24 Aprel 2024 08:50
207
SİYASƏT
A- A+

Erməni xəyanəti

 

Dahi mütəfəkkirlərdən biri deyib ki, tarix yazıldığından da qəlizdir. Bəlkə də onu yazanlar baş verən hadisələri qəsdən dəqiq yazmayıblar, necə deyərlər, qəlizləşdiriblər. Ona görə ki, gələcək nəsillər tarixin hansısa bir ilində, ayında baş verən hadisələrdən dəqiq məlumatlı olmasınlar. Tarix yazanların qəsdən qəlizləşdirdiyi məsələlərdən biri də "erməni soyqırımı"dır. Dərininə varıb həqiqəti öyrənəndə məlum olur ki, əslində, bu, bəzi dırnaqarası tarixçilərin yazdığı kimi soyqırımı deyil, erməni xəyanətidir. 1915-ci ildə qardaş Türkiyədə baş verən hadisələr soyqırımından uzaq olan, ermənilərin yaşadıqları ölkəyə, dövlətə qarşı xəyanətlərindən başqa bir şey deyil.
Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nın növbəti ildönümünü qeyd edir. Hər dəfə də bu qondarma tarixlə bağlı indiyə qədər yazılan yalanların gözünə yeni absurd ideyalar qatır, sərsəmlik dərəcəsinə çatdırdıqları uydurmalarını dünya ictimai rəyinə həqiqət kimi sırımağa çalışırlar. Artıq 109 ildən çoxdur ki, ermənilər heç vaxt olmamış soyqırımı ilə bağlı dünya birliyini bezdiriblər. Daşnaklar vay-şivən qoparırlar ki, guya 1915-ci ildə Türkiyədə erməni soyqırımı baş vemiş və 1,5 milyon erməni öldürülmüşdür. Halbuki 1914-cü il Osmanlı siyahıyaalmalarının nəticələrinə görə, Ərzurumdan Vana qədər böyük ərazidə ermənilərin sayı 900 min nəfər olub. Bəs bu milyon yarım erməni haradan ortalığa çıxarılıb?
Əslində, 1915-ci il aprelin 24-də Osmanlı dövlətinin ərazisində bir nəfər də olsun erməni qətlə yetirilməyib. Sadəcə olaraq, ölkədə cinayətkar fəaliyyətinə və dövlətə xəyanətinə görə ermənilərin "Daşnak" və "Hnçak" partiyalarının rəhbərləri həbs olunub. Tarixi faktlar, arxiv materialları da sübut edir ki, həmin şəxslər öldürülməyiblər.  Ermənilərin bəhs etdiyi köçürülmə hadisəsi də bu tarixə təsadüf etmir. Ermənilərin uydurduqları qondarma "erməni soyqırımı" məsələsinin mahiyyəti belədir: Osmanlı İmperiyasını parçalamaq istəyən dövlətlər XX əsrin əvvəllərindən etibarən ona qarşı müxtəlif planlar cızırdılar. "Şərq məsələsi" adlanan ideya da məhz həmin planların reallaşdırılması məqsədilə ortaya atılmışdı. 1890-cı ildən başlayan üsyanlar 1915-ci ildə Osmanlı hakimiyyətini radikal addımlar atmağa məcbur etmiş və sözügedən soyqırımı iddiası da bu dövrdən etibarən ortaya çıxmışdı. Bölgədə təşkilatlanan erməni komitələri həmin dövrdə mülki şəxslərə qarşı xüsusi amansızlıq göstərmişlər. Bir növ, ərazisində və himayəsində yaşadıqları dövlətə xaincəsinə xəyanət etmişlər. Birinci Dünya müharibəsi ərəfəsində  ruslara qoşulan xəyanətkar ermənilərin türklərə qarşı savaşması səbəbindən Osmanlı dövləti 27 may 1915-ci ildə köç qərarı çıxarmışdı. Həmin qərardan öncə isə ermənilərin soyqırımı günü kimi qəbul etdikləri 24 apreldə 2345 erməni lider həbs edilmişdir. Onların böyük əksəriyyəti kəndlərə hücum edərək silahsız türk əhalisini öldürmüşdülər. Təbiidir ki, Osmanlı dövləti ermənilərin bu xəyanətini cavabsız qoya bilməzdi. İmperatorun 1914-cü ildə verdiyi qərarnamə ilə Şərqi Anadoluda yaşayan ermənilərin imperiyanın başqa əyalətlərinə köçürülməsinə başlanıldı. Əgər belə bir hadisə Türkiyədə deyil, hansısa başqa bir dövlətin ərazisində də baş vermis olsaydı, yəqin ki, ölkə başçısı tərəfindən daha radikal addımlar atılardı. 
