25 Fevral 2014 02:02
80
CƏMİYYƏT
A- A+
Elektron xidmətlər məhkəmələrə ictimai etimadı daha da gücləndirəcək

Elektron xidmətlər məhkəmələrə ictimai etimadı daha da gücləndirəcək

 

Respublikamız mütərəqqi yeniliklərə doğru irəliləyən dünya ailəsinin üzvü kimi informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı düşünülmüş strategiya həyata keçirir. Bu strategiya ölkəmizdə "elektron hökumət" quruculuğu üçün çoxsistemli idarəetmə mexanizmlərinin formalaşdırılmasına xidmət edir.

Respublika Prezidentinin 23 may 2011-ci  il tarixli fərmanı ilə "Elektron hökumət"in  formalaşdırılması və elektron xidmətlərin tətbiqi istiqamətində işlərə təkan verilmişdir. "Elektron hökumət" müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları, habelə hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən ölkə ərazisində yaşayan vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və "e-xidmət"lərin göstərilməsinə şərait yaradan sistemdir.

Elektron xidmətlər, eyni zamanda məhkəmə orqanları ilə vətəndaşlar arasında birbaşa təması minimuma endirməklə neqativ hallara şərait yaradan halları aradan qaldırır, korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli tədbirlərdən birinə çevrilir. Vətəndaşlar elektron xidmətlərin üstünlüklərini yeni yaradılmış bir sıra portalların uğurlu fəaliyyətinə nəzərən praktik olaraq hiss edir, atılan addımları razılıqla qarşılayırlar. Dövlət orqanları tərəfindən tətbiq edilən rüsum və tariflər barədə məlumatlar almaq məqsədilə "www.rusum.az" saytı dövlət qurumlarının və vətəndaşların münasibətlərinin etik davranış çərçivəsində tənzimlənməsinə dəstək vermək, bu sahədə maarifçilik və məlumatlandırma məqsədilə "www.etika.az" saytı yaradılmışdır. Son illər uğurla fəaliyyət göstərən "www.e-qanun.az" portalında da cəmiyyətdə bütün ictimai münasibətlər spektrini tənzimləyən qanunlar və digər normativ-hüquqi sənədlər yerləşdirilmişdir.

Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış "ASAN xidmət" mərkəzləri də qısa müddətdə ictimaiyyətin inam və etimadını qazanmış, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış "müştəri məmnunluğu" ideyasının inkorporasiya edilməsinə, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir. Bu ideyanın maraqlı cəhətlərindən biri də odur ki, həmin xidmətlər şərti müəyyən edilmiş "bir qapı" prinsipi üzrə təqdim edilir.

Bu reallıqlar fonunda Azərbaycanda məhkəmə sisteminin  elektronlaşdırılması, məhkəmələrin fəaliyyətində innovativ yeniliklərin tətbiqi də obyektiv zərurətə çevrilmişdir. Son illər bu sahədə bir çox tədbirlər həyata keçirilmiş, yeni inşa edilmiş məhkəmə binaları, o cümlədən Ali Məhkəmənin binası müasir qurğu və idarəetmə proqramları ilə təchiz edilmişlər. Müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş yeni məhkəmə binalarında, həmçinin proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən, audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur formalaşdırılmışdır. Müasir konfrans zallarında isə hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılmışdır. Məhkəmədə ilk dəfə olaraq tətbiq olunan "Bloostar" adlı videokonfrans telefon sistemi ilə altı qurumla eyni vaxtda müzakirələr aparmaq mümkündür.

Məhkəmə sisteminin dinamik inkişafının təmini, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması məsələləri ölkə başçısının 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda da dolğun əksini tapmışdır. Həmin proqramla məhkəmələrdə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi işinin sürətləndirilməsi, müasir tələblərə cavab verən yeni iş prosesinin təşkili və vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi məsələləri ön plana çəkilmişdir.

Prezidentin 5 sentyabr 2012-ci il tarixli "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncamı da, ilk növbədə vətəndaşların dövlət hakimiyyət orqanlarına müraciətlərinin asanlaşdırılmasını, insan hüquqlarının dövlət orqanları tərəfindən etibarlı təmin edilməsini nəzərdə tutur.

Hazırda məhkəmələrdə mühüm problemlərdən biri də proses iştirakçılarının məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasıdır. Təhlillər göstərir ki, müxtəlif səbəblərdən məhkəmə bildirişlərinin vaxtında çatdırılmaması məhkəmələrdə işlərə baxılarkən çəkişmə prinsipinə əməl edilməməsi ilə nəticələnir, işlərə qanunla müəyyən edilmiş müddətdə baxılmasında çətinliklər yaradır. Bununla əlaqədar Məhkəmə Hüquq Şurası və Azərbaycan Respublikasının İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "elektron məhkəmə bildirişlərinin tətbiqinə dair" Konsepsiya hazırlanmışdır. Konsepsiya əsasında yeni bir proqramın - "Elektron-məhkəmə məlumat sistemi"nin tətbiqinə başlanılmışdır. Proqram tətbiq edildiyi zamandan birinci instansiya məhkəmələrinə daxil olan işlər üzrə dəftərxana işçisi tərəfindən ilkin olaraq elektron qeydiyyat uçotu təşkil edilir.

