Ənənəvi enerji arxa plana keçmir
Hədəf Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerjinin payını 2025-ci ildə 24, 2030-cu ildə 30 faizə çatdırmaqdır. Ölkəmizin bu sahədəki potensialı mühüm layihələrin həyata keçirilməsinə imkan verir. Bununla belə, indikindən daha çox elektrik enerjisinin istehsal edilməsinə tələbat var. Çünki əhali getdikcə artır, sosial-iqtisadi infrastruktur genişlənir. Üstəlik, işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazimizi yenidən tikib-qurmalıyıq. Bütün bunlar üçün isə əlavə elektrik təchizatı lazımdır.
Azərbaycan bu sahədə də xeyli vaxtdır dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir. O cümlədən ölkəmizdə Almaniyanın elektrik enerjisi istehsalı ilə məşğul olan aparıcı şirkətləri ilə bir sıra uğurlu layihələr həyata keçirilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin cari il martın 13-də Berlində həmin ölkənin tanınmış şirkətlərinin rəhbərləri ilə görüşü zamanı "dəyirmi masa" müzakirəsində bu, aparıcı mövzulardan olub. Şirkətlərin nümayəndələri Azərbaycanda indiyədək gördükləri işlərdən, planlarından, yeni layihələrindən məmnuniyyətlə danışıblar.
Həmin şirkətlərdən biri "Siemens Energy"dir. Şirkətin 90 ölkədə 19 min əməkdaşı var. Azərbaycan həmin ölkələrdən biridir. Şirkətin təmsilçisi Kristian Vays deyib: "Biz, həmçinin Azərbaycanda işləyirik. Orada quraşdırılmış enerji güc avadanlıqlarına xidmət göstəririk. Məmnunluqla qeyd etdim ki, iqtisadiyyatınız güclü dərəcədə artır və Siz alman və digər xarici şirkətlərlə əməkdaşlığı təşviq edirsiniz. Konkret layihələrdən danışsaq, biz artıq uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstəririk. Sumqayıtdakı 500 meqavatlıq enerji stansiyası layihəsində iştirakımızdan fərəhlənirik".
Prezident İlham Əliyev "Sumqayıt" Elektrik Stansiyasının açılışında iştirak etdiyini xatırlayaraq demişdir: "Məncə, o, 2009-cu ildə idi. 525 meqavat gücündə stansiya Azərbaycanda müasir texnologiya əsasında tikilmiş ilk elektrik enerjisi stansiyası idi. Həmin vaxtdan etibarən elektrik enerjisi stansiyası tam gücü ilə işləyir. Həmin layihəni başladığımız zaman düşündük ki, 525 meqavat həddindən artıq çoxdur. Lakin indi anlayırıq ki, bu, vaxtında icra edilmiş layihə oldu, çünki Azərbaycanın tələbatı artıb və bu, sənaye və əhali artımı ilə bağlıdır. Əfsuslar olsun ki, bəzi iqlim dəyişiklikləri səbəbindən Xəzər dənizinin səviyyəsi aşağı düşüb, su dayazlaşıb. Biz dənizdə estakada tikməli idik ki, daha çox suyu toplayıb götürə bilək. Bununla belə, elektrik stansiyası tam gücü ilə işləyir və biz bundan tamamilə məmnunuq".
Hazırda "Siemens Energy" ölkəmizdə elektrik şəbəkəsinin və elektrik enerjisinin ötürülməsi üçün yarımstansiyaların istismarı, xüsusən də işğaldan azad edilmiş ərazilərdə potensialın qiymətləndirilməsi sahəsində yerli mütəxəssislərlə birgə səylər göstərir. İndi Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin ötürülməsinə imkanlar yarana biləcəyi də diqqətə çatdırılıb. Daha bir məsələ isə tərəfdaşı olan bp ilə birgə Səngəçalda elektrikləşdirmə layihəsinin icrası ilə bağlı öhdəliyi öz üzərinə götürməyə və dəstək verməyə hazır olduğunu bəyan etməsidir. Bir sözlə, Azərbaycanda iş təcrübəsi olan, ölkəmizin uğurlarını görən "Siemens Energy" burada daha çox işlər həyata keçirəcəyinə inanır.
