Elçin ƏMİRBƏYOV: "Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək"
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Vatikana işgüzar səfəri zamanı "Sir" İnformasiya Agentliyinə müsahibə verib. AZƏRTAC xəbər verir ki, Elçin Əmirbəyov müsahibəsində Ermənistan və Azərbaycan arasında sülh prosesindən, cəmiyyətimizin çoxmillətli və multikultural xarakterindən və regionda gələcək birgəyaşayış imkanlarından bəhs edib. Müsahibəni təqdim edirik.
- Azərbaycanla Ermənistan arasında dialoq hansı mərhələdədir? Papa Fransisk danışıqların hər şeydən əvvəl humanitar böhrana son qoya biləcək "davamlı razılaşmaya" şərait yaratmasını rica edir. Bu gün hansı addımların atılması lazımdır?
- İlk olaraq, biz Papa Fransisk həzrətlərinin Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk. Bakı ilə İrəvan arasındakı dialoq müxtəlif formalarda və müsbət ruhda davam etməkdədir. Vurğulamaq lazımdır ki, təxminən iki il əvvəl sülh danışıqlarının və sülh müqaviləsinin layihəsinin təşəbbüskarı məhz Azərbaycan olub və o vaxtdan bəri sülh prosesində mühüm irəliləyişlər əldə edilib. Ən son müsbət irəliləyişlər ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən, Qarabağ regionu üzərində özünün effektiv nəzarətini bərpa edəndən sonra mümkün olub. Bu gün biz inanırıq ki, Ermənistanla birlikdə bütün yerdə qalan məqsədlərimizə siyasi vasitələrlə və nisbətən daha qısa müddət ərzində nail ola bilərik. İki həftə əvvəl Ermənistan öz qüvvələrini Azərbaycanın şimal-qərbində yerləşən Qazax rayonunun otuz ildən çox işğal altında qalan dörd kəndindən çıxarmağa razılaşdı və dərhal sonra biz ölkələrimiz arasında bir gün dövlət sərhədinə çevriləcək ikitərəfli delimitasiya və demarkasiya prosesinə başladıq. Paralel olaraq, Azərbaycan özünün otuz ildən bəri davam edən münaqişə və qanunsuz işğal nəticəsində dağıdılmış bütün ərazilərinin yenidən qurulması və bərpası istiqamətində genişmiqyaslı səylərini qətiyyətlə davam etdirir.
- 2023-cü il oktyabrın 15-də Angelus mərasimində Papa Fransisk bu regionun səlahiyyətlilərinin və sakinlərinin "yerli mədəniyyətin bir hissəsi, inancın ifadəsi və fərqliliklərə baxmayaraq, birlikdə yaşamağa imkan verən qardaşlığın əlaməti kimi hörmətlə davranılacağına və qoruna biləcəyinə" ümidvar olduğunu bildirmişdi. Bu yerdə, onların evlərinə qayıtma prosesinə necə yardım etmək olar?
- İlk əvvəl aydınlıq gətirmək istərdim ki, Azərbaycanın Qarabağ bölgəsinin ərazisini tərk edib Ermənistana getmək qərarı orada məskunlaşmış əhali tərəfindən könüllü şəkildə qəbul olunub. Baxmayaraq ki, Azərbaycan hakimiyyəti onlara dəfələrlə müraciət edərək ölkəni tərk etməməyə çağırıb. Bir gün davam edən antiterror əməliyyatından dərhal sonra Ermənistanın bizə qarşı başlatdığı dezinformasiya kampaniyasına baxmayaraq, Azərbaycan yerli mülki əhaliyə orada qalıb, qanunlarımız çərçivəsində dinc şəkildə cəmiyyətimizə inteqrasiyanı təklif edib. Lakin həqiqət ondan ibarətdir ki, gedənlərin bir çoxu, Azərbaycanın həmin regionunda ermənilərlə azərbaycanlıların dinc yanaşı yaşamalarına qarşı çıxan yerli qanunsuz separatçıların liderləri tərəfindən, əslində, buna "israrla sövq edilib". Azərbaycan hakimiyyətinin daha öncəki fürsətlərdə də dəfələrlə bəyan etdiyi kimi, erməni və ya azərbaycanlı olmasından asılı olmayaraq, bütün köçkün əhalinin öz evlərinə könüllü qayıtmaq hüququna qarşılıqlı əsasda hörmət edilməlidir. Unutmayaq ki, 1980-ci illərin sonlarında münaqişənin lap əvvəlində Ermənistanda 250 mindən çox mülki azərbaycanlı etnik təmizləməyə məruz qalıb.
