05 Sentyabr 2025 08:05
708
SİYASƏT
A- A+
Əməkdaşlıqda yeni səhifə

Əməkdaşlıqda yeni səhifə


Çin ilə strateji tərəfdaşlığa əsaslanan münasibətlər Azərbaycan üçün əhəmiyyətlidir


Azərbaycanın çoxvektorlu xarici siyasət kursu ölkəmizin geosiyasi mövqeyindən və milli maraqlarından qaynaqlanan müdrik seçimdir. Güc mərkəzləri ilə balanslı münasibətlərin qurulması, strateji tərəfdaşlıq əlaqələrinin formalaşdırılması ölkəmizin iqtisadi inkişafına töhfə verir və onun qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirir.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, ötən illər ərzində Azərbaycan enerji resurslarından və nəqliyyat-tranzit imkanlarından böyük səmərə ilə istifadə edərək həm Avropanın enerji təhlükəsizliyində, həm də Asiya-Avropa ticarətində mühüm oyunçuya çevrilib: "Bu xüsusda, Çin ilə hərtərəfli strateji tərəfdaşlığa əsaslanan münasibətlər Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Bu ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açdı. Hərtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri ətraflı müzakirə olundu, müxtəlif sahələri əhatə edən sənədlər imzalandı. Dövlətimizin başçısının bu günlərdə Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüşdə iştirakı, Çinin Sədri Si Cinpin ilə görüşü isə təbii ki, ikitərəfli gündəliyə dair məsələlərin, qəbul olunmuş qərarların icra vəziyyətinə dair müzakirələr baxımından önəmli oldu. Dövlətimizin başçısı "ŞƏT plyus" formatında görüşdəki çıxışında Azərbaycan-Çin münasibətlərinə, nəqliyyat daşımalarına və digər məsələlərlə bağlı önəmli məqamlara diqqət çəkdi. Qeyd edildi ki, iki dost ölkə arasında əlaqələr siyasi, iqtisadi-ticari, sərmayə qoyuluşu, enerji, nəqliyyat-logistika,  elm və texnologiya, təhsil və mədəniyyət sahələrində uğurla inkişaf edir. Ölkələrimiz genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçirərək beynəlxalq və regional sülhün, təhlükəsizliyin qorunmasına, əməkdaşlığın möhkəmlənməsinə töhfə verirlər".

Ş.İsmayılov bildirib ki, strateji tərəfdaşlıq müstəvisində inkişaf edən Azərbaycan-Çin münasibətlərində "Bir kəmər, bir yol" layihəsi çərçivəsində əməkdaşlıq xüsusi önəm daşıyır. Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən, Avropa ilə Asiyanı birləşdirən, Şimal ilə Cənub arasında olduqca strateji coğrafiyada yerləşən Azərbaycan ötən illər ərzində müasir magistrallar, dəmir yolları, hava və dəniz limanları tikərək bu sahədə mövqeyini gücləndirib. 2022-ci ildən bəri Orta dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmində təxminən 90 faiz artımın olması bu sahədə qazanılan uğurun göstəricisidir. Prezident İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdəki çıxışında da qeyd etdiyi kimi, Zəngəzur dəhlizi (TRIPP) də həm Orta dəhlizin, həm də "Şimal-Cənub" dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidentinin Çinə son işgüzar səfəri digər dövlət və hökumət başçıları ilə keçirilən ikitərəfli görüşlər baxımından da zəngin oldu: "Dövlətimizin başçısının qardaş Türkiyə və Pakistan liderləri ilə görüşləri qlobal müstəvidə cərəyan edən proseslər fonunda ikitərəfli gündəliyin müzakirəsi baxımından mühüm önəm daşıdı. Təbii ki, Laçında keçirilən üçtərəfli Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının daha da genişləndirilməsi baxımından mühüm addım oldu. Azərbaycan həm ikitərəfli, həm də üçtərəfli formatda Türkiyə və Pakistan ilə əməkdaşlığa xüsusi önəm verir. Həmçinin bu ilin avqustunda ABŞ-də keçirilən tarixi görüşdən sonra Çində Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüş sülh prosesi və ondan irəli gələn digər məsələlərin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli hesab edilir. Regionda uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunması, digər tərəfdən isə nəqliyyat və kommunikasiya xətlərinin bərpasının sürətləndirilməsi baxımından bu cür təmaslar mühüm əhəmiyyət daşıyır".

Ş.İsmayılov deyib ki, ötən illər ərzində ölkəmizə xarici sərmayələrin cəlb olunması, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün zəruri mexanizmlər müəyyənləşdirilib, mühüm addımlar atılıb. Bu baxımdan Azərbaycan Prezidentinin Çində müxtəlif şirkətlərin rəhbərləri ilə apardığı səmərəli müzakirələri, imzalanan sənədləri qeyd etmək istərdim. "Sichian Sunsync Photovoltaic Technology Co" şirkəti tərəfindən Ələt Azad İqtisadi Zonasında yaxın gələcəkdə Günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması, "Energy China"nın Azərbaycanda "yaşıl enerji" sahəsində həyata keçirilən layihələrdə iştirakı ölkəmizdə bu istiqamətdə görülən işlərin, Çin şirkətlərinin Azərbaycana artan marağının bariz nümunəsidir. Prezident İlham Əliyevin Çinə işgüzar səfəri Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin, ümumilikdə regional əməkdaşlığın inkişafına önəmli töhfə verəcək.  


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!