16 Yanvar 2026 21:06
491
CƏMİYYƏT
A- A+
Əmək və sosial müdafiə sahəsində son bir ildə görülən işlər və builki hədəflər müzakirə edilib  

Əmək və sosial müdafiə sahəsində son bir ildə görülən işlər və builki hədəflər müzakirə edilib  


Cari ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərclərinin ötən ilə nisbətən 807 milyon manat çox olmaqla 8,5 milyard manat, həmçinin dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin ötən illə müqayisədə 121,2 milyon manat çox olmaqla 4 milyard 873 milyon manat olması nəzərdə tutulub. Həmin göstəricilər sosial müdafiə sahəsinə ayrılan vəsaitlərdə ciddi artımların 2026-cı ildə də davam etdiyini göstərir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqları əsasında son 7 ildə icra edilən 5 sosial islahat paketinin sosial ödənişlərdə ciddi artımlara imkan verdiyini vurğulayıb. Ötən il də növbəti sosial islahat paketi çərçivəsində əməkhaqları, pensiya, müavinət və təqaüdlərdə növbəti artımlar edildiyi bildirilib. Əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi tədbirlərinin davamı olaraq yaxın vaxtlarda 1,1 milyon vətəndaşı əhatə edən pensiyaların təqribən 9 faiz civarında indeksləşdirilərək artırılmasının gözlənildiyi qeyd edilib.

Naxçıvan Muxtar Respublikasında ötən il sosial müdafiə sahəsində görülmüş işlərdən bəhs olunub, habelə son bir ildə muxtar respublikada əvvəlki ilə nisbətən 27 faiz çox olmaqla 6,8 mindən çox şəxsin aktiv məşğulluq proqramları ilə əhatə edildiyi, o cümlədən 950-dək şəxsin özünüməşğulluq proqramına cəlb olunduğu vurğulanıb. Naxçıvan Regional DOST Mərkəzinin yaxın vaxtlarda açılacağı, Şərur, Babək, Culfa, Ordubad, Kəngərli, Sədərək rayonlarında DOST filiallarının yaradılması üçün əsaslı təmir işlərinin, Şahbuz DOST filialının və Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması üçün layihələndirmə işlərinin aparıldığı diqqətə çatdırılıb. Ötən il Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının fəaliyyətə başladığı, “DOST Müfəttiş” və “Rehabus” layihələrinin muxtar respublikada da həyata keçirildiyi, Naxçıvandakı reabilitasiya mərkəzlərində son bir ildə 1300-dən çox şəxsə stasionar və ambulator şəraitdə reabilitasiya xidmətlərinin göstərildiyi bildirilib.

Ölkəmizdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində aparılmış işlərdən və elektron əmək müqaviləsinə keçid prosesindən bəhs olunub. Son bir ildə 842,3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyinin müəyyən edildiyi və görülən tədbirlərlə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənildiyi, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən olunan 89 işçinin əvvəlki işlərinə bərpa etdirildiyi diqqətə çatdırılıb.

Ötən il 4 minədək tənha ahıl və əlilliyi olan şəxsə evlərində səyyar formada, 2,3 mindən çox şəxsə sosial xidmət müəssisələrində stasionar formada sosial xidmətlər göstərildiyi, 1620 nəfər imtiyazlı şəxsin sanator-kurort yollayışı təmin edildiyi qeyd olunub. Sosial rifahda mühüm amil olan məşğulluğun təminatı proqramlarının ildən-ilə genişləndirildiyi vurğulanıb. Son bir ildə 567 min şəxsin aktiv məşğulluq tədbirləri ilə əhatə edildiyi, o cümlədən 189 min şəxsin işlə təmin olunduğu, 16,8 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatlarının yaradıldığı bildirilib.

Keçən il 887 min, ümumən ötən dövrdə 4,1 milyon vətəndaşın DOST mərkəzlərinin xidmətlərindən faydalandığı, DOST mərkəzləri şəbəkəsinin ölkəboyu genişləndirilməsi işləri diqqətə çatdırılıb. Son bir ildə 54,5 min şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 142 min şəxsin reabilitasiya xidmətləri, 13,7 min şəxsin 212 min reabilitasiya vasitəsilə təmin edildiyi qeyd olunub.

İclasda həmin sahələrdə ötən il görülmüş işlər və builki hədəflər müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib  

14:26
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!