16 Aprel 2024 08:10
236
SİYASƏT
A- A+

Ermənistan davranışları ilə sülhə qarşı çıxır

 

"Himayədarı olan qüvvələrin maraqlarına xidmət edən Ermənistan təxribatlara əl ataraq Azərbaycanla sülh sazişi imzalamaqdan yayınır. Xüsusilə Fransa ilə hərbi əməkdaşlığını genişləndirmək üçün ölkəmizə qarşı bütün təxribat planlarını sınayır. Beləliklə, İrəvan saxta vədlərə aldanaraq regionda uzunmüddətli və dayanıqlı sülhün bərpasına mane olur".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, son vaxtlar Ermənistan Azərbaycanla şərti dövlət sərhədində hərbi təxribatlarını artırıb: "Təkcə aprelin 5-də Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri, ümumilikdə 30 dəfə atəşə tutulub. Separatçılar sonrakı günlərdə də təxribatlarını davam etdiriblər. Sözügedən hərbi təxribatların aprelin 5-də Brüsseldə ABŞ-Ermənistan-Avropa İttifaqının müştərək konfransı ərəfəsində və görüşdən sonra baş verməsi də təsadüfi deyil. Bu, Brüssel görüşünün "nəticə"sidir. Şübhəsiz, burada Fransanın rolu da istisna edilmir. Bu fakt Azərbaycanın həmin görüşün Cənubi Qafqazda gərginliyin artırılmasına "töhfə verəcəyi" ilə bağlı narahatlığını təsdiq edir". 
Deputat söyləyib ki, Azərbaycan regionda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərsə də, Ermənistan davranışları ilə buna maraqlı olmadığını açıq-aşkar nümayiş etdirir: "Əslində, belə təxribatların törədilməsi gözlənilən idi. Fransanın Avropa İttifaqında əsas söz sahiblərindən biri olduğunu nəzərə alsaq, Ermənistanın Parisin diktəsi ilə təxribatlara əl atması təəccüblü görünmür. Xatırladaq ki, hələ Brüssel görüşündən bir neçə gün öncədən Ermənistan şərti sərhədə ağır texnika və canlı qüvvə toplamağa başlamışdı". 
Müsahibimiz əlavə edib ki, Ermənistan havadarlarının təsiri ilə regionu təhlükəyə atır. Əslində isə, bu ölkə heç kimə güvənməməlidir. Ermənistan 2020-ci ildən etibarən baş verən hadisələri, təxribatlar törətdikdən sonra başına gələnləri unutmamalıdır. Həmin təcrübələr qarşı tərəf üçün dərs olmalıdır. Fransanın Ermənistanı silahlandırdığını xatırladan Sevinc Fətəliyeva qeyd edib ki, rəsmi Paris Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək niyyətindədir. Məqsəd bölgədə yeni müharibəni alovlandırmaqdır. Bununla da, Fransa Ermənistana dəstək bəhanəsi ilə regiona daxil olmağa çalışır. Ona görə də Paris bəzi beynəlxalq aktorları prosesə cəlb etməyə cəhd göstərir.
"Azərbaycan tezliklə Ermənistanla sülh sazişinin imzalanmasının tərəfdarıdır. Lakin Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Lakin unudur ki, belə təxribatlar yalnız İrəvanın özü üçün problemlər yarada bilər. Ermənistan müharibədə məğlub olan tərəf kimi mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və öhdəliklərə əməl etməlidir", -deyə deputat vurğulayıb.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video