15 Sentyabr 2022 02:28
703
SİYASƏT
A- A+
Erməni ordusu azərbaycanlı mülki əhalini də hədəfə alıb

Erməni ordusu azərbaycanlı mülki əhalini də hədəfə alıb

 

Bu, beynəlxalq normaları kobud şəkildə pozmaqdır

 

Ermənistan beynəlxalq hüququn bütün prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam edir. 
Belə ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb. 
Ermənilər tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar. 
BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini yerinə yetirməyən Ermənistan mülki insanları atəşə məruz qoymaqla yeni-yeni cinayətlər törədir. Məqsədin nə olmasından asılı olmayaraq, ortada bir fakt var. Ermənistan ordusu Azərbaycan Ordusu ilə üz-üzə döyüşmək əvəzinə dinc sakinləri, silahsız qadın və uşaqları hədəf alır. Bu gün Ermənistanın antiinsani mahiyyəti işğalçı ölkənin yalnız Azərbaycan üçün deyil, bölgədəki hər bir dövlət üçün təhdid və təhlükə mənbəyi olmasından xəbər verir. Ona görə də bu, region dövlətləri tərəfindən aydın dərk edilməlidir. Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan ərazisindən kaset tipli raket hücumuna məruz qalması da bu yaramazlığın bariz sübutudur.

 

Azərbaycanın qəti cavabı

 

2020-ci il Tovuz hadisələrindən hazırkı hadisəni fərqləndirən cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altındaydı. Bu gün isə Azərbaycan Ordusu Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində  Ermənistanın təxribatlarına layiqli cavab verir. Sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan mövqeləri arasındakı əraziləri və təchizat marşrutlarını minalamaq üçün hərəkətə keçmişlər. Düşmənin Azərbaycan Ordusuna ziyan vurmaq imkanlarını zərərsizləşdirmək məqsədilə Silahlı Qüvvələrimiz qətiyyətli cavab əməliyyatı keçirmiş və Ermənistanın hərbi qüvvələrinə sarsıdıcı zərbə endirmişdir. Düşmənin döyüş postları, silah-sursat anbarları dağıdılmış, hava hücumundan müdafiə sistemləri sıradan çıxarılmışdır. Azərbaycan Ordusu ermənilərin Laçın, Zəngilan və Kəlbəcər istiqamətlərində genişmiqyaslı təxribatlarına qarşı ehtiyat tədbirləri görərək buna uyğun cavab vermişdir. İşğalçı Ermənistanın təxribatının qarşısını layiqincə alan Azərbaycanın Silahlı Qüvvələri düşməni yerində otuzdurmuşdur. Bundan əvvəl də Ermənistan silahlı qüvvələri sərhədboyu ərazilərdə təxribatlar törətməyə cəhd göstərmiş və hər dəfə də ağır itki ilə üzləşərək silah-sursatlarını atıb qaçmışdılar.  İtkilər çox olsa da, erməni tərəfi bunu gizlətməyə çalışmış və ölkə ictimaiyyətinə yanlış informasiya vermişdir. 
Düşmənin növbəti dəfə genişmiqyaslı təxribatı bir daha göstərdi ki, düşmənə qarşı hər zaman ayıq-sayıq olmaq, bütün təxribatlarına,  hücumlarına hazır olmaq lazımdır. 

 

200 nəfərə yaxın canlı qüvvə məhv edildi

 

Erməni silahlı qüvvələrinin genişmiqyaslı təxribatı gecə saatlarında baş verməsinə baxmayaraq, Azərbaycan Ordusu hazırlıqlı idi. Odur ki, son təxribatları da Ermənistana baha başa gəldi, İrəvanın təcavüzkar planları iflasa uğradı. Düşmənin xeyli sayda hərbi texnikası, milyard dollarlıq qiyməti olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarca postu məhv edildi. Eyni zamanda yüzlərlə hərbçisi yaralandı. 
Təxribatçı ölkənin itkiləri bütün parametrlərə görə Azərbaycanın itkilərindən qat-qat çoxdur. Ermənistanın bundan sonra hərbi potensialını qurması üçün bir neçə il lazımdır.
Ermənistan xislətinə uyğun belə bir rəy formalaşdırmaq istəyir ki, guya, Azərbaycan Ermənistan ərazisinə hücumlar edir, təxribatlar törədir. Bununla da ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışır. Halbuki bütün bunlar həm Ermənistan rəhbərliyinin, həm də siyasi riyakarlıq edən bəzi beynəlxalq qüvvələrin növbəti oyunudur. Fakt budur ki, bütün təxribatlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sübutları var. Azərbaycan isə, sadəcə olaraq, onların təxribatlarına adekvat cavab verir, sərhədlərini və əhalisini müdafiə edir, düşmən hücumlarının qarşısını alır.

 

Ermənistanın öhdəliklərindən imtina etmə cəhdi

 

Bölgədəki hərbi gərginliyin birbaşa səbəbkarı sülh prosesindən yayınmağa çalışan Ermənistan hakimiyyətidir. Müzəffər Ali Baş Komandanın "düşmən sülhə gəlməzsə, "dəmir yumruq" yerindədir" xəbərdarlığından dərs almayan işğalçı erməni ordusu bu dəfə də qəhrəman Azərbaycan əsgərinin gücünə şahidlik etdi. Azərbaycan Ordusu üstün bir ordu olaraq beynəlxalq hüquqa uyğun şəkildə davranır. Öz torpaqlarını qoruyur.
Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı hər cür təhdidlərə layiqli cavab vermək gücündədir. Ölkəmiz BMT qətnamələrinin icrası üçün düşməni sülhə də məcbur etmək qüvvəsindədir. Bu həqiqət işğalçılara havadarlıq edən bəzi dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dərk olunmalıdır. Ermənistanın hərbi təxribatlarının iflasa uğraması, dünya birliyinin ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi bir daha Azərbaycanın haqlı mövqeyini nümayiş etdirir. Son hadisə zamanı da düşmən bir daha ordumuzun gücünü gördü. Buna görə də Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq və ordumuz Ali Baş Komandanın tapşırığı ilə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaq.

Elşən YƏHYAYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!