"Uniper" şirkəti isə 2006-cı ildən SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə tərəfdaşlıq qurub. Şirkətin təmsilçisi Peter Hohausun bildirdiyinə görə, "Uniper" iki istiqamət üzrə işləyir. Bunlar istehlakçılar üçün təchizatın təhlükəsizliyi və enerji sisteminin dekarbonlaşdırılmasıdır.
"Artıq enerji səmərəliliyi sahəsində SOCAR ilə birgə işlər görmüşük. Birinci layihə Sumqayıtda SOCAR-ın "Azərikimya" kompleksində həyata keçirilib. Orada biz Azərbaycanda tam inteqrasiya edilmiş ilk istilik enerji stansiyasını tikib təhvil verdik. Bu layihənin daha da genişləndirilməsi üçün əlavə imkan var, çünki "Uniper" şirkəti dekarbonlaşdırmaya 2035-ci ildə kömürdən tamamilə imtina edərək enerjinin istehsalına tam sadiqdir", -deyə şirkətin nümayəndəsi bildirib.
Hazırda həyata keçirilən və ya icrası planlaşdırılan layihələrə gəldikdə, xüsusilə "Yaşma" Elektrik Stansiyası qeyd edilməlidir. Bu layihədə tender proseduru gedir, proses açıq və şəffafdır.
Sözügedən tədbirdə dövlət başçısı ənənəvi elektrik enerjisinin arxa plana keçmədiyini bir daha qeyd edərək demişdir: "Məlumat üçün bildirmək istərdim ki, biz bu yaxınlarda Mingəçevirdə 1280 meqavat gücündə yeni elektrik stansiyasının təməlqoyma mərasimini keçirdik. Bərpaolunan enerji planlarımıza baxmayaraq, biz hələ də anlayırıq ki, sənaye və əhali artımı səbəbindən daha çox elektrik enerjisi istehsal etməli olacağıq. Bizim bərpa ediləsi 10 min kvadratkilometrlik torpaqlarımız var. Buna görə bizə əlavə təchizat lazım olacaq. Naxçıvan Elektrik Stansiyasına gəldikdə, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da "yaşıl enerji zonası"na çevirmək planlarımız var. Naxçıvanda su-elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Həmçinin bu yaxınlarda orada ekspertiza aparılıb və ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş-elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun. Eyni zamanda Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var".
Beləliklə, Azərbaycanda yeni elektrik stansiyalarının sayı artmaqdadır. Xatırladaq ki, son 20 ildə ölkədə 34 yeni elektrik stansiyası tikilib və onların generasiya gücü təqribən 3400 meqavata çatdırılıb. Mövcud ümumi generasiya gücümüz isə 7200 meqavat təşkil edir.
Flora SADIQLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Bank: Bugünkü hərracda tələb 96,3 milyon dollar təşkil edib
28 Mart
BP və ADNOC İsrailin qaz şirkətinin səhmlərinin 50 faizini almaq üçün 4 milyard dollar təklif edib ...
28 Mart
Energetika naziri “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində bir sıra ikitərəfli görüşlər...
28 Mart
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMTİP arasında əməkdaşlıq məsələləri müzakirə olunub ...
28 Mart
DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilib...
28 Mart
Paytaxt havasında dispers toz hissəciklərinin miqdarı normadan 1.8 dəfə yuxarı olub
28 Mart
Azərbaycan Ordusunda kibertəhlükəsizlik təlimi keçirilir
28 Mart
Formula 1 yarışlarında sərbəst yürüşlərin müddəti azaldıla bilər
28 Mart
Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verib
28 Mart
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!