20 Aprel 2025 08:20
650
SİYASƏT
A- A+
Ermənistan Fransa asılılığından xilas ola bilmir

Ermənistan Fransa asılılığından xilas ola bilmir


Elə buna görə də sülh müqaviləsinin imzalanmasını uzadır


Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması dünyanın siyasi gündəmində müzakirə olunan əsas mövzulardandır. Roma Papası Fransisk martın sonunda möminlərə müraciətində xəstəxanada olan zaman eşitdiyi xoş xəbərlər sırasında postsovet məkanından iki ölkə arasında sülh sazişinin yekun mətni üzrə razılığa gəlinməsini xüsusi olaraq qeyd etmişdir: "...Mən şadam ki, Ermənistan və Azərbaycan sülh sazişinin yekun mətni üzrə razılığa gəliblər. Ümid edirəm ki, o, ən qısa zamanda imzalanacaq və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına kömək edəcək".

Məsələ burasındadır ki, yekun mətni üzrə razılığa gəlinsə də, prinsipial məsələlər üzrə fikir ayrılıqları hələ ki,  aradan qaldırılmayıb. Ermənistanda dəqiq bilirlər ki, Azərbaycanın iki şərti - ATƏT-in Minski qrupu ləğv edilməyincə və Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazı iddiası olan maddə ləğv olunmayınca sülh müqaviləsi imzalanmayacaq. Dövlətimizin başçısının dediyi kimi, doğrudan da bu ölkə sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir. 

Son zamanlar Ermənistan rəsmilərinin verdiyi bəyanatlara diqqət yetirsək görərik ki, bu ölkə sülh müqaviləsini imzalamaqda özünü maraqlı tərəf kimi göstərir. Bəs, onda sülh müqaviləsini imzalamağa mane olan səbəblər nədir? Şübhəsiz ki, buna xarici faktorlar imkan vermir. Diqqət etsək görərik ki, iki ölkə arasında sülh sazişinin razılaşması haqqında ölkə rəsmiləri açıqlama verdikdən sonra regionda geosiyasi marağı olan ölkələr, xüsusilə də Fransa fəaliyyətini artırıb. Yeri gəldi-gəlmədi, qərəzli kampaniya aparıb təsirində olan beynəlxalq qurumlar vasitəsi ilə ölkəmizə təzyiq göstərməyə çalışır. İstər Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun, istərsə də AŞPA-nın sədri Teodoros Rusopulos həqiqəti əks etdirməyən qərəzli fikirlərini təsadüfi hesab etmək olmaz. Bunlar Fransanın ölkəmizə qarşı koordinasiyalı şəkildə və ardıcıl təşkil etdiyi qarayaxma kampaniyasının davamıdır.

Xatırladaq ki, Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro aprelin 14-də Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən regional gərginlik, sülh prosesi və hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddiaları səsləndirib.

Fransanın əsas məqsədi heç də regionda davamlı sülhə nail olmaq deyil. Bu ölkənın əsas məqsədi sülh perspektivlərinə mane olmaqdır. 30 illik münaqişə dövründə ermənilər üçün çalışan belə bir dövlətin bu gün qərəzli mövqe sərgiləməsi təəccüblü görünmür. Lakin onu da anlamır ki, bu, Fransanın özünüifşası deməkdir. 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının Ermənistandakı missiyasının genişləndirilməsi ilə bağlı Parisin mövqeyini Moskvanın necə qiymətləndirdiyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, Fransa və Avropa İttifaqının Ermənistandakı fəaliyyəti Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməklə bağlı deyil, əksinə, regionda kənar müdaxilənin gücləndirilməsinə və sabitliyin pozulmasına yönəlib. M.Zaxarova deyib: "Bəli, avropalıların, ilk növbədə fransızların öz geosiyasi məqsədlərinə nail olmaq üçün regional gərginliyin saxlanmasında maraqlı olduqlarını deməyə bütün əsaslar var. Onlar bizi inandırmağa çalışsalar da, Cənubi Qafqazda Parisin xoş niyyətlərinin olması ilə bağlı heç bir illüziyamız yoxdur". Diplomat qeyd edib ki, regionda gündəm gərginliyin azaldılması, normallaşması, sülh, quruculuq, yaradıcılıq prosesi ilə uzlaşmır. O bildirib: "Biz Avropa İttifaqının Ermənistandakı əsl məqsədlərinin nə olduğunu lap yaxşı bilirik. Onlar Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək istəmir. Avropa İttifaqının nümayəndələrini casus müşahidəçi adlandırmaq olar. Onlar həm daxildə, həm də xaricdə Ermənistanla qonşu olan bütün dövlətlərə və ölkələrə qarşı işləyirlər". O əlavə edib ki, Paris təmsilçilərinin bölgədə olarkən topladıqları məlumatlar heç bir şəkildə erməni həmkarları ilə paylaşılmır: "Çünki məqsəd başqadır. Onlar hər şeyi birbaşa Brüsselə göndərirlər. Nə üçün? Mənə elə gəlir ki, Brüsselin postsovet məkanında vəzifəsini heç kəs gizlətmir də. Bu, sonsuz xaos, ixtilaf, qarşıdurmadır". M.Zaxarova vurğulayıb ki, Aİ müşahidəçiləri regiona heç bir sabitlik gətirmir, əksinə, "yeni ayırıcı xətlər, yeni gərginlik ocaqları, yeni problemlər yaradırlar". 

Avropalılar, ən əsası da Fransa öz geosiyasi məqsədləri naminə Cənubi Qafqazda vəziyyətin gərginləşməsində maraqlıdır. Ermənistanla Azərbaycan arasında məhz Yelisey Sarayının vasitəçilik adı ilə regionda vəziyyəti gərginləşdirməyə yönələn addımlar atdığının artıq hamı şahidi olub.

2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunmuş kompleks razılaşmalar, o cümlədən kommunikasiyaların açılması məsələsi tam şəkildə öz aktuallığını qoruyub saxlayır. M.Zaxarova vurğulayıb ki, "üçtərəfli formatda tamhüquqlu qarşılıqlı fəaliyyətin tezliklə bərpası Cənubi Qafqazda davamlı sülhün və rifahın təmin olunmasına şərait yarada bilər". 

Bu gün istər Ermənistanda, istər Azərbaycanda, istərsə də dünyada insanlar bir suala daha çox cavab axtarırlar: "İki ölkə arasında sülh müqaviləsi nə zaman imzalanacaq?" Fikrimizcə, bu sualın ən doğru cavabı Ermənistanın Fransa asılılığından xilas olduğu gündür.


Elşən QƏNİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!