17 Aprel 2025 18:57
565
DÜNYA
A- A+
Əlcəzair Fransaya qarşı yeni tədbirlər görməyi planlaşdırır

Əlcəzair Fransaya qarşı yeni tədbirlər görməyi planlaşdırır

Fransa və Əlcəzair arasında gərginliyin azalmasına olan ümidlər boşa çıxıb, iki ölkə arasında vəziyyət daha da pisləşib.

AZƏRTAC xəbər verir ki, hazırda Əlcəzair Fransanın bu ölkəyə qarşı həyata keçirdiyi cavab tədbirlərini nəzərdən keçirir. Əlcəzairin Xarici İşlər Nazirliyinin nümayəndəsi Sofiane Şaib fransızdilli “Əlcəzair III” radio kanalına “Bizdə müvafiq tədbirlərin tətbiq ediləcəyi şəxslər barədə hələlik dəqiq məlumatlar yoxdur. Buna görə təəssüflənirik. Onların adları məlum olandan sonra addımlar atacağıq”, - deyə bildirib.

O, həmçinin deyib ki, iki ölkə arasında böhranı Fransanın daxili işlər naziri Brüno Rötayo yaradıb. Əlcəzairin Fransadakı konsulluğunun əməkdaşının həbsi vəziyyəti gərginləşdirib. “Əlcəzair və Paris arasında yaranan bu gərginliyə görə Fransanın daxili işlər naziri məsuliyyət daşıyır. O, iki ölkənin rəhbərləri arasında baş tutan telefon danışığından sonra tərəflər arasında başlayan yaxınlaşmaya mane olmaq istəyir. Daxili işlər naziri səkkiz ay əvvəl qeydə alınan bir işi yenidən qızışdırıb və Amir Dzat kimi tanınan Əmir Buxorsun oğurlanması ilə bağlı məsələdən istifadə edib. Mövcud böhran və gərginlik bu işin qəsdən dramatikləşdirilməsinin nəticəsidir. Bu hal iki dövlət başçısının arzuladığı əlaqələrə maneə yaradıb”, - deyə S.Şaib vurğulayıb.

Xatırladaq ki, Fransa və Əlcəzair arasında münasibətlər 2024-cü ilin yayında rəsmi Paris Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyandan sonra pisləşib. Buna cavab olaraq, Əlcəzair Parisdəki səfirini geri çağırıb və Prezident Abdelmacid Tebbun həmin ilin sentyabr ayında Fransaya planlaşdırılan səfərini ləğv edib. Bu yaxınlarda yazıçı Boualem Sansalın Əlcəzairdə həbsi və digər addımlar vəziyyəti daha da gərginləşdirib. Son vaxtlar Əlcəzair tərəfindən həyata keçirilən tədbirlər Fransanın daxili işlər naziri B.Rötayonın və bir neçə digər nazirin qəzəbinə səbəb olub. Fransa hakimiyyəti hətta "fransızların maraqlarını müdafiə etmək" üçün bəzi Əlcəzair rəsmilərinin bu ölkə ərazisinə girişini məhdudlaşdırmaq qərarına gəlib. Bu il Ramazan bayramı münasibətilə prezidentlər Makron və Tebbun arasında telefon danışığı olub. Bundan sonra Fransanın Avropa və xarici işlər naziri aprelin 6-da Əlcəzairə səfər edib. Bununla da, iki ölkə arasında “bərabər münasibətlərdə yeni mərhələ”nin başlandığı bildirilib. Lakin Əlcəzairin Fransadakı konsulluğunun əməkdaşının həbsindən sonra vəziyyət yenidən gərginləşib. Əlcəzair 12 fransızı ölkədən qovub. Buna cavab olaraq, Fransanın Əlcəzairdəki səfiri Stefan Romate məsləhətləşmələr üçün geri çağırılıb. Həmçinin Əlcəzairin Fransadakı diplomatik nümayəndəliklərində çalışan 12 nəfərin bu ölkədən çıxarılmasına dair qərar qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!