələn göstərişlər əsasında hərəkət edir. Açıq qeyd olunur ki, Paşinyan Hayastanın ənənəvi strateji müttəfiqi olan Rusiya ilə münasibətləri korlamaq xəttini seçib. 
Məlumdur ki, Rusiyanın orbitindən uzaqlaşmaq, ərazisindəki rus hərbi bazalarını çıxarmaq baş nazir Nikol Paşinyanın qarşısında duran prioritet məsələ olub və indi də nəyin bahasına olursa-olsun, bu tələbi reallaşdırmağa çalışır. Şübhəsiz, bu istiqamətdə ilk  addım da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarıdır. Baş nazir Nikol Paşinyan təşkilatı tərk etmək barədə Qərbin qoyduğu tələbi artıq reallaşdırmaq üzrədir. 
Bir neçə gün bundan öncəki açıqlamalarında Hayastan baş naziri bir çox problemlərin yaranmasında Rusiyanı günahkar hesab edərək deyib ki, Moskvanın hərbi mövcudluğu İrəvanın təhlükəsizliyinə təhdid yaradır. 
Dünən Kremlin sözçüsü Dmitri Peskov da Ermənistanın son qərarına münasibətini açıqlayıb: "Kreml istəməzdi ki, Vladimir Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun. Kreml Ermənistanın Roma Statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər baxımından yanlış addım hesab edir və Ermənistanın Roma Statuna qoşulmasından sonra Rusiya diplomatik həll yolu tapmağa çalışacaq".
Peskov vurğulayıb ki, Kreml İrəvanın ikitərəfli mexanizmlər və KTMT-ni tənqid etməsi ilə razılaşmır və Ermənistanın bu mexanizmlərdən yaxşı heç nəyi yoxdur. "Rusiya Qarabağ ermənilərinə humanitar yardım göstərməkdə davam edir. Bugünkü Qarabağ ətrafında vəziyyət Paşinyanın özünün verdiyi qərar idi", - deyə o qeyd edib.
Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, İrəvan bu istiqamətdə yaxın vaxtlarda kəskin addımlar ata bilər. Görünən odur ki, Hayastanda anti-Rusiya ritorika və bəyanatları artmaqda davam edəcək.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!