23 Sentyabr 2026 10:20
111
DÜNYA
A- A+
E.Makron D.Trampla Ukrayna infrastrukturunun qorunmasını müzakirə edib

E.Makron D.Trampla Ukrayna infrastrukturunun qorunmasını müzakirə edib


Fransa Prezidenti Ukraynanın enerji və mülki infrastrukturuna hücumlara moratorium tətbiq etmək üçün ABŞ ilə birgə səylər göstərəcəyini açıqlayıb. Makron və Tramp həmçinin Rusiyanın hücumlarını dəf etmək üçün ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsinin tərəfdarıdırlar.

Fransa Prezidenti Emmanuel Makron Nyu Yorkda amerikalı həmkarı Donald Trampla Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı enerji obyektlərinə hücumlara moratorium tətbiq etmək məqsədi daşıyan təşəbbüsləri müzakirə ediblər. Fransa lideri bu barədə  "X" sosial media platformasında yazıb. Makron bildirib: "Biz həmçinin Ukraynanın enerji və mülki infrastrukturuna hücumlara moratorium tətbiq etmək üçün səylərimizi birləşdirəcəyik. Mülki şəxslər qorunmalıdır və Rusiya ilə Ukrayna arasında sülh şərtləri ilə bağlı ən qısa zamanda ciddi danışıqlara başlamalıyıq".

Trampla görüşündən sonra jurnalistlərlə görüşən Makron qeyd edib ki, onlar Ukraynanın müdafiəsinin gücləndirilməsinə kömək etmək barədə razılığa gəliblər. O bildirib ki, bu, Kiyevi Rusiyanın hava hücumlarından qorumaq üçün əlavə tutucu raketlərlə təmin etməyi də əhatə edir.

DW agentliyinin məlumatına görə, Nyu Yorkda Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüş keçirilib.

Bundan əvvəl V.Zelenski Amerika qanunvericiləri ilə görüşüb və Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" qanununu qəbul etdiklərinə görə onlara təşəkkürünü bildirib. "Sanksiyaların işləməsini istəyirəm", - deyə Ukrayna lideri vurğulayıb.

BMT Baş Assambleyasının 81-ci sessiyası 22-26 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək və təxminən 130 dünya liderinin iştirakı gözlənilir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

10:51
23 Sentyabr

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir  

10:48
23 Sentyabr

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

10:47
23 Sentyabr

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb  

10:47
23 Sentyabr

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:45
23 Sentyabr

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır 

10:42
23 Sentyabr

Vahid məktəbli forması təhsildə bərabərlik prinsipini gücləndirir

10:40
23 Sentyabr

Yalçın Rəfiyev BMT-nin yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib

10:39
23 Sentyabr

Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

10:38
23 Sentyabr

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib  

10:34
23 Sentyabr

V.Zelenski ABŞ-də təxminən 20 görüş keçirəcək

10:30
23 Sentyabr

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər  

10:21
23 Sentyabr

E.Makron D.Trampla Ukrayna infrastrukturunun qorunmasını müzakirə edib

10:20
23 Sentyabr

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

10:17
23 Sentyabr

Azərbaycanla Səudiyyə Ərəbistanı birlikdə möhtəşəm quruculuq layihələri həyata keçirir  

10:16
23 Sentyabr

Sabah Bakıda "Formula-1" - sürət həyəcanı başlayır

10:10
23 Sentyabr

Yardımlıda kənd təsərrüfatının inkişafı məsələləri müzakirə olunub

10:00
23 Sentyabr

Neftçalada kənd təsərrüfatında innovativ vasitələrin tətbiqi mövzusunda təcrübə öyrənilir

09:50
23 Sentyabr

Şəmkirdə dövlət proqramı üzrə görülən işlər müzakirə edilmişdir

09:40
23 Sentyabr

Azərbaycana payız gəldi

09:37
23 Sentyabr

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub  

09:36
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!