Prezidentin 2014-cü il 13 fevral tarixli "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" sərəncamı isə bu sahədə ötən illərdən başlanmış işlərin keyfiyyətcə yeni mərhələdə daha da genişlənməsinə, məhkəmələrdə İKT-nin ən son nailiyyətlərinin tətbiqinə imkan verən əlahiddə əhəmiyyətli sənəddir. Bunda məqsəd ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmini, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsidir. Belə bir sərəncamın imzalanması "ASAN xidmət"in yaradılması ilə vətəndaş məmnunluğuna səbəb olan müasir, sivil, şəffaf xidmətlərin məhkəmə orqanlarının fəaliyyətində geniş tətbiqinə imkan verir. Bu həm də vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik formada qurulmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında operativliyin təminatına imkan yaradacaq, şəffaflığı maksimum dərəcədə təmin edəcək.

Sərəncama əsasən yaradılacaq yeni sistem ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu; cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini; məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını; məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini; məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılmasını; məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını; işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını; qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini; sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik "şəxsi kabineti"nin yaradılmasını; "Elektron hökumət" portalı ilə və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanı; məhkəmə statistikasının elektron qaydada aparılmasını; məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını nəzərdə tutur.

Nazirlər Kabinetinə "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyətini təmin etmək üçün qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılmışdır.

Göründüyü kimi, sərəncam əsasında məhkəmələrin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edəcək "Elektron məhkəmə" informasiya sisteminin yaradılması məramı önə çəkilmişdir. Bununla əlaqədar prosessual qanunvericiliyə mühüm dəyişikliklərin edilməsi və normativ-hüquqi bazanın informasiya texnologiyalarının tətbiqinə uyğunlaşdırılması diqqət mərkəzində olacaq. Yeni sistem məhkəmələrə müraciətlərin, iddia ərizələrinin, müxtəlif məhkəmə instansiyalarına şikayətlərin elektron formada qəbuluna imkan yaradacaq, nəticədə vətəndaşların şəxsən məhkəmələrə gəlmələrinə, poçt xidmətlərindən istifadələrinə ehtiyac qalmayacaq.

"Elektron məhkəmə" informasiya sisteminin tətbiqindən sonra məhkəmələrə iddia ərizələri elektron qaydada göndəriləcək, ifadələr elektron daşıyıcılara qeyd olunacaq. Tərəflər vəsatətləri və şikayətləri informasiya texnologiyalarından istifadə etməklə elektron poçt vasitəsilə göndərəcək və qəbul edəcəklər. Bu isə məhkəmə prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin və digər sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edəcək. İstənilən halda həmin sənədlər elektron daşıyıcılardan kağıza köçürüləcək.

Bundan başqa, məhkəmə proseslərinin audio, video və digər texniki vasitələrdən istifadə etməklə qeydə alınması, prosesi onlayn rejimdə müşahidə etmək imkanının yaradılması mühüm yeniliklərdən biri olacaq. Bu sistem məhkəmə proseslərinin elektron qaydada qeydə alınmasına və proses iştirakçıları tərəfindən onlayn rejimdə, yaxud sonradan izlənilməsinə imkan verəcək. Nəticədə məhkəmə işçiləri tərəfindən protokolun bilərəkdən və ya ehtiyatsızlıqdan yanlış tərtib olunması halları aradan qalxacaq.

Məhkəmə çağırışlarının və bildirişlərin, habelə qəbul olunmuş qərarların və digər sənədlərin elektron qaydada ötürülməsi qərarların və digər prosessual sənədlərin vaxtında çatdırılmaması, bununla da şikayət etmək hüququnun pozulması iddialarını birdəfəlik aradan qaldıracaq.

Ölkə başçısının imzaladığı sərəncam məhkəmə orqanlarının fəaliyyətində şəffaflığı, çevikliyi, hesabatlılığı təmin etməklə yanaşı, onlara öz işlərini müasir dünyanın mütərəqqi təcrübəsi əsasında qurmağa imkan yaradacaq. Xidmətlərin elektron qaydada həyata keçirilməsi, ilk növbədə, vətəndaşın mənafeyinə cavab verməklə yanaşı, onların məhkəmələrə inam və etimadının daha da güclənməsinə səbəb olacaq. 

 

Hikmət MİRZƏYEV,

Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!