16 Mart 2022 15:48
1126
CƏMİYYƏT
A- A+
Elektron Hökumətin İnkişafı Mərkəzi ictimaiyyətə geniş hesabat təqdim edib  

Elektron Hökumətin İnkişafı Mərkəzi ictimaiyyətə geniş hesabat təqdim edib  

 

Martın 16-da Şamaxıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) media və ictimaiyyət nümayəndələri ilə görülmüş işlərə dair hesabat xarakterli görüş keçirib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qurumun fəaliyyətinin dörd illiyi münasibətilə təşkil olunan görüşdə EHİM-in direktoru Fariz Cəfərov həyata keçirilən layihələr, istiqamətlər haqqında geniş təqdimat edib. EHİM-in strateji hədəfləri, vizyonu və keçdiyi yoldan danışan F.Cəfərov xüsusilə ötən il həyata keçirilmiş layihələr, mövcud layihələr üzrə inkişaf dinamikası və statistikaları açıqlayıb.

2021-ci ildə “ASAN Login” Vahid Giriş Sistemində videoqeydiyyat və videoyazı vasitəsilə yeni mobil nömrənin əlavə olunması, habelə digər funksionallıqlar və xidmətlər yaradılıb. 2020-ci illə müqayisədə 2021-ci ildə “ASAN Login”də istifadəçi sayı 32 faiz artıb. Ən son statistik göstəricilərə əsasən “ASAN Login”də təqribən 2,4 milyon istifadəçi var. Hazırda “ASAN Login”ə 40 qurum və 79 sistem inteqrasiya olunub.

2021-ci ilin fevral ayında şəxsi kabinet əsaslı elektron hökumət portalı – “myGov”un mobil tətbiqi istifadəyə verilib.

Habelə platformaya COVID-19 əks-göstəriş, immunitet və peyvənd sertifikatları inteqrasiya olunub, doğum və ölümün elektron qeydə alınması xidməti hazırlanaraq vətəndaşların istifadəsinə verilib. Bununla yanaşı, “myGov” mobil tətbiqinin yeni versiyasına təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə biometrik identifikasiya funksiyası əlavə olunub. İl ərzində “myGov”da istifadəçi sayında əhəmiyyətli artım qeydə alınıb. 2020-ci ilə nisbətən 2021-ci ildə “myGov”da istifadəçi sayı 81 faiz artıb. Ən son statistik göstəricilərə əsasən “myGov”da 874 mindən çox istifadəçi var. “myGov” vasitəsilə vətəndaşlar 710 xidmətə çıxış və 21 növ bildiriş əldə edir. Həmçinin 2022-ci ilin yanvar ayında “myGov”un mobil tətbiqi “Qlobal Hökumət Mükəmməlliyi” mükafatının (“Global Government Excellence award”) “Ən yaxşı ağıllı mobil tətbiq” kateqoriyasının “elektron xidmətlər” nominasiyası üzrə qalib seçilib.

Elektron Hökumət Portalında (e-gov.az) EHİM tərəfindən aparılan optimallaşdırma işləri davam etdirilib. 37 qurum tərəfindən 438 xidmətin göstərildiyi portalda istifadəçi sayı 2020-ci ilə nisbətən 2021-ci ildə 7 faiz artıb. Ən son statistik göstəricilərə əsasən portalda istifadəçi sayı 1,367 milyon nəfər təşkil edir.

Şənlik mərasimlərinin keçirilməsi üçün icazələrin verilməsi məqsədilə icaze.e-gov.az portalı EHİM tərəfindən 26 iyun 2021-ci il tarixindən etibarən aktivləşdirilib. Ümumilikdə, 2021-ci il ərzində portal üzərindən 1120 şadlıq sarayı, 50 minə yaxın tədbir, 6,2 milyondan çox qonaq qeydiyyatdan keçirilib. Hazırda portal üzərindən 1192 şadlıq sarayı, 63,8 minə yaxın tədbir, 8 milyondan çox qonaq qeydiyyatdan keçirilib.

Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə 2021-ci ilin sentyabr ayının 1-dən istifadəyə verilmiş “CheckApp” mobil tətbiqi üzərindən COVID-19 pasportları təqribən 10,3 milyon dəfə yoxlanılıb.

2021-ci ilin aprel ayında EHİM “ASAN Bridge” - Milli Məlumat Mübadiləsi Sistemini istifadəyə verilib. “ASAN Bridge” Elektron Hökumət İnformasiya Sisteminin (EHİS-in) inteqrasiya altsistemi olaraq dövlət informasiya ehtiyatlarının və sistemlərinin əlaqələndirilməsini, o cümlədən həmin ehtiyatlar və sistemlər arasında dayanıqlı və təhlükəsiz məlumat mübadiləsini təmin edir. “ASAN Bridge” üzərindən məlumatlar qarşı tərəfə şifrələnərək ötürülür ki, bu da məlumatların təhlükəsizliyini təmin edir. 2021-ci ildə toplam olaraq sistemdən istifadə sayı 59,5 milyon təşkil edib. Ən son statistik göstəricilərə əsasən “ASAN Bridge”ə 71 informasiya sistemi qoşulub, ümumi istifadə sayı 102 milyondan çox təşkil edib.

