Ekzoplanetlərdə su ehtiyatları Yerə nisbətən daha çoxdur
Astronomlar Yer kürəsinə bənzəyən və Günəş sistemindən kənarda yerləşən ekzoplanetlərdə həyat əlamətlərinin olması ilə bağlı fərziyyələri araşdırırlar. Son tədqiqatların nəticəsində bu ehtimallar daha da artıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, ABŞ-ın Boston şəhərində keçirilən konfransda Harvard Universitetinin astrofiziki Li Tszen bu məsələ ilə əlaqədar yeni tədqiqatların nəticələrini açıqlayıb. Onun sözlərinə görə, elmə məlum olan ekzoplanetlərin üçdəikisində (onların ölçüsü Yerdən daha böyükdür) su ehtiyatları mövcuddur. Bundan başqa, bu göy cisimlərinin bir çoxunda olan su planetin ümumi çəkisinin 50 faizini təşkil edir. Məlumdur ki, Yer planetində bu göstərici cəmi 0,02 faizdir. Li Tszen bildirib ki, bu məlumatlar ABŞ-ın “Kepler” rəsədxanasının və Avropanın “Gaia” teleskopunun müşahidələri əsasında əldə edilib.
Astronomların qənaətinə görə, Yerdən 2,5 dəfə böyük olan bu ekzoplanetləri “su dünyası” da adlandırmaq olar. Onların çəkisi bizim planetə nisbətən 10 dəfə artıqdır. Digər tərəfdən, bu planetlərdəki su daha fərqlidir. “Ekzoplanetlərin səthində temperaturun 200-500 °C arasında olduğu güman edilir. Onlar su buxarından və aşağı qatlarda nazik maye təbəqəsindən ibarət atmosferlə əhatə olunub. Daha dərinlərdə - planetlərin sərt nüvə qatında buz kütləsi ola bilər”, - deyə Li Tszen əlavə edib.
Xatırladaq ki, bu yaxınlarda ABŞ-dan bir qrup alim Ayın qütblərində - kraterlərin kölgəsində buz təbəqəsinin olduğunu bəyan edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!