Ermənistan işğalçılıq siyasəti və müharibə cinayətləri ilə beynəlxalq hüququn normalarını pozub
“Beynəlxalq konvensiyalara görə, silahlı münaqişələrdə tərəflərin müharibə qaydaları və tətbiq olunan vasitələrdən istifadə məsələsində məhdudiyyətlər var. Digər qanunsuzluqlarla bərabər qadağan olunmuş silahlardan istifadə edən Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti və müharibə cinayətləri ilə beynəlxalq hüququn bütün normalarını pozub”.
Bu fikirləri Türkiyə Böyük Millət Məclisi İnsan Haqlarının Araşdırılması Komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasından olan deputat Hakan Çavuşoğlu Türkiyə parlamentində təşkil olunan “İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda panel müzakirədəki çıxışında ifadə edib.
Hakan Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsinin tarixindən, erməni toplumunun bu bölgədə qanunsuz məskunlaşdırılmasından, keçmiş sovetlər birliyi dövründə bölgəyə əsassız olaraq muxtariyyət verilməsindən söz açıb. Bildirib ki, ermənilər yerləşdikləri Azərbaycan torpaqlarına sonralar iddialarla çıxış edib və işğalçı siyasət yürüdüb. Nəticədə bir milyondan çox azərbaycanlı yurd yerindən qaçqın-köçkün düşüb, Xocalı şəhərində Azərbaycan xalqına qarşı soyqırımı törədilib.
Müasir dövrdə dünya birliyi tərəfindən tanınmış dövlət sərhədlərini pozmağın, əsassız ərazi iddialarının beynəlxalq hüquqla cinayət tərkibli fəaliyyət olduğunu diqqətə çatdıran deputat deyib: “Ötən il 44 günlük müharibənin başvermə səbəbi Ermənistanın işğalçılıq siyasəti və Azərbaycana qarşı davamlı hərbi hücumlarıdır. Təcavüzkar Ermənistan müharibə dövründə Azərbaycanın yaşayış məskənlərini, dinc əhalini, infrastrukturu, kommunikasiyaları məqsədli şəkildə artilleriya və raket atəşinə tutmaqla, eləcə də qadağan olunmuş silahlar, ballistik raketlər tətbiq etməklə ağır müharibə cinayətləri törədib”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!