Ötən il EHİM “Rəqəmsal icra hakimiyyəti” – rih.gov.az portalını istifadəyə verib. Portal qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib. Portal vətəndaşlara icra hakimiyyətlərində görüş üçün onlayn qaydada müraciət etmək, təmir-abadlıq və digər önəmli hesab edilən məsələləri aktuallaşdırmaq, icra hakimiyyətləri tərəfindən təqdim edilən bir sıra xidmətləri elektron qaydada əldə etmək imkanı yaradır. Portala, Naxçıvan Muxtar Respublikası istisna olmaqla bütün icra hakimiyyətləri - 77 yerli icra hakimiyyəti orqanları inteqrasiya olunub.

Vətəndaşların rəqəmsal hökumət xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə 2, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində “Rəqəmsal hökumət pəncərə”ləri yaradılıb. 2021-ci ildə xidmətdən istifadə üçün 16 minə yaxın müraciət qeydə alınıb.

Habelə “ASAN Finans”, “ASAN ödəniş”, “ASAN Viza”, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (e-Agro), Dövlət Xidmətlərinin Elektron Reyestri və digər layihələr üzrə müvafiq optimallaşdırma və təkmilləşdirmə işləri davam etdirilib.

2021-ci il aprelin 26-dan 28-dək Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) mövzusunda beynəlxalq konfrans keçirilib. Üç gün davam edən tədbirə 22 ölkədən 58 spiker, 19 ölkədən 900-ə yaxın unikal iştirakçı qoşulub. Beynəlxalq konfransın keçirilməsində əsas məqsəd Azərbaycanda rəqəmsal idarəetmədə süni intellekt əsaslı texnologiyaların tətbiqinin sürətləndirilməsi və dayanıqlılığının təmin olunması, dünya ölkələri təcrübələri ilə tanışlıq, bu istiqamətdə yeni çağırışlar və gələcəyə baxışların müəyyən olunması, süni intellekt ekosistemi haqqında cəmiyyətin maarifləndirilməsi, ölkədə bu sahəyə olan marağın artırılması və təşviq edilməsi, gələcək nəsillərə ixtisas seçimində mesajların ötürülməsidir. Konfrans çərçivəsində təşkil olunan data müsabiqəsində 185 komanda qeydiyyatdan keçərək, iştirak edib. Yarışmanın qalibləri pul mükafatları, sertifikatlar və hədiyyələrlə təltif olunublar.

Ötən ilin iyul ayında EHİM tərəfindən “Rəqəmsal Jurnalistikaya doğru” proqramının üçüncü dalğası həyata keçirilib. Proqram çərçivəsində 20-dən çox jurnalist ölkədə həyata keçirilən rəqəmsallaşma, bu istiqamətdə icra edilən layihələr, rəqəmsal hökumət xidmətləri haqqında ətraflı məlumat əldə edib. Layihənin ikinci hissəsində həyata keçirilən müsabiqədə jurnalistlər tərəfindən araşdırmalar hazırlanaraq, kütləvi informasiya vasitələrində yayımlanıb.

Ümumilikdə 2020-2021-ci illərdə icra edilən proqramın üç dalğasında 100-dən çox jurnalist iştirak edib.

2019-cu ilin oktyabr ayından start götürən və hər həftənin cümə axşamı, saat 19:05-də və cümə günü, saat 14:05 “ASAN” Radio 100 FM dalğasında efirə gedən “Rəqəmsal Azərbaycan” radio verilişi öz fəaliyyətini 2021-ci ildə də davam etdirib. Ümumilikdə, verilişin 113 buraxılışı efirə gedib.

Bununla yanaşı, vətəndaşların yeni yaradılan xidmətlər haqqında KİV və sosial media vasitəsilə məlumatlandırılması davam etdirilib. Vətəndaşların istifadəyə verilən yeni xidmətlər haqqında məlumatlılığını artırmaq məqsədilə təlimat videoları hazırlanaraq müvafiq platformalarda yayımlanıb, rəqəmsal savadlılıq üzrə təlimlər və sorğular təşkil edilib.

EHİM daim vətəndaş müraciətlərini araşdıraraq, sorğular keçirərək fəaliyyətinin təkmilləşdirilməsi və yeni xidmətlərin yaradılması, xidmət dizaynlarının inkişafı istiqamətində işlər görür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!