26 Sentyabr 2024 09:10
583
SİYASƏT
A- A+
Ermənilərdə təşviş daha da artıb: "Çox qorxulu bir vəziyyətdir. Sülh istəyirik, sülh!"

Ermənilərdə təşviş daha da artıb: "Çox qorxulu bir vəziyyətdir. Sülh istəyirik, sülh!"


Prezident İlham Əliyevin Milli Məclisdə səsləndirdiyi fikirlər Ermənistanda böyük narahatlığa səbəb olub


Prezident İlham Əliyevin  yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı Ermənistanla bağlı səsləndirdiyi fikirləri İrəvanda da xüsusi diqqət mərkəzindədir. Dövlət başçısının verdiyi açıq mesajlar həm də erməni sosial şəbəkə istifadəçilərinin də nəzərindən qaçmayıb.  

Xəbər portallarının rusdilli versiyasında dövlətimizin başçısının parlamentdəki çıxışından yayılan hissələrin, videoçarxların təqdim olunaraq müzakirəyə çıxarılması  məğlub ölkədə ictimai çaşqınlığı və bunun artıq xaosa çevrildiyini göstərir. Bu fonda erməni cəmiyyəti Sarkisyan-Koçaryan  rejimindən sonra Paşinyanı da artıq Ermənistanın əsas bəlası saymağa başlayıb. 

Ermənilərin sosial şəbəkələrdəki statusları, şərhləri göstərir ki, onlar ölkələrinin məhvə doğru getməsi, İlham Əliyevin Ermənistan üzərində üstünlüyünün artması barədə ortaq rəydədirlər. Erməni istifadəçilər tərəfindən yazılan status və şərhləri oxucuların diqqətinə çatdırırıq.

Siyasi ekspert Artyom Qazaryan yazır ki, 2024-cü ili də ağır hisslər və əhvali-ruhiyyə ilə başa vurmaq üzrəyik. 30 ildən sonra  44 günlük müharibə məğlubiyyətinə və minlərlə gənc həyatların ağır itkilərinə sahibik: "Otuz ildən sonra ermənilər Ermənistanı təhdid edən güclü problemlər qarşısında, demək olar, gücsüz vəziyyətə düşüblər. İndi danışmaq hədsiz dərəcədə çətindir. Bəlkə də danışmaq lazım deyil. Gənclərimizin itkisinə sakitcə yas tutmaq, digər müharibə itkilərini güclə daşımaq və iş görmək - dövləti bu çuxurdan çıxarmaq və suverenlik, müasirlik yoluna qoymaq üçün iş görmək lazımdır. Amma görülmür. Biz bu gedişlə Qarabağdan əlavə, Ermənistanı da itirə bilərik. Çünki insanlarda heç bir inam qalmayıb".

Raçik Nalbandiyan "VKontakte" sosial şəbəkəsində Prezident İlham Əliyevin açıqlamalarının yer aldığı xəbərin rəy bölümündə Paşinyanın şəklini paylaşaraq "Ermənistanı sizinlə daha parlaq gələcək gözləyir" şərhi çoxsaylı tənqidlərə, təhqirlərə tuş gəlib. Karen Melikyan  adlı istifadəçinin bu fotoya şərhi isə daha çox bəyənmə toplayıb: "İlham Əliyev bizim Paşinyanı informasiya müharibəsində də məğlub etməkdə davam edir. Müxtəlif sosial qruplarda "klaviatura qəhrəmanları" çoxsaylı statuslar və şərhlərlə bildirirlər ki, belə çıxış etməklə Nikolu Əliyev qarşısında çox aşağı səviyyəyə salırsınız. Vətənə xəyanət edirsiniz. Vətənə biz yox, Paşinyan və onu burada müdafiə edənlər xəyanət edirlər. Neyləməliyik? Ermənistan məhv olur, susmalıyıq?"

