09 May 2022 16:34
951
İQTİSADİYYAT
A- A+
Əmanətlərin Sığortalanması Fondu Türkiyənin “Tasarruf Mevduatı Sigorta Fonu” ilə Anlaşma Memorandumu imzalayıb

Əmanətlərin Sığortalanması Fondu Türkiyənin “Tasarruf Mevduatı Sigorta Fonu” ilə Anlaşma Memorandumu imzalayıb

Beynəlxalq əməkdaşlığa böyük önəm verən Əmanətlərin Sığortalanması Fondu əmanətlərin qorunması mexanizminin təkmilləşdirilməsi, ölkəmizdə əmanətlərin sığortalanması sisteminin inkişafı istiqamətində aparıcı ölkələrin ən qabaqcıl təcrübələrini öyrənmək üçün beynəlxalq qurumlarla və bu ölkələrin müvafiq sahədə fəaliyyət göstərən orqanları ilə əməkdaşlıq edir və bu bağların daha da genişləndirilməsinə xüsusi diqqət ayırır.

Bu çərçivədə Azərbaycan qardaş Türkiyə ilə xüsusilə də maliyyə-bank sahəsi üzrə sıx əməkdaşlıq əlaqələri yaratmışdır. Əməkdaşlığın dərinləşdirilməsi və prosesin intensivləşdirilməsi məqsədilə mayın 9-da Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev Türkiyənin “Tasarruf Mevduatı Sigorta Fonu”nun (TMSF) idarə heyətinin sədri – Fatin Rüştü Karakaş ilə İstanbul şəhərində Anlaşma Memorandumu imzalamışdır.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, Anlaşma Memorandumunda ƏSF ilə TMSF arasında əmanətlərin sığortalanması sahəsində birgə beynəlxalq əməkdaşlığı təşviq etmək, eləcə də təməli 1983-cü ildə qoyulan və 1994-cü ildə baş vermiş iqtisadi böhran nəticəsində səlahiyyətləri genişləndirilmiş (əmanətlərin sığortalanması ilə yanaşı, TMSF-ə bankların maliyyə vəziyyətinin gücləndirilməsi və zərurət yarandıqda onların restrukturizasiyası tapşırılmışdır) “Tasarruf Mevduatı Sigorta Fonu”nun qabaqcıl təcrübəsindən yararlanaraq, ƏSF-in ləğvetməsində olan bankların ləğv prosesini çevik və sürətli şəkildə başa çatdırılması prosesini təkmilləşdirmək, ölkəmizdə əmanətlərin sığortalanması sisteminin inkişafını gücləndirmək və maliyyə savadlılığını artırmaq məqsədi başlıca məna kəsb edir.

Qeyd edək ki, Memorandum çərçivəsində əsas əməkdaşlıq istiqamətləri və hədəfləri, əmanətlərin sığortalanması sisteminin inkişafına müsbət töhfəsi, ƏSF TMSF-in qabaqcıl təcrübəsindən yararlanmaqla, bankların ləğv prosesinin optimallaşdırılmasını həyata keçirmək məqsədilə Fondun potensiallı insan resurslarının təcrübi və nəzəri biliklərinin artırılmasına dəstəyin göstərilməsini, aktivlərin idarəedilməsi prosesinin səmərəliliyinin artırılmasını və kompensasiyaların ödənilməsinin sürətləndirilməsini təmin etməkdir.

Xüsusilə də təcrübə mübadiləsi çərçivəsində ƏSF-in Maliyyə, Arxiv, Risk, habelə Beynəlxalq və İctimaiyyətlə əlaqələr üzrə struktur bölmələrinin əməkdaşları bu gündən etibarən mayın 13-dək TMSF-in təcrübəli kadrları və təlimçiləri tərəfindən həyata keçirilən təlimlərə qoşulacaq.

Xatırladaq ki, bu yaxınlarda ƏSF Dünya Bankı ilə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində rəsmi görüş keçirib. Görüş zamanı Dünya Bankı ilə ƏSF-in fəaliyyət istiqamətləri və inkişaf perspektivləri haqqında ətraflı müzakirələr aparılıb. Əmanətlərin qorunması mexanizminin təkmilləşdirilməsi, indiki dövrün çağırışı olan rəqəmsəllaşma yolunda ƏSF tərəfindən elektron auksion platformasının və kreditorlar üçün yeni xüsusi portalın yaradılması istiqamətin düzgün və çevik şəkildə seçilməsinin nümunəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!