“Ədəbi proses – 2013” elmi müşavirəsinin materialları nəşr olunub
Bu ilin aprelində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda keçirilən “Ədəbi proses - 2013” yaradıcılıq müşavirəsi ölkəmizin ədəbiyyatşünaslıq elmində son illərin ən mühüm hadisələrindən biri idi. “Ədəbi proses – 2013” Azərbaycan ədəbiyyatının müstəqillik dövrünə həsr olunmuş ilk yaradıcılıq müşavirəsi kimi də mühüm əhəmiyyət kəsb edir. Bu yaradıcılıq müşavirəsinin aparıcı elmi-ideoloji istiqamətini azərbaycançılıq, millilik və bəşərilik təşkil edib.
İnstitutdan AzərTAc-a bildiriblər ki, müşavirənin materialları Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə toplu halında çap olunub. Toplunun “Ədəbi proses – 2013: Ənənənin bərpası və yeni mərhələ” adlı “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.
Nəşrdə cari ildə şeir, poema, bədii nəsr, dramaturgiya, ədəbi tənqid, bədii publisistika, bədii tərcümə sahəsində baş verən proses və dəyişmələr, bu istiqamətdə aparılmış geniş, elmi-nəzəri mahiyyət daşıyan məruzələr əksini tapıb. Topluya filologiya üzrə elmlər doktoru, ədəbi tənqid şöbəsinin müdiri, Vaqif Yusiflinin “İlin ədəbi mənzərəsi”, filologiya üzrə fəlsəfə doktorları - Elnarə Akimovanın “İlin poema yaradıcılığı (janrın qürubu, yoxsa ədəbi laqeydliyimiz?!)”, Fidan Abdurəhmanovanın “Bədii tərcümə”, Elçin Mehrəliyevin “Bədii publisistika”, Esmira Fuadın (Şükürova) “Cənubi Azərbaycanda ədəbi mühit”, fəlsəfə üzrə elmlər doktoru Rahid Uluselin “Tənqid və müasir ədəbi proses”, filologiya üzrə elmlər doktorları - Salidə Şərifovanın “Bədii nəsr”, professor Aydın Dadaşovun “Dramaturgiya” və Nərgiz Cabbarlının “2013-cü ilin şeiri” mövzularında məruzələri daxil edilib.
“Hədəf nəşrləri”ndə nəfis şəkildə çap olunmuş bu toplu Azərbaycan ədəbi prosesini daha dərindən öyrənmək üçün böyük əhəmiyyətə malikdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
Qızılhacılılı şəhid ailələrinin sevinci ikiqatdır
28 Aprel
Bakının təklif etdiyi birbaşa dialoq ən düzgün formatdır
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!