Tatevos Şaumyan adlı istifadəçi "X"də Prezident İlham Əliyevin " Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar" sözlərinə belə reaksiya verib: "Bir neçə dəfə bu cür statuslarıma görə, tənqid edilib, hətta döyülmüşəm. Bizim başqalarının torpaqlarında nə işimiz var, axı? Özüm də Zəngəzurdanam. Zəngəzur bu anda regionun geosiyasi mərkəzidir. İlham Əliyev Ermənistanı sülhə çağırır, Paşinyan isə yalançı vədlərlə yeni ordu yaradır. Fransa başda olmaqla, bir çoxları öz maraqlarını güdürlər. Mənim kimi minlərlə erməni sülh müqaviləsinin imzalanmasını çox böyük səbirsizliklə gözləyir. Bu, biz bədbəxt erməniləri bəlkə də ağ günə çıxardar". 

"İravnuk" qəzetinin "İnstaqram" səhifəsində Azərbaycan Prezidentindən sitat gətirilən "...Dırnaqarası "Avropa Sülh Fondu". Silah üçün nəzərdə tutulan fond, ona Sülh Fondu deyirlər, Ermənistan ondan istifadə edir, Fransadan pulsuz silah alır. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar" başlığı daha çox diqqət çəkib. Rəy bildirənlərdən Boris Safaryanın fikirləri isə, əslində, həqiqəti göstərir: "Bizi İlham Əliyevə xidmətdə, onu sevməkdə günahlandırırlar. Heç bir erməni o Prezidenti sevmir və sevə də bilməz. Onun ölkəsi də, xalqı da düşməndir, özü də düşməndir. Amma axı ağıllı düşməndir. Bizim ağılsız keçmiş  prezidentlərimiz və hazırkı baş nazirimiz kimi öz xalqını ac qoymur, müharibədə fərarilik etmir. Görün Azərbaycan hansı səviyyədədir. 28 il əvvəl az qala Bakıya çatırdıq. Amma indi görün nə gündəyik. Artıq İrəvanda da qorxaraq oturmuşuq. Ağıllı düşmən ağılsız baş nazirimizi və bədbəxt dövlətimizi məhv edir, budur reallıq. Fransa bizim hansı durumumuza gün ağlayır?"

Arşalyus Saakyan adlı "Feysbuk" istifadəçisi isə 2018-ci ildə Xankədidə çəkdirdiyi şəkli paylaşaraq vahimə dolu status paylaşıb: "Nə vaxta qədər belə davam edəcək? Azərbaycanlıların Qarabağa qayıdışı yuxularımızı qaçırdıb. Müharibədə Azərbaycana uduzduğumuzu görmüşdük, indi isə psixologiyamız pozulub. Belə  qorxu ilə yaşamaq istəmirik". 

Profilinə baxdıqda illər öncə Xankəndidə yaşadığı qeyd edilən Roza Marqaryan  adlı "Feysbuk" istifadəçisi paylaşdığı statusda bildirib ki, xalqın yalançı Paşinyana artıq inamı tamamilə tükənib: "Fransaya inanmaq olmaz. Makronla tez-tez görüşəndən sonra  Qarabağda bir erməni belə qalmadı. Hamımız qaçdıq".

Vazgen Tsarukyan adlı "Feysbuk" istifadəçisi isə paylaşımında daha bədbin şərh verib: "Dostlar, Paşinyan Ermənistanı satır, ayılın! Xəbəriniz varmı ki, İlham Əliyev yavaş-yavaş Sünikə, İrəvana doğru irəliləyir. Məni qınasanız da deyəcəm: Övladlarıma, mənə müharibə və "Artsax" (Qarabağ-red.) lazım  deyil. Paşinyan da Sarkisyanın tayıdır. Çox qorxulu bir vəziyyətdir. Sülh istəyirik, sülh!"

Bütün bunlar əsl həqiqətlərin nədən ibarət olduğunun artıq erməni cəmiyyəti tərəfindən də dərk olunduğunu aydın nümayiş etdirir. İndi anlamağa başlayıblar ki, Ermənistanın acınacaqlı vəziyyətə düşməsinin əsas səbəbi 30 ilə yaxın davam edən işğalçılıq siyasəti və buna görə Azərbaycanın gördüyü tədbirlərdir.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!