Əməli fəaliyyətlə doğrulan vədlər
Son 30 il ərzində müstəqil Azərbaycan dövləti müxtəlif tarixi mərhələlərdən keçmişdir. Sözsüz ki, bu mərhələlərdə hakimiyyətdə olan şəxsin, onun nümayiş etdirdiyi iradə və liderlik bacarıqlarının dövlət idarəçiliyində xüsusi rolu olmuşdur.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda keyfiyyətcə yeni mərhələ başlandı. Bu mərhələ ilə cəmiyyətdə çox vacib olan ictimai-siyasi stabillik indeksi yaranmış, hakimiyyətin institutlaşdırılması və Azərbaycanın müstəqil bir dövlət kimi formalaşması baş vermişdir. Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanı yeni əsrə, yeni minilliyə müstəqil, qüdrətli dövlət kimi yetirdi.
Azərbaycan tarixində sonrakı mühüm mərhələ Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə bağlı olmuşdur. Bu zaman Heydər Əliyev tərəfindən qarşıya qoyulmuş hədəflər, vəzifənin gətirdiyi öhdəliklər, davamlı və uzunmüddətli inkişafı təmin edən islahatlar əsas prioritetlər idi.
2018-ci ildən etibarən Azərbaycan yeni bir mərhələyə qədəm qoymuşdur. Həmin il aprelin 11-də keçirilən prezident seçkilərində cənab
İlham Əliyev inamlı qələbə qazanmışdır. Aprelin 18-də isə İlham Əliyevin andiçmə mərasimi olmuşdur.
Prezident İlham Əliyev hakimiyyəti müddətində bir tərəfdən qarşıya qoyulmuş vəzifələrin davamlı icrasını həyata keçirmiş, digər tərəfdən isə institutlaşmış inkişafa zəmin yaratmışdır. Müasir Azərbaycan dövlətinin inkişaf tarixində İlham Əliyevin ölkə rəhbəri seçildiyi dövrdən etibarən apardığı siyasətdə özünəxas prinsiplər aydın formada müşahidə edilir. Xüsusilə də son 3 il ərzində bunu daha aydın formada görmək mümkündür.
Açıq kommunikasiya. Prezident İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyi sahəsində çalışan hər kəsdən də bunu tələb edir. Vətəndaş məmnunluğunun artırılması İlham Əliyevin fəaliyyətinin əsasında dayanır. Bu isə öz növbəsində “xalq-hakimiyyət” birliyini daha da möhkəmləndirir, sarsılmaz edir. Prezident xalqa güvəndiyini, xalqdan güc aldığını hər zaman bəyan edir.
Üç il ərzində Prezidentin simasında hakimiyyət və xalq arasında açıq kommunikasiya nümayiş etdirilib. Milli maraqları əks etdirən mövqeləri təqdim etməsi, bununla bağlı mühüm olan mesajların daxili və xarici auditoriyaya çatdırılması, müxtəlif dövlət strukturları, xarici əlaqələr, jurnalistlər, ictimaiyyət ilə açıq kommunikasiyanın təmin edilməsi bunun bariz nümunəsidir.
Dövlət başçısının qələbə sevincini ilk olaraq xalqla paylaşması, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımıza səfər etmələri, gələcəklə bağlı prioritetləri açıqlaması kimi qürur verən məqamlar xalq-Prezident birliyinin, həmrəyliyinin təzahürüdür.
Proses yönümlü idarəetmədən nəticə yönümlü idarəetməyə keçid. Azərbaycanın keçdiyi tarixi inkişaf mərhələlərinə nəzər salsaq müstəqilliyimizin ilkin zamanlarından proses yönümlü idarəetmə yanaşmasını müşahidə edirik. Lakin Azərbaycan inkişaf etdikcə dövlət başçısının ölkəmizin gələcəyi üçün müəyyən etdiyi prioritetlərə uyğun proses yönümlü idarəetmədən nəticə yönümlü idarəetməyə keçid başlayıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların reallaşdırılması kimi həlli vacib məsələlər idi. Azərbaycan özünün inkişaf mərhələlərini yaradır. Düzgün idarəetmənin həyata keçirilməsi və hər dövlət qurumu ilə görüşlərdə, müşavirələrdə nəticələrin tələb olunması nəticə yönümlü idarəetmənin yaranması İlham Əliyev siyasətindəki önəminin göstəricisidir.
Nüfuz. Prezident İlham Əliyev üçün Azərbaycanın nüfuzu daxili və xarici siyasətdə olduqca vacibdir. Qarabağ probleminin həllində cənab Prezidentin həyata keçirdiyi siyasət qazanılan qələbənin əsas mənbəyi oldu.
Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında əlaqələrini qurur və inkişaf etdirir. Ölkəmizin xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənədin imzalanması həm bu beynəlxalq təşkilatla, həm də quruma üzv dövlətlərlə Azərbaycan arasında əlaqələrin inkişafında yeni mərhələ açdı.
Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dəstək verən olub.
44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı. Bu gün hər bir Azərbaycan vətəndaşı möhtərəm Prezidentlə fəxr edir, belə güclü, qüdrətli dövlətin, məğrur, yenilməz xalqın nümayəndəsi olmağı ilə qürur duyur. Prezident İlham Əliyevin güclü iradəsi və idarəetməsi sayəsində müstəqil Azərbaycan dövləti bundan sonra da tarix yazmağa davam edəcək.
Şahin SEYİDZADƏ,
Milli Məclisin deputatı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!