03 Oktyabr 2020 00:02
581
SİYASƏT
A- A+
Emmanuel Makronun İslam dini əleyhinə fikirləri onun əsl antiislamçı olduğunu ifşa etdi

Emmanuel Makronun İslam dini əleyhinə fikirləri onun əsl antiislamçı olduğunu ifşa etdi

"Əl-Cəzirə” telekanalının saytında Fransa Prezidenti Emmanuel Makronun İslam dininin bu gün böhran yaşadığı barədə fikirləri və onun öz ölkəsində dünyəviliyi qorumaq planları ilə bağlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Prezident Emmanuel Makronun "İslamçı radikalizm"ə qarşı Fransanın dünyəvi dəyərlərini qorumaq üçün öz planını açıqladığı bildirilir. Qeyd edilir ki, o, bu gün İslam dininin bütün dünyada "böhran içində olduğunu" söyləyib. Onun bu fikirləri müsəlman fəallarının kəskin əks reaksiyasına səbəb olub.

Oktyabrın 2-də Fransa Prezidenti uzun müddətdir gözlənilən çıxışı zamanı Fransada dini təhsildən və dövlət sektorundan uzaqlaşdırmaq üçün heç bir güzəşt edilməyəcəyini bildirib. "İslam bu gün bütün dünyada böhran içində olan bir dindir və biz bunu yalnız öz ölkəmizdə görmürük", - deyə Makron qeyd edib.

O, Fransa hökumətinin bu ilin dekabr ayında ölkəsində kilsə ilə dövləti rəsmi olaraq bir-birindən ayıran 1905-ci il tarixli qanun layihəsini daha da möhkəmləndirmək məqsədilə yeni qanun layihəsini təqdim edəcəyini bildirib.

Makronun sözlərinə görə, həyata keçirilən bu tədbirlər Fransada artan "radikallaşma" problemini həll etmək və "birgə yaşamaq qabiliyyətini" inkişaf etdirmək məqsədi daşıyır. "Dünyəviliyin Fransanın təməli olduğunu deyən Makron bütün müsəlmanları damğalamağın mənası olmadığını da əlavə edib.

Fransa Prezidenti qanunun insanlara seçdikləri hər hansı bir inanca mənsub olmalarına icazə verdiyini qeyd edib. Ancaq o əlavə edib ki, məktəblərdə və dövlət idarələrində dini mənsubiyyətin nümayiş olunması qadağan edilməlidir. Fransa məktəblərində və dövlət idarələrinin işçiləri üçün iş yerlərində hicab artıq qadağan olunub.

Qeyd edək ki, Makronun İslamın əleyhinə fikirləri onun əsl antiislamçı olduğunu ifşa etdi. Fransa Prezidentinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi həm onun erməni lobbisinin təsiri altında olması, həm də İslam aləminə nifrəti ilə birbaşa əlaqəlidir.

Makronun bu çıxışı sosial mediada da mübahisələrə səbəb olub.

Fransız müsəlman fəalı Yasser Louati öz "Twitter” səhifəsində yazıb: "Əvvəllər müsəlmanlara qarşı repressiya bir təhlükə idisə, indi bu, artıq reallığa çevrilib. Bir saatlıq çıxışı zamanı Fransa Prezidenti dünyəviliyi dəfn edib, ifrat sağçılara və müsəlmanlar əleyhinə solçulara stimul verərək, qlobal pandemiya şəraitinə baxmayaraq evdə təhsil almaq üçün kəskin məhdudiyyətlərin həyata keçirilməsinə çağırış edib və müsəlman tələbələrin həyatını təhdid edib”.

Fransalı akademik Rim-Sarah Alaoune isə "Twitter” səhifəsində belə yazıb: "Prezident Makron İslam dinini bu gün bütün dünyada böhran içində olan bir din kimi xarakterizə edib. Nə deyəcəyimi bilmirəm. Bu, o qədər axmaq bir fikirdir ki, (üzr istəyirəm amma bu, belədir) burada heç başqa bir təhlilə də ehtiyac yoxdur. Narahatlığımı gizlətməyəcəyəm. Kraystçerç şəhərində baş verən dəhşətli terror aktını, Fransanın rasizmi ixrac edən ölkə olmasını da qeyd etmək lazımdır”.

Prezident Emmanuel Makron çıxışında, həmçinin məscidlərin maliyyələşdirilməsinə nəzarəti təkmilləşdirərək Fransadakı İslamı xarici təsirlərdən "azad etmək” istədiyini də iddia edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!