04 May 2024 18:23
317
CƏMİYYƏT
A- A+

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib  

 

Mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Parisdə yerləşən Ərəb Dünyası İnstitutunun direktoru Karim İfrak ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, DQİDK-nın sədri qonağı Azərbaycandakı dövlət-din münasibətləri, tolerant və multikultural mühit barədə məlumatlandırıb. R.Məmmədov ölkəmizdə bu sahədə həyata keçirilən mötəbər tədbirlər, milli-mənəvi dəyərlərin təbliğinə göstərilən diqqət, dini fəaliyyət sahəsində atılan addımlar barədə danışıb.

Karim İfrak dünyada ekstremizmin, zorakılığın yayıldığı bir vaxtda multikulturalizmin Azərbaycanda həyat tərzi kimi qəbul edilməsinin təqdirəlayiq olduğunu qeyd edib. Azərbaycan İlahiyyat İnstitutu ilə rəhbəri olduğu institut arasında imzalanan anlaşma memorandumunun əhəmiyyətinə toxunan qonaq əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Görüşdə, eyni zamanda, dinin siyasiləşdirilməsinin fəsadlarının, habelə getdikcə artmaqda olan islamofobiya təzahürlərinin qarşısının alınmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video