Ənənəvi təhsilə keçid elmi-statistik təhlillərə əsaslanır
“Təhsil Nazirliyinin sentyabrın 7-də keçirilən brifinqində cari vəziyyət, yerli xüsusiyyətlər və beynəlxalq təcrübədəki tətbiqlər nəzərə alınaraq ənənəvi təhsil prosesinin bərpa olunması ilə bağlı alınmış qərar haqqında ictimaiyyətə məlumat verilib. Belə ki, verilmiş qərara əsasən, sentyabrın 22-dən ümumtəhsil müəssisələrinin I-IV siniflərində, sentyabrın 29-dan isə V-XI siniflərində, həmçinin orta ixtisas və ali təhsil müəssisələrində tədris prosesi ənənəvi qaydada həyata keçiriləcək.
Hər zaman olduğu kimi, nazirliyin qərarları elmi-statistik təhlillərə əsaslanıb. Sürətlə dəyişən vəziyyətlərdə çevik təhlillərin aparılması çətin olsa da, gündəlik yoluxma sayı, vaksinasiya dinamikası və cəmiyyətin pandemiya şəraitində yaşama təcrübələrinin artmasını nəzərə alaraq ənənəvi təhsilə keçid qərarı verilib”.
Bunu AZƏRTAC-a açıqlamasında Təhsil İnstitutunun Strateji təhsil tədqiqatları və inkişaf layihələrinin rəhbəri Könül Abaslı deyib.
O bildirib ki, səhiyyə sisteminin təcrübəsinin artması, yoluxma hallarının azalması, vaksinasiya prosesinin xüsusilə son bir ayda sürətlənməsi, sentyabr ayının sonuna qədər 4 milyondan çox vətəndaşın hər iki doza vaksin edilmiş olacağının proqnozlaşdırılması qərara təsir edən amillərdəndir. Müqayisə üçün qeyd edək ki, avqust ayının ortalarında təxminən hər iki dozanı qəbul etmiş vətəndaşlarımızın sayı cəmi 2,5 milyon olub.
Pandemiyanın başladığı dövrdən bu günə qədər müxtəlif ölkələrin pandemiya dövrünə dair həyata keçirdiyi təhsil siyasəti və tətbiqləri əsas götürülərək təhsil müəssisələrinin bağlı qalmasının ortaya çıxaracağı mənfi nəticələr və bu nəticələrin aradan qaldırılması istiqamətində atılması zəruri olan addımlar ilə əlaqəli müxtəlif genişmiqyaslı tədqiqatlar həyata keçirilib. Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, UNESCO, UNICEF, Fövqəladə Hallarda Təhsil üzrə Müəssisələrarası Şəbəkə (INEE) kimi beynəlxalq təşkilatlar mövzu ilə əlaqəli müxtəlif tədqiqatlar aparıb. Aparılmış tədqiqatlar təhsil müəssisələrinin bağlı qalmasının yaradacağı riskləri 3 əsas istiqamət üzrə dəyərləndirib. Bu risklər əsasən təhsildə fürsət və imkan bərabərsizliyinin ortaya çıxması və ya miqyasının daha da artması, təhsil prosesindən uzun müddət ayrı qalan təhsilalanların öyrənmə itkilərinin artması və son olaraq isə təhsil müəssisəsi ilə əlaqələri zəifləyən təhsilalanlarda davamiyyətin azalması və bununla da təhsil müəssisələrindən uzaqlaşma hallarının artması kimi qeyd olunub.
Pandemiya dövründə təhsildə fürsət və imkanların bərabərsizliyi təhsil prosesinin iştirakçılarının rəqəmsal texnologiyalara əlçatanlığı, internetə çıxışı və rəqəmsal savadlılığı kimi meyarlarla ölçülür. Sadalanan meyarlar baxımından müxtəlif qruplar arasında yaranan kəskin fərq “rəqəmsal uçurum” olaraq ifadə edilir. Pandemiyanın davam etdiyi müddətdə təhsil prosesinin məsafədən təşkili rəqəmsal uçurum mövzusunu aktuallaşdırıb.
İkinci risk olaraq qeyd olunan öyrənmə itkisinin təhsilalanların fiziki və zehni sağlamlıqlarına, onların gələcək həyatına mənfi təsir edəcəyi proqnozlaşdırılır.
Üçüncü risk olaraq qiymətləndirilən tədris prosesindən və təhsil müəssisəsindən uzaqlaşma hallarının artması həm fərdlərin şəxsi inkişafının, həm də sosial rifahın pisləşməsinə səbəb olacaq.
“Məsafədən təhsilin pandemiya dövründə məcburi bir seçim olduğu hər zaman qeyd olunur. Təhsil Nazirliyinin mümkün olan ən qısa zamanda ənənəvi təhsili bərpa etməsi çox mühüm və düzgün qərardır”, - deyə K.Abaslı fikrini yekunlaşdırıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
29 Aprel
Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısına qatılıb
29 Aprel
Bu ölkə Türkiyə ilə sərhəddə hərbi baza yaradır
29 Aprel
BMT iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri haqqında hesabat təqdim edib...
29 Aprel
Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!