- Elə həmin Angelus mərasimi zamanı Papa Fransisk, həmçinin bölgədəki monastırların və ibadət yerlərinin qorunması ilə bağlı xüsusi müraciət edib. Hökumətiniz həmin torpaqlarda xristian ibadət yerlərinin qorunması üçün hansı addımları atır?
- Azərbaycan ərazisindəki bütün ibadət yerləri, dini mənşəyindən asılı olmayaraq, cəmiyyətimizin çoxmillətli və multikultural xarakterini əks etdirən zəngin mədəni və dini irsimizin bir hissəsini təşkil edir. Hökumətimiz isə hər bir dini ibadət yerini heç bir ayrı-seçkilik qoymadan qorumaq vəzifəsinə ciddi yanaşır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın aidiyyəti qurumları tərəfindən xarici dövlətin qanunsuz işğalı altında olan və münaqişənin təsirinə məruz qalmış ərazilərdəki bütün mədəni və dini abidələrin inventarizasiyası aparılıb. İki müharibədən sonra ayaqda qalan, lakin zədələnən abidələr hazırda bərpa mərhələsindədir, ancaq təəssüf ki, bir çox mədəni və dini abidələr işğalçı qüvvələr tərəfindən tamamilə məhv edilib. Bir misal gətirim: Qarabağda və əvvəllər işğal olunmuş digər ərazilərdə 67 məsciddən 65-i yerlə yeksan olunub.
- Münaqişələrdən və böhranlardan güclü şəkildə təsirlənən bir dünyada bəlkə də bu böhrana diqqəti canlı tutan yeganə insan Papa Fransiskdir. Papanın "sözü" haqqında nə düşünürsünüz və hər şeydən əvvəl xristianlar bu ölkələrdə hansı "rol" oynaya bilərlər? Orada onlar üçün yer varmı?
- Söhbətimizin əvvəlində artıq qeyd etdiyim kimi, biz Azərbaycanda Papa Fransiskin, eləcə də dünyanın bir çox digər yüksəksəviyyəli şəxslərinin Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşması məsələsinə göstərdikləri diqqəti yüksək dəyərləndiririk. Azərbaycan öz mədəni və dini müxtəlifliyi ilə fəxr edən dünyəvi ölkədir, burada müsəlmanlar, xristianlar, yəhudilər və digər konfessiyaların nümayəndələri əsrlər boyu harmoniya, əmin-amanlıq və dostluq şəraitində birgə yaşayıb. Biz doğrudan da inanırıq ki, ölkələrimiz arasında tezliklə bağlana biləcək sülh müqaviləsi nəinki dünyanın ən uzun və faciəli etnik münaqişələrindən birinə rəsmi olaraq son qoyacaq, həmçinin ermənilərlə azərbaycanlılar arasında etimadın yaranmasına xidmət edəcək, onların yaxşı qonşu və ola bilsin bir gün hətta dost kimi yaşamasına yol açacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında
17 May
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilmə...
17 May
Milli Məclisin Sədri Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-...
17 May
"Anadolu Ankası - 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
17 May
Moskvada "Qelikon-opera"nın səhnəsində "Azərbaycan və Rusiya: dostluğun tərənnümü" adlı konsert olub...
17 May
Tuvalunun general-qubernatoru, Tonqa Krallığının Baş naziri və Baham Adaları Birliyinin xarici işlər...
17 May
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti DND-nin inzibati binası üçün MDF qapıl...
17 May
İranda daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 12 nəfər itkin düşüb
16 May
Bədii gimnastlarımız Avropa çempionatında iştirak edəcək
16 May
Baş prokuror Düşənbədə işgüzar səfərdədir
16 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!