04 Dekabr 2023 14:25
3589
Səhiyyə
A- A+

Ekspert: Qızılcadan qorunmaq üçün ən güclü müdafiə peyvənd olunmaqdır

 

Qızılca xəstəliyi xüsusən uşaq yaşlarında meydana çıxan və eyni zamanda yetkin insanlarda müşahidə olunan virus mənşəli xəstəlikdir. yüksək temperatur, halsızlıq, boğaz ağrıları və eyni zamanda bədəndə spesifik səpgilərin olması ilə özünü büruzə verən xəstəliyə indi tez-tez rast gəlinir. Artıq bütün dünyada, o cümlədən Azərbaycanda həmin virusa qarşı kütləvi peyvəndləmə aparılmasına başlanılıb.

Əksər valideynlər uşaqlarını qızılca və digər infeksion xəstəliklərə qarşı peyvənd etdirdiklərini deyir. Lakin buna skeptik yanaşanlar da var. Məsələn, peyvəndin bir sıra fəsadlara səbəb olması ilə bağlı internetdə yayılan xəbərlər bəzi valideynlərdə buna qarşı xof yaradır.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyevin verdiyi məlumata görə, son vaxtlar qızılca xəstəliyinin yoluxdurma riskinin yüksək olması narahatlıq doğurur. Hava-damcı yolu ilə digərlərinin yoluxma ehtimalı 90 faiz təşkil edir. Ona görə əsas çıxış yolu kimi vaksinasiya tədbirləri nəzərdə tutulur: “Vaksinasiya qızılca virusuna qarşı 95 faiz qoruyuculuğa sahibdir, qalan 5 faizində isə xəstəliyin yüngül dərəcədə keçməsini təmin edir. Virus mənşəli hər hansı infeksion xəstəlikdə ən düzgün müdafiə yol və ən güclü müdafiə vaksinasiyadır. Valideyn uşağının peyvənd olunub-olunmadığını bilmirsə, xüsusi testlər vasitəsilə yoxlatdıra bilər. Testin nəticəsi orqanizmində virusa qarşı anticisimin yarandığını göstərirsə, deməli peyvənd olunub”.

İmmun sistemi zəif olan və xroniki xəstəliklərdən əziyyət çəkən yetkin insanlar da anticisim testi verərək qızılca xəstəliyini keçirib-keçirmədiyini yoxlaya bilər. Əks təqdirdə xəstəlik daha ağır formada özünü büruzə verə bilər. Xəstəliyi keçirənlər və ya vaksin olunanlar isə qızılcadan həyatlarını sığortalamış olurlar. Vaksinasiyaya gəldikdə isə mütəxəssis bildirib ki, ölkə ərazisində qızılcaya qarşı gətirilən bütün vaksinlər - istər dövlət, istərsə də özəl xəstəxanalarda – eyni tərkiblidir və peyvənddən ağırlaşma halları müşahidə olunmur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video