14 Mart 2024 09:05
3681
Elm və texnika
A- A+
Elm və yaradıcılıq yollarında uğurlu addımlar 

Elm və yaradıcılıq yollarında uğurlu addımlar 

 

İnsan yaşadığı həyatı zəkası və təfəkkürü ilə dərk edir, məqsədinə çatmaq üçün bütün bacarığını ortaya qoyur. Buna görə də tale yollarında arzularının zirvəsinə ucalır. Belə insanlardan biri də  gənc ziyalı xanımlar sırasında mövqeyi ilə seçilən filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyevadır.
O, 20 yanvar 1989-cu ildə Naxçıvan MR Ordubad rayonunda dünyaya göz açıb. 2011-ci ildə Bakı Slavyan Universitetinin "Azərbaycan dili və ədəbiyyatı" ixtisasının bakalavr pilləsini, 2013-cü ildə isə həmin təhsil ocağının ədəbiyyat nəzəriyyəsi ixtisasının magistratura pilləsini bitirib. 
Şəfa xanım 2018-ci ildən AMEA-nın Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində əvvəlcə kiçik elmi işçi, elmi işçi, 2022-ci ildən isə böyük elmi işçi vəzifəsində çalışır. 2022-ci ildə filologiya elmləri doktoru, professor Tahirə Məmmədin rəhbərliyi ilə  "Azərbaycan tənqidi realist dramaturgiyasında dialoq və monoloq" adlı dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi qazanıb.
Elmi işindən söz açan Şəfa Əliyeva dedi ki, ədəbi-nəzəri fikirdə tənqidi realizm XX əsrin başlanğıcında digər ədəbi cərəyanlarla, xüsusən romantizmlə bərabər parlaq dövrünü yaşayırdı. Həmin dövrün ədəbi irsi araşdırıldığı zaman dramaturgiya sahəsindəki nailiyyətlər, hətta klassik sənət nümunələri adlanmağa layiq, teatr-səhnə sənətinin inkişafına təkan verən əsərlərin məhz bu ədəbi cərəyana aid olması bunu bir daha sübuta yetirir. 
Gənc alim onu da bildirdi ki, müəllif oxucuya informasiyanı dram əsərində, əsasən, dialoq və monoloqla ötürür, bu problemin araşdırılmasının əhəmiyyəti daha da anlaşıqlı olur. Şeir üçün misra, bənd, vəzn nə dərəcədə əhəmiyyətlidirsə, dramaturgiya üçün də monoloq və dialoq o qədər mühümdür. Ədəbi cərəyanlara uyğun olaraq dram əsərlərinin kompozisiya elementlərinin strukturunda, tipajlar aləmində və sairə komponentlərində dəyişmələr müşahidə olunduğu kimi, dialoq və monoloqlarda da spesifiklik özünü göstərir. Bu özünəməxsusluqların araşdırılıb sistemləşdirilməsi problemi dissertasiya işinin aktuallığını daha artırırdı.
Şəfa Əliyeva elmi işində bu sahəni geniş tədqiq etmiş, maraqlı bir iş yazmış və əldə  etdiyi nəticələri ümumiləşdirmişdir. Ədəbiyyatşünaslar gənc alimin elmi işinə yüksək dəyər vermişlər.
2015-ci ildə Şəfa Əliyeva Albaniyanın paytaxtı Tirana şəhərində Beder Universitetinin təşkilatçılığı ilə keçirilən simpoziumda "Eleştirel gerçekçilik ve çağdaş edebi-teorik bakış" türk dilindəki çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.  
Bundan başqa, Şəfa Əliyeva 2021-ci ilin noyabrından Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimi fəaliyyətə başlayıb. AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci ilin aprelində keçirilmiş iclasında o, həm də Humanitar Elmlər Bölməsinin elmi katibi təyin edilmişdir. 2022-2023-cü tədris ili ərzində Şəfa xanım Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və ABŞ Dövlət Departamentinin Virtual İngilis Dili Müəllimi Proqramını uğurla bitirərək sertifikat almışdır. AMEA-nın Rəyasət Heyətinin 13 mart 2023-cü il tarixli qərarı ilə o, Elm Günündə "İlin gənc alimi" diplomuna layiq görülmüşdür.
2023-cü ildə "Heydər Əliyev İli" çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin keçirdiyi tədbirdə Şəfa xanım "Müasir Azərbaycan gəncliyinin inkişafında Heydər Əliyev fenomeni" adlı məruzə ilə çıxış etmişdir. "Heydər Əliyevin idealları və müasir gənclik"  adlı məruzəsini isə iştirakçılar  ingilis dilində dinləmişdilər.
O, 2023-cü ildən Ədəbiyyat İnstitutu üzrə ERASMUS +(Erasmus plyus) proqramının koordinatorudur. Həmin ilin noyabrında Avropa və Asiyadan olan gənc alimlərin MDB İcraiyyə Komitəsinin tərəfdaşlığı, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası və Rusiya Federasiyasının Avrasiya İqtisadi İttifaqının həmsədrliyi ilə Moskva şəhərində  "Elm Qitəsi" akademik forumunda iştirak etmişdir. "İrsin qorunması" elmi panelində "Poetik və dramatik əsərlərdə bədii təkrarın üslubi funksiyası" mövzusunda çıxış etmişdir. 
Filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva elmi əsərlərini Azərbaycan, türk, rus və ingilis dillərində yazır. Gənc alim 30-dan çox elmi əsərin müəllifidir. Yaxın günlərdə onun "Dramatik nitqin komponentləri" adlı monoqrafiyası işıq üzü görəcək. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!