07 Sentyabr 2026 13:05
75
İQTİSADİYYAT
A- A+
Əməkhaqlarının artırılması səhiyyə işçilərinin peşəkar inkişafına müsbət təsir göstərəcək 

Əməkhaqlarının artırılması səhiyyə işçilərinin peşəkar inkişafına müsbət təsir göstərəcək 


Birinci vitse-prezident Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, sosial təminatının daha da gücləndirilməsi və əməyinin yüksək qiymətləndirilməsi ilə bağlı təşəbbüslə çıxış edib. Bu təşəbbüs, eyni zamanda, səhiyyə sektorunda insan kapitalının gücləndirilməsinə yönəlib. Ümumilikdə, Mehriban xanım Əliyevanın humanitar və sosial istiqamətlərdə irəli sürdüyü təşəbbüslər vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına və dövlət qayğısının artırılmasına xidmət edir.

Bu sözləri AZƏRTAC-a deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev də bu təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıqlar verib. Məhz həmin tapşırığa uyğun olaraq tibb işçilərinin əməkhaqlarının artırılması həyata keçirilib. Bu addım səhiyyə sektorunun inkişafını bir neçə mühüm istiqamətdə stimullaşdıracaq. İlk növbədə, sosial təminatın gücləndirilməsi və əməkhaqlarının artırılması sektorda çalışanların peşəkar inkişafına və əmək fəaliyyətinə müsbət təsir göstərəcək. Digər tərəfdən, səhiyyə sistemində həyata keçirilən islahatlar dövlət büdcəsindən ayrılan vəsaitlərin strukturuna da təsir edib. İslahatlar nəticəsində vəsaitlərə qənaət olunması və humanitar, sosial təşəbbüslərin dəstəklənməsi üçün maliyyə bazasının formalaşdırılması təmin edilib. Beləliklə, bir tərəfdən islahatlar səhiyyə sektorunun institusional və kadr baxımından yenilənməsinə, digər tərəfdən isə əməkhaqqı artımları bu sahədə çalışanların sosial rifahının daha da yaxşılaşdırılmasına imkan yaradır.

“Digər mühüm məqam isə bu addımın xüsusilə bölgələrdə kadr çatışmazlığının, o cümlədən ixtisaslı kadr ehtiyacının qarşılanmasına təsiridir. Səhiyyə sektorunda regionlarda kadr çatışmazlığı əsas çağırışlardan biri kimi qiymətləndirilirdi. Əməkhaqlarının artırılması bölgələrdə ixtisaslı kadrların səhiyyə sektorunda çalışmasına əlavə imkanlar yaradacaq. Eyni zamanda, regionlarda çalışan tibb işçilərinin əməkhaqlarına 1,3 əmsalının tətbiqi onların daha yüksək əməkhaqqı almasına şərait yaradacaq.

Bu, həmçinin ölkə üzrə ümumi əməkhaqqı məbləğinə təsir göstərəcək addımdır. Hər hansı sektorda əməkhaqqı artımı baş verdikdə, ölkə üzrə ümumi əməkhaqqı məbləğində də müvafiq artım müşahidə olunur. Eyni zamanda, bu addım sosial təminatın gücləndirilməsi ilə bağlı dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin davamlı xarakter daşıdığını göstərir. Ölkədə mütəmadi olaraq sosial paketlərin təqdim olunması, eləcə də müxtəlif sektorlarda əməkhaqlarının artırılması istiqamətində tədbirlər həyata keçirilir”, - deyə V.Bayramov əlavə edib .

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:16
07 Sentyabr

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib

13:10
07 Sentyabr

Sabah arabir yağış yağacaq, qısamüddətli leysan olacaq 

13:09
07 Sentyabr

Baş nazir: 2020-ci ildən Orta Dəhliz üzrə yük axını 7 dəfə artıb

13:07
07 Sentyabr

Əməkhaqlarının artırılması səhiyyə işçilərinin peşəkar inkişafına müsbət təsir göstərəcək 

13:05
07 Sentyabr

Patrisia Skotland: "Azərbaycan COP29-da uğur üçün arxitektura və yol xəritəsi yaratdı" 

13:03
07 Sentyabr

Agentlik direktoru: Regional əməkdaşlıq Azərbaycanın yaşıl enerji siyasətində mühüm yer tutur

12:53
07 Sentyabr

Çempionlar Liqası: “Mançester Yunayted” – “Sabah” oyunu sükutla başlayacaq

12:50
07 Sentyabr

Gecikdirilmiş 517 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

12:48
07 Sentyabr

Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərinin sayı açıqlanıb – STATİSTİKA

12:46
07 Sentyabr

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin inkişafına töhfə verir

12:44
07 Sentyabr

BDYPİ: Uşaqların yol təhlükəsizliyi üçün hər kəs məsuliyyətli olmalıdır

12:42
07 Sentyabr

BCAW2026 çərçivəsində yaşıl enerji sənayesinin inkişafı müzakirə olunur

12:40
07 Sentyabr

Gənclər Kitabxanasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

12:38
07 Sentyabr

Prezidentin nümayəndəsi: COP31-də elektrikləşmənin sürətləndirilməsi əsas məsələlərdən biri olacaq 

12:27
07 Sentyabr

Kuşner və Uitkoff Moskva və Kiyevdə keçirilən görüşlər barədə məlumat veriblər

12:24
07 Sentyabr

Mayamidə Boeing yük təyyarəsi qəzaya uğrayıb

12:19
07 Sentyabr

Örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya ayrılacaq

11:40
07 Sentyabr

Kondisionerlərin istifadəsi şəhərlərin istiləşməsini daha da gücləndirir

11:30
07 Sentyabr

“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək

11:25
07 Sentyabr

Süd istehsalçılarına yeni dəstək mexanizmi: Hər tona 70 manat subsidiya

11:20
07 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!