09 May 2024 10:00
141
CƏMİYYƏT
A- A+

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib  

 

Əqli Mülkiyyət Agentliyi tərəfindən şəffaflığın və əlçatanlığın təmin olunması sahəsində həyata keçirilən tədbirlər davam etdirilir. Bir müddət əvvəl Agentliyin hazırladığı Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri (“Açıq reyestr”) istifadəyə verilib. Bu vaxtadək “Açıq reyestr”ə ixtiralar və faydalı modellər haqqında məlumatlar daxil edilib. İndi isə görülmüş son yenilənmə işlərindən sonra sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər barədə məlumatlar da “Açıq reyestr”ə daxil edilib.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, artıq Sənaye Mülkiyyəti Obyektlərinin Reyestrində olan bütün sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı haqqında məlumatlar üzrə axtarış aparılması mümkündür. Hər kəs “Açıq reyestr”ə sərbəst daxil olaraq sənaye mülkiyyəti obyektinə uyğun milli qeydiyyatların olub-olmaması barədə məlumatı əvvəlcədən öyrənə bilər.

Sənaye Mülkiyyəti Obyektlərinin Reyestrinə daxil olmaq üçün Əqli Mülkiyyət Agentliyinin internet səhifəsindən və ya birbaşa https://reyestr.copat.az/ linkindən istifadə etmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video