01 İyun 2025 09:00
681
SİYASƏT
A- A+
Ekspert: "Orta dəhliz təkcə iqtisadiyyatları deyil, cəmiyyətləri də birləşdirir"

Ekspert: "Orta dəhliz təkcə iqtisadiyyatları deyil, cəmiyyətləri də birləşdirir"


"Beynəlxalq "Astana" forumu ənənəvi olaraq Mərkəzi Asiyada müasir gündəmin əsas məsələləri üzrə məzmunlu dialoq üçün aparıcı beynəlxalq platformalardan biridir. Bu forum siyasi, iqtisadi, sosial və mədəni sahələrdə regional və qlobal mövzuların müzakirəsi üçün mühüm bir məkandır. Azərbaycan bu forumun təqdim etdiyi imkanlardan qlobal transformasiyalar fonunda beynəlxalq arenada öz ideya və mövqelərini çatdırmaq üçün fəal şəkildə istifadə edir".

Bunu AZƏRTAC-a forum zamanı STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev söyləyib.

Onun sözlərinə görə, hazırkı mərhələ dünyada yüksək qeyri-müəyyənliklə xarakterizə olunur.

"Bu gün biz artıq aktuallığını itirmiş köhnə dünya nizamından hələ tam formalaşmamış yeni nizama keçidin şahidiyik. Bu boşluq sabitliyi pozur və münaqişələrə yol açır. Qlobal turbulentlik şəraitində dərin proseslərin təhlilinə və dərk olunmasına şərait yaradan forumlar xüsusi əhəmiyyət kəsb edir. Belə tədbirlər siyasi liderlər, ekspertlər və ictimai rəy liderləri arasında qarşılıqlı əlaqə üçün bir platforma yaradır və potensial münaqişələrin qarşısının alınmasına xidmət edir", - deyə həmsöhbətimiz bildirib.

Azərbaycanın iştirakına gəlincə, Yolçuyev qeyd edib ki, ölkəmiz forumda geniş nümayəndə heyəti ilə təmsil olunub. Bu da fəal dialoqa sadiqliyin göstəricisidir.

STEM mərkəzinin direktoru Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına ayrıca diqqət ayıraraq bildirib ki, iki ölkə arasında əməkdaşlıq bütün səviyyələrdə sürətlə inkişaf edir. Bu kontekstdə o, ölkə liderləri arasında formalaşmış xüsusi münasibətlərin rolunu vurğulayaraq qeyd edib ki, məhz şəxsi etimada əsaslanan əlaqələr Azərbaycan-Qazaxıstan əməkdaşlığının bütün kompleksinə xüsusi dinamika və davamlılıq qazandırır.

Ekspert Cənubi Qafqazla Mərkəzi Asiya ölkələrini birləşdirən Orta dəhlizin strateji logistika arteriyası kimi roluna diqqət çəkib.

"Orta dəhliz birgə planların həyata keçirilməsində xüsusi rol oynayır. O, yalnız iqtisadiyyatları deyil, cəmiyyətləri də birləşdirir, sosial, siyasi və mədəni sahələrdə qarşılıqlı fəaliyyətin genişlənməsinə töhfə verir", - deyə analitik bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin logistika infrastrukturu paralel və bir-birini tamamlayan şəkildə inkişaf edir.

"Azərbaycanın Ələt limanının inkişafı Qazaxıstanda Aktau və Kurık limanlarının tikintisini stimullaşdırdı və əksinə. Ələt olmasaydı, Xəzərin şərq sahilində yeni imkanlara ehtiyac da olmazdı. Bu isə regional inteqrasiyanın sistemli xarakter daşıdığını sübut edir", - deyə Yolçuyev qeyd edib.

O həmçinin humanitar və təhsil sahələrində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını və bu istiqamətdə qarşılıqlı əlaqələrin yaxın gələcəkdə daha da güclənəcəyini vurğulayıb.

"Bu gün Azərbaycanın Qazaxıstandakı və Qazaxıstanın Azərbaycandakı səfirliklərinin fəal dəstəyi ilə qarşılıqlı fəaliyyətin yeni istiqamətləri formalaşır. Səfirliklər ikitərəfli gündəliyin inkişafına və yüksəksəviyyəli münasibətlərin qorunub saxlanmasına mühüm töhfə verir", - deyə ekspert yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!