03 Dekabr 2014 01:12
171
CƏMİYYƏT
A- A+
Dünyanı bəsirət gözü ilə görənlər

Dünyanı bəsirət gözü ilə görənlər

 

İyirmi ildir ki, dostdurlar. Bir sinifdə oxuyublar, eyni partanı bölüşüblər. Elə indi də münasibətlərini davam etdirir, şəhəri dolaşarkən, yol keçərkən belə, bir-birinə dayaq olurlar. Hər ikisi birinci dərəcəli gözdən əlildir. Birinin adı Fərid, o birininki Seyidəmir... 

Doğulandan bəri dünya işığına həsrətdirlər, amma buna boyun əymirlər. Adi adamlar kimi kitab oxuyur, internetdən sərbəst yararlanır və cəmiyyətdə baş verən hadisələri dəqiqliklə təhlil edirlər. Və indi Fərid kompüter mütəxəssisi, Seyid (dostları onu belə çağırır) isə musiqiçidir...

 

Əlillərin fiziki yox, mənəvi problemləri var

 

Hər ikisini çay süfrəsində dinlədik. Söhbətə Gözdən Əlillər Cəmiyyətinin üzvü, 1984-cü il təvəllüdlü Fərid Fərmanov başlayır:
- Bütün gözdən əlillər əlilliklə bağlı problemləri yaşayırlar. Bu, hər yerdə - həm onların fəaliyyətində, həm də ailəsində özünü göstərir. Amma biz çalışırıq ki, bu əngəlləri minimuma endirək. Bunun üçün də ən birinci amil bizim təhsilimizdir. Yüksək təhsil əldə etməklə bərabər, peşə bacarıqlarımızı inkişaf etdirməyə səy göstəririk. Bu, bizim üçün əlillikdən gələn problemləri bir qədər azaltmış olur.
Orta məktəbi bitirdikdən sonra masaj reabilitasiya məktəbinə qəbul oldum. Sonra kompüter kurslarına yazıldım. Hazırda isə Gözdən Əlillər Cəmiyyətində xüsusi səsləndirmə proqramı vasitəsilə gözdən əlil uşaqlara kompüter kurslarını tədris edirəm. Birbaşa əlillərlə işlədiyim üçün görürəm ki, əlillərdə daha çox fiziki olaraq yox, mənəvi problemlər yaşanır. Yəni əgər ailədə əlil uşaq varsa, ailədə kompleks yaranır, əlil özü bilir ki, bu kompleks ona görədir və o, ikiqat kompleks yaşayır. Beləcə, əlildə özünəqapanma prosesi baş verir.
Bu gün ölkədə təxminən 17 min 1-ci dərəcəli gözdən əlil varsa, onun 10 faizi təhsilə cəlb olunub. Qalan 90 faizi heç “A” hərfinin necə yazıldığını bilmir. Bu, çox acınacaqlı bir vəziyyətdir. Mən daha çox diqqəti həmin əlillərə yönəltmək istərdim, çünki onların vəziyyəti daha ağırdır. Hər kəsin borcu bu insanları cəmiyyətə çıxartmaqdır.
Söhbəti 28 yaşlı Seyidəmir Əmirov davam etdirir:
- Təhsilim ortadır, musiqiçiyəm, 2007-ci ildən bəri bu işlə məşğulam. Orta məktəbi oxuyarkən musiqi dərsləri ilə də maraqlanırdım. Düzdü, orada nə yaxşı dərs aldım, nə də ki, yaxşı öyrədən oldu. Sonradan öz istəyimlə bu işi davam etdirdim və öz üzərimdə çalışdım. Əgər musiqiyə marağım olmasaydı, təbii ki, bacarığımı da nümayiş etdirə bilməzdim... (Seyid peşəkar sintezator ifaçısıdır).

