25 Oktyabr 2026 11:56
1262
SİYASƏT
A- A+
Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  


25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın tarixi yaddaşında xüsusi yer tutan, Azərbaycanın ərazi bütövlüyünün bərpasını və milli iradəsinin təntənəsini əks etdirən əlamətdar gündür. Bu tarix xalqımızın Vətən sevgisinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qətiyyətli siyasətinin parlaq ifadəsidir.

2020-ci il oktyabrın 25-də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Qubadlı şəhəri işğaldan azad edildi. Strateji əhəmiyyətə malik olan Qubadlının azad olunması 44 günlük Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu və Azərbaycanın tarixi Zəfərinə gedən yolu daha da möhkəmləndirdi.

Qubadlı uzun illər işğal altında qalaraq böyük dağıntılara və ağır faciələrə məruz qaldı. Rayonun yaşayış məntəqələri, evləri, sosial və mədəni obyektləri dağıdıldı, minlərlə soydaşımız doğma yurdlarından didərgin düşdü. Lakin xalqımızın doğma torpaqlara qayıtmaq inamı heç vaxt sarsılmadı. Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını əsas prioritetlərindən birinə çevirdi.

Bu gün Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın təsdiqlənməsi, yeni yaşayış məhəlləsinin inşası, Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması, elektrik enerjisi və yol infrastrukturunun inkişafı rayonun gələcəyinə hesablanmış mühüm addımlardır. Qubadlıda yaradılan müasir infrastruktur və həyata keçirilən layihələr bu qədim diyarın iqtisadi potensialının reallaşdırılmasına, əhalinin dayanıqlı məskunlaşmasına və bölgənin sosial-iqtisadi inkişafına xidmət edir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın gücünü, dövlətimizin öz vətəndaşlarına diqqətini və tarixi torpaqlarımızın dirçəldilməsi istiqamətində nümayiş etdirdiyi qətiyyəti göstərir. Qubadlıda yeni yaşayış məhəllələrinin salınması, kəndlərin bərpası və mühüm infrastruktur layihələrinin həyata keçirilməsi doğma yurda qayıdışın real nəticələridir.

25 Oktyabr – Qubadlı şəhəri günü bizə Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və xalqımızın birliyini bir daha xatırladır. Qubadlının azadlığı uğrunda mübarizə aparan bütün qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayıram.


Fatma Yıldırım,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lula da Silva yenidən Braziliyanın Prezidenti seçilib  

14:49
26 Oktyabr

Aİ Serbiyanın "Tələbə siyahısı"nı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib  

14:30
26 Oktyabr

Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib  

14:16
26 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib  

13:06
26 Oktyabr

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşüb: 2026–2028-ci illər üzrə Yol Xəritəsi müzakirə olunub  

13:02
26 Oktyabr

Sabah hava əsasən yağmursuz olacaq

12:34
26 Oktyabr

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb  

12:24
26 Oktyabr

Rusiyanın Voronej vilayətinə PUA hücumları nəticəsində ölənlər və yaralananlar var  

12:23
26 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib VİDEO  

12:09
26 Oktyabr

FİFA U-15 yeniyetmələrin inkişafına və futbolun gələcəyinə mühüm töhfələr verir  

11:42
26 Oktyabr

Niderlandın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

11:29
26 Oktyabr

Azərbaycan Elm və Təhsil Nazirliyi İran rəsmisinin açıqlamasına etiraz etdi  

11:26
26 Oktyabr

Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Aleksander Van der Bellenə  

11:19
26 Oktyabr

Həftəsonu 54 cinayətin açılması təmin olunub

11:00
26 Oktyabr

Azərbaycan Hindistan üçün əhəmiyyətli tranzit ölkədir  

10:59
26 Oktyabr

Media: Türkiyə Prezidentinin Liviyaya səfəri dekabrın əvvəlinə planlaşdırılır  

10:55
26 Oktyabr

Neftin qiymətinin artması prosesi davam edir  

10:43
26 Oktyabr

Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb  

10:39
26 Oktyabr

Azərbaycan boksçusu Avropa çempionu olub

10:37
26 Oktyabr

Qızıl və gümüş bahalaşıb

10:29
26 Oktyabr

Birjalarda neft ucuzlaşıb

10:28
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!