05 Oktyabr 2023 09:00
1446
SİYASƏT
A- A+
Ədalətin Zəfəri

Ədalətin Zəfəri

 

İLHAM ƏLİYEV separatçı rejimi məhv etdi, cinayətkar rəhbərləri isə Bakı həbsxanasına gətirtdi

 

Dünya erməniliyinin ikiəsrlik avantürasını, "Böyük Ermənistan" xülyasını 44 günə məhv edib, 23 saata tarixdən birdəfəlik silən İlham Əliyev həyata keçirdiyi qətiyyətli siyasəti ilə bir daha hər kəsə göstərdi ki, onun sözü imzası qədər keçərlidir. 
Əgər Prezident hansısa sözü deyirsə və ya hansısa vədi verirsə, onu mütləq tezliklə reallığa çevirir. Bunu artıq təkcə Azərbaycan xalqı deyil, bütün dünya bilir. 
Son illərdə dünya siyasi arenasında baş verən hadisələr, xüsusən də Avrasiyada irimiqyaslı enerji layihələrinin reallaşması və Avropanın enerji təhlükəsizliyi məsələləri ilə bağlı hər zaman tam müstəqil və qətiyyətli siyasət yürüdən İlham Əliyev ilk növbədə Azərbaycana etibarlı tərəfdaş statusu qazandırıb. Bütün bu proseslərdə Azərbaycan Prezidentinin ortaya qoyduğu mövqe hər zaman təqdir edilib və nümunə kimi göstərilib.    
Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində isə İlham Əliyev konkret olaraq qətiyyətli mövqe nümayiş etdirib. Hər zaman münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bəyan edən İlham Əliyev İkinci Qarabağ müharibəsində qalib tərəf olmasına baxmayaraq, məğlub Ermənistana yenə də sülh təklif etməklə humanist siyasətini bir daha göstərib. Lakin havadarlarının boş-boş vədlərinə arxayın olan Ermənistan siyasi rəhbərliyi və Qarabağda özünü qondarma "respublika" kimi təqdim edən terrorçu qurumun separatçıları bu çağırışa məhəl qoymayaraq siyasi şantajlara, hərbi təxribatlara əl atmaqla Azərbaycana "güc" göstərməyə çalışdılar.
İlham Əliyev müharibədən ötən 3 il ərzində dəfələrlə keçmiş hərbi xuntanın tör-töküntülərinə mesaj yollayaraq bəyan etdi ki, istənilən təxribata ağır cavab veriləcək və terrorçuların başı çox pis şəkildə əziləcək.
Çox keçmədi və Prezident hər zamankı kimi sözünün sahibi kimi nəinki separatizmin başını əzdi, həm də 200 illik erməni oyunbazlığını məhv etdi. Sentyabrın 19-da keçirilən 23 saatlıq antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi tam təmin olundu. Belə demək mümkünsə, İlham Əliyev Azərbaycanın suverenliyinin və konstitusiya quruluşunun tam bərpasını 23 saat ərzində yekunlaşdırdı. 
İlham Əliyevin digər bəyanatı isə o idi ki, əli Azərbaycan xalqının qanına batmış, xalqımıza qarşı terror aktları törətmiş hər bir separatçı cəzasını alacaq. Bu bəyanatın da reallaşması çox çəkmədi. Özünü buraxdığını elan edən qondarma qurumun "rəhbər"ləri indi bir-bir həbs edilərək Bakıya gətirilir. 
Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən bu günə kimi, 8 terrorçu saxlanılıb. Onlardan bəziləri barədə həbs qəti imkan tədbiri seçilib. Bəzilərinin isə sorğusu davam etdirilir. Ən son oktyabrın 3-də Qarabağdakı separatçıların keçmiş "prezident"ləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, "Daşnakasütyun" partiyasının "Qarabağ təmsilçisi" və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə DTX tərəfindən Bakıya gətirilib və yəqin ki, proses davamlı olacaq. Terrorçular törətdikləri cinayətlərə görə layiqli cəzalarını alacaqlar.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!