Aparılan tədqiqatlar göstərir ki, bu soyqırımı ermənilərin təxəyyül səyləri hesabına yazılmış hekayətdən başqa bir şey deyil. Təəssüf ki, erməni uydurmaları bununla bitmir. Bunu erməni tarixçilərinin özləri də etiraf edirlər. Xarkovda yaşayan erməni tarixçisi Filipp Ekozyantsin fikirləri bu yöndə diqqətçəkəndir: "Mən çoxdan bir maraqlı fakta diqqət kəsilmişəm. Bütün sivil dünya - ABŞ-dən tutmuş Çinə, İsraildən Norveçə kimi - Ermənistanı Ermənistan, erməniləri erməni adlandırır. Ancaq dünyada bir azsaylı, cırtdan deyilə biləcək qədər kiçik bir xalq var ki, onun dilində "erməni" və yaxud ona az da olsa oxşayan başqa bir söz yoxdur. Nə qədər paradoksal olsa da, bu xalq - ermənilərdir. Onlar bütün dünyadan fərqli olaraq özlərinə "hay" deyir, öz vətənlərini isə "Hayastan" adlandırırlar".
Azərbaycan tarixşünaslığı həm Ermənistan ərazilərindən dəfələrlə soydaşlarımızın deportasiyasını, həm də 1905-ci ildən başlayan və saysız-hesabsız qurbanlarla müşayiət olunan Osmanlı və Azərbaycan türklərinə qarşı erməni qətliamlarını araşdıraraq, əslində, soyqırımından daha çox Azərbaycan türklərinin əziyyət çəkdiyini isbata yetirmişdir. Tarixçilər ermənilərin xəyanətkar olduqlarını konkret faktlarla sübut etmişlər.
Son dövrlər ermənilərin bu istiqamətdə fəaliyyətləri daha da güclənib. Onlar xaricdəki  lobbilərinin yaxından köməyi ilə müxtəlif ölkələrin parlamentlərinə müraciət edərək olmayan soyqırımının pislənməsi ilə bağlı qərarlar qəbul etdirməyə çalışır, buna qismən nail ola bilirlər. Bu məsələdə bəzi Qərb ölkələri, xüsusən Fransa, İsveçrə, Hollandiya daha çox fəallıq göstərirlər.
Qondarma "erməni soyqırımı" mövzusunu siyasiləşdirərək gündəmə gətirən dövlətlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən Türkiyədə 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnaklarının iştirakı ilə 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə isə susqunluq nümayiş etdirirlər. 109 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 31 il öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsinə göz yumurlar. Tarixin bu səhifəsinə baxmaq istəmirlər.  
24 aprel qondarma soyqırımı məsələsində rəsmi Türkiyənin qəti mövqeyi belədir ki, "erməni soyqırımı" ideyası bir araşdırma mövzusu kimi siyasətçilərin deyil, tarixçilərin müzakirə predmetidir. Türkiyə dəfələrlə bəyan edib ki, bu cəfəngiyyata son qoyulması üçün tərəfsiz ortaq komissiya yaradılsın və həmin komissiya istər Türkiyədə, istərsə də xarici dövlətlərin arxivlərində olan sənədləri araşdıraraq yekun nəticəyə gəlsin. Lakin erməni tarixçiləri istinad etdikləri "sənədlərin" saxta olmasının sübuta yetəcəyindən qorxaraq, belə bir komissiyanın yaradılmasını istəmirlər, bu işə mane olurlar. Çünki onlar yaxşı bilirlər ki, "erməni soyqırımı" tarixin ən böyük yalanıdır. Bu, əslində, soyqırımı deyil, ermənilərin Türkiyəyə, Azərbaycana xəyanətidir. Erməni xəyanətinin isə sonu yoxdur. Bu xislətdə olan ermənilər dünən Türkiyəyə, bu gün Azərbaycana, sabahsa istənilən bir dövlətə xəyanət edə bilərlər. Tarix göstərir ki, harada xəyanət varsa, orada erməni var.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video