27 İyun 2014 11:06
207
CƏMİYYƏT
A- A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemini ictimaiyyətə təqdim etmişdir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemini ictimaiyyətə təqdim etmişdir

İyunun 27-də Bakıda Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə makroiqtisadi sabitliyi və sürətli sosial-iqtisadi tərəqqini təmin edən uğurlu siyasətində işçi hüquqlarının etibarlı təminatı mexanizminin müasir tələblərə uyğun qurulmasının mühüm yer tutduğunu demişdir.

S.Müslümov bildirmişdir ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun tətbiqi barədə Prezident İlham Əliyev tərəfindən 2014-cü il 3 fevral tarixli fərman imzalanmışdır. Fərman Azərbaycanda əmək münasibətlərinin rəsmiləşdirilməsində keyfiyyətcə yeni bir mərhələ açmış, əmək müqavilələrinin bağlanmasında formal yanaşmalardan irəli gələn və işçinin gələcək sosial təminat hüququnu sual altında qoyan, qeyri-leqal məşğulluq hallarına gətirib çıxaran stereotiplərin aradan qalxmasına, əmək bazarına dövlət nəzarətinin xeyli güclənməsinə şərait yaratmışdır.

Nazir bildirmişdir ki, fərmana əsasən, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün yalnız əmək müqaviləsinin bağlanması deyil, bağlanmış əmək müqaviləsi barədə bildirişin EİS-də qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi əsas şərt kimi irəli sürülür.

S.Müslümov dedi: “Əmək münasibətlərinin elektron qeydiyyatı mexanizmi formalaşdırılır ki, bu da işçi və işəgötürənlər arasında bağlanmış hər bir əmək müqaviləsinin, həmin müqavilədə əmək münasibətləri üçün müəyyən edilən şərtlərə əməl olunmasına birbaşa və çevik formada dövlət nəzarətinin həyata keçirilməsinə imkan yaradır”.   

S.Müslümov fərmanda verilən tapşırığa uyğun olaraq, ƏƏSMN tərəfindən EİS-in proqram təminatının hazırlandığını və sınaq işləri nəticəsində təkmilləşdirildiyini, işəgötürənlərin qeyd olunan bildirişləri e-imza vasitəsilə asan formada EİS-ə daxil edə bilmələri və bir iş günündən gec olmayaraq qeydiyyatdan keçirmələri üçün bütün texniki imkanların yaradıldığını diqqətə çatdırmışdır.

Eyni zamanda, nazirlik tərəfindən əmək müqaviləsi bildirişinin formasının və onun EİS-ə daxil edilməsi qaydalarının, həmin bildirişin qeydiyyata alınması barədə işəgötürənə göndərilən məlumat formasının, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişi barədə məlumatların real vaxt rejimində əldə olunması ilə bağlı qaydaları hazırlayaraq respublika hökumətinə təqdim edilmişdir.

Diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə həmin Qaydalar təsdiq olunmuşdur. 

Qaydaların hazırda ƏƏSMN-in rəsmi www.mlspp.gov.az saytında yerləşdirildiyini qeyd edən nazir onu da vurğulamışdır ki, qaydalara həmçinin səkkiz Əlavə təqdim olunur. Həmin əlavələrdə əmək müqaviləsi bildirişinin, habelə əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi və ya xitam verildiyi halda əmək müqaviləsi bildirişinin formaları da əksini tapmışdır.

S.Müslümov bildirmişdir ki, bununla yanaşı, Əmək Məcəlləsinin 43-cü maddəsinə edilən dəyişikliklərə əsasən, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması üçün müqavilədə işçi barədə məlumatlara onun şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya kodu (FİN) barədə məlumatlar da əlavə edilməlidir. Həmçinin işəgötürən barədə məlumatlara sığortaedənin uçot nömrəsinin (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsinin (SSN), şəxsiyyətini təsdiq edən sənədin pin kodunun və ya fərdi identifikasiya nömrəsinin (FİN) əlavə edilməsi tələb olunur. Həmin məlumatlar əmək müqaviləsi bildirişlərinin EİS-ə daxil edilməsini asanlaşdıracaq. Digər tərəfdən, burada məlumatların təhlükəsizliyi təmin olunur.

Qeyd edilmişdir ki, hər hansı işçi və işəgötürən barədə məlumatlar heç də hamı üçün açıq deyil. İşəgötürən və işçi yalnız özlərinə aid məlumatları sistemdə görə biləcək, onların digər şəxslər barədə məlumatı görmək imkanları olmayacaq.

Bu sahədə aparılan islahatların əmək bazarına dövlət nəzarətinin səmərəli və çevik formada təşkilinə xidmət etdiyini bildirən S.Müslümov həmçinin əsas məqsədin işçilərin əmək hüquqlarının təminatına nəzarət imkanlarının artırılması, qeyri-leqal əməyin qarşısının alınması olduğunu bildirmişdir.

Təqdimatda çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə diqqətə çatdırmışdır ki, əmək məhsuldarlığı Azərbaycanın iqtisadi inkişafının əsas indikatoru olmalıdır.

Z.Səmədzadə nəzərə çatdırmışdır ki, vətəndaşlarımızın əməyinin səmərəliliyinin iqtisadi artımın qiymətləndirilməsinin əsas meyarlardan biri olmasına çalışmaq lazımdır.

Z.Səmədzadə bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin əmək müqavilələrin elektron qeydiyyat sisteminin reallaşdırılmasında iştirak edən digər dövlət orqanları cəmiyyətin düşüncəsini dəyişməyə, işçilərin qanuni sənədləşdirilməsi təcrübəsini hər yerdə tətbiq etməyə kömək edəcək böyük həcmdə iş görmüşlər. Qeyd etmişdir ki, çətinliklər ola bilər, lakin hər bir sahibkar xərclərinin az olmasında maraqlıdır. Eyni zamanda, leqal işçilərin sayının artması ilə icbari dövlət sosial sığortası üzrə yığımlar, dövlət büdcəsinin gəlirləri çoxalır. Əminliyini nəzərə çatdıran deputat onu da demişdir ki, bu şəraitdə müvafiq qanunvericilik dəyişəcək və sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətini təmin etmək naminə onlara qarşı vergi yükü azaldılacaq.

Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək əmək münasibətlərinin rəsmiləşdirilməsinin EİS-də qeydiyyata alınması prosesinə keçidi Azərbaycanda əmək hüquqlarının təminatı sahəsində uğurlu islahat tədbiri kimi dəyərləndirmişdir.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev sistemin həm işçilərin, həm  işəgötürənlərin, həm də dövlətin maraq və mənafeləri baxımından xüsusi önəmini vurğulamış, hər bir işəgötürənin ölkəmizdə müasir cəmiyyət quruculuğuna uyğun olaraq həyata keçirilən bu prosesdə üzərinə düşən vəzifəni layiqli şəkildə yerinə yetirəcəyinə əminliklərini ifadə etmişlər.

Sonda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev yeni sistem barədə ətraflı məlumat vermişdir. ƏƏSMN Aparatının İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemini təqdim etmişdir.

Təqdimat zamanı əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsi, qeydiyyatdan keçirilməsi və bu barədə işəgötürənə məlumat verilməsi proseduru əyani şəkildə nümayiş etdirilmiş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!