26 Yanvar 2026 20:13
517
İQTİSADİYYAT
A- A+
Ekspert: “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi xərclər və gəlirlərin real vaxtda idarə olunmasına imkan verəcək  

Ekspert: “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi xərclər və gəlirlərin real vaxtda idarə olunmasına imkan verəcək  


“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, İT üzrə mütəxəssis Fərid Kazımov bildirib.

Fərid Kazımov xatırladıb ki, Prezident İlham Əliyevin 2026-cı il 26 yanvar tarixli Fərmanı ilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) Əsasnaməsi təsdiq edilib və bu sistemə ölkədə uzun müddətdir ciddi tələbat vardı. Onun sözlərinə görə, sistemin məhz bu mərhələdə yaradılması onun tam müasir texnoloji trendlərə uyğun qurulmasına imkan verəcək: “2026–2027-ci illərdə formalaşdırılacaq bu sistem süni intellekt texnologiyalarının tətbiqini də nəzərdə tutur. Bu isə mövcud sistemlərdən fərqli olaraq, əlavə uyğunlaşdırma xərclərinə ehtiyac olmadan daha çevik və effektiv idarəetmə imkanı yaradacaq”.

Ekspert qeyd edib ki, RDMİS dövlətin xərclərini və gəlirlərini daha dəqiq proqnozlaşdırmağa şərait yaradacaq: “Bu gün müxtəlif tarif dəyişiklikləri və iqtisadi qərarlar ayrı-ayrı sektorlarla məhdudlaşmır, dolayı yolla digər sahələrə də təsir edir. Yeni sistem bu qarşılıqlı təsirləri real vaxt rejimində analiz etməyə və qərarların nəticələrini əvvəlcədən görməyə imkan verəcək”.

O qeyd edib ki, sistem vasitəsilə dövlət qurumlarının bütün xərcləri və gəlirləri vahid platformada şəffaf şəkildə izləniləcək, mümkün risklər, kənarlaşmalar və plan dəyişiklikləri operativ müəyyən ediləcək.

Fərid Kazımov əlavə edib ki, süni intellekt alətlərinin tətbiqi dövlət maliyyəsinin idarə edilməsində analitikanı yeni səviyyəyə yüksəldəcək: “Bu texnologiyalar vasitəsilə müxtəlif ssenarilər üzrə, məsələn 2026–2030-cu illər üçün xərclərin və gəlirlərin iqtisadiyyata təsiri əvvəlcədən modelləşdirilə biləcək. Bu da daha əsaslandırılmış və strateji qərarların qəbuluna xidmət edəcək”.

Mütəxəssis vurğulayıb ki, “Rəqəmsal dövlət maliyyəsi” sistemi Azərbaycanın dövlət maliyyəsinin idarə edilməsində vaxtında atılmış addımdır və ölkənin iqtisadi dayanıqlığının gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

Ötən il AFFA-ya daxil olan maliyyə vəsaitin həcmi açıqlanıb

11:17
03 Aprel

Ukraynaya raket zərbələri endirilib, ölən və xəsarət alanlar var

11:12
03 Aprel

Azərbaycanda bu mövsüm 38 futbol klubu lisenziya alıb 

11:07
03 Aprel

Ötən gün 59 cinayətin açılması təmin edilib

11:01
03 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər 

10:53
03 Aprel

Çingiz Hüseynzadə: Azərbaycan futbolu inkişaf edir

10:47
03 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:40
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!