02 May 2024 12:59
169
SİYASƏT
A- A+

Əlcəzair parlamentarisi: “Bakı Prosesi” beynəlxalq təhlükəsizliyə və sülhə böyük töhfələr verir  

 

“Bakı Prosesi” beynəlxalq təhlükəsizliyə və sülhə böyük töhfələr verir.

AZƏRTAC xəbər verir ki, bu fikri Əlcəzair Milli Şurasının sədri Ali Talibi Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən "Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr" mövzusunda parlamentlərarası konfransda səsləndirib.

Azərbaycanın dünya miqyasında gördüyü işləri yüksək qiymətləndirən əlcəzairli parlamentari tədbirin çox mürəkkəb bir dövrdə keçirildiyini diqqətə çatdıraraq deyib: “Bakıya toplaşmaqda məqsədimiz sülhün və əmin-amanlığın təşviq olunmasıdır. Müxtəlif dinlərdən olan insanların qarşılıqlı anlaşma şəraitində yaşaması nəcib dəyərləri təcəssüm etdirir”.

Ölkəsində bu istiqamətdə maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdıran qonaq qeyd edib: “Əlcəzair müstəmləkəçilikdən azad olan bir ölkədir və biz bununla bağlı təcrübəmizi paylaşmaq istəyirik. Ölkəmdə mədəni müxtəlifliyin qorunması ilə bağlı milli strategiya qəbul edilib. Məqsəd mədəni irsimizin qorunmasıdır və onun gələcək nəsillərə ötürülməsidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video