 

Nəqliyyat infrastrukturu formalaşanda əlillər nəzərə alınmır

 

Sonra Fərid adi adamlarla gözdən əlillərin dünyanı dərk etmələri ilə bağlı müqayisə aparır. Deyir ki, görmə sırf gözlə deyil. Biz dünyanı necə görürüksə, onlar da elə dərk edirlər və anladıqlarını şərh edə bilirlər. Görməmək onları narahat etmir, sadəcə olaraq əlilliklə bağlı yaranmış yanlış ictimai fikir onları qayğılandırır:
- Mən fiziki məhdudiyyətliyəm. Yol keçərkən yardıma ehtiyacım var. Dünya praktikasına və bizim konstitusiyaya baxanda görürük ki, hər bir vətəndaş bərabərhüquqludur. Siz hər şeydən necə istifadə edirsinizsə, mən də o cür istifadə etməliyəm. Amma bu, çox vaxt belə olmur. Siz yolu rahat şəkildə keçirsiniz, mən keçə bilmirəm. Çünki yollarda mənim üçün nəzərdə tutulan standartlar tətbiq olunmayıb. Siz rahatlıqla metroya düşüb kartınızı yükləyirsiniz, mən bunu edə bilmirəm. Çünki burada da mənim üçün bir əngəl var. Siz avtovağzala gedib istədiyiniz marşrutu tapa bilirsiniz, mən isə tapa bilmirəm. Çünki avtovağzallar tikilərkən əlillər nəzərə alınmayıb. Biz bunlardan əziyyət çəkirik. Yəni fiziki məhdudiyyətimiz bizə əngəl deyil, eyni çayı stəkanla siz də içə bilirsiniz, mən də...
O ki qaldı ölkədə və ətrafda baş verənlərə, deyirlər ki, informasiyanın 80 faizi gözlə alınır. Biz gözlə almalı olduğumuz informasiyanı digər duyğu üzvlərimizlə qəbul edirik. Məsələn, bizim gözdən əlillər fəal internet istifadəçiləridir. Onlar ölkədə və dünyada baş verən bütün prosesləri izləyirlər.
Seyid də bu məsələyə müdaxilə edir:
- Baş verən bütün hadisələr sizə də, bizə də təsirsiz ötüşmür. Əvvəllər hər hansı bir yerə işə gedirdin müəssisənin müdiri fikirləşirdi ki, görəsən, bu işi necə bacaracaq. Amma işi görəndən sonra baxırdılar ki, normaldır hər şey. Sözüm ondadır ki, artıq bu kimi məsələlər geridə qalıb. Hazırda işimlə bağlı təşkilatçılığı da özüm edirəm, ansamblın dəstə rəhbəriyəm. Hər bir şey insanın özündən asılıdır. Gərək ortaya o qədər yaxşı iş çıxarasan ki, o işin fonunda əlillik geridə qalsın.
Metroda əlillərlə bağlı dünya standartlarının tətbiq olunmaması çox böyük narahatçılıq törədir. Çünki əlillər avtobuslardan və metrodan çox çətinliklə istifadə edirlər. Gərək dayanacaqda durub kimdənsə soruşasan ki, bu neçə saylı marşrutdur, hara gedir və s. Yaxşı olardı ki, gözdən əlillər üçün dayanacaqda səsləndiriləydi ki, filan nömrəli marşrut yaxınlaşır və filan istiqamətdə gedir, başqa ölkələrdə olduğu kimi...

 

Əlilin peşə bacarıqlarından yararlanmaq lazımdır

 

Fərid:
- Bilirik ki, sovet vaxtı tikilən obyektlərdə dünya standartları nəzərə alınmayıb. Amma pis olan odur ki, indi də yeni tikilən əksər iaşə obyektlərində, ticarət mərkəzlərində əlillərin maneəsiz hərəkətini təmin edən standartlar yoxdur. Bu standartlar qismən “ASAN xidmət” mərkəzlərində təmin olunub. Orada “Bryal” əlifbasında lövhə yerləşdirilib. Amma həmin binaya daxil olan gözdən əlil o lövhəni necə tapmalıdır, ümumiyyətlə o binaya necə gedib çıxmalıdır, bax bunlar, sual altındadır. Avropada gözdən əlil avtobusdan düşdü, bu zaman onun ayaqlarının altında rezin xətlər hiss olunur. Bunun vasitəsilə gözdən əlil çıxır səkiyə və xətt üzrə istədiyi istiqamətə gedir.
Metroda ümumiyyətlə keçidin tapılması mümkün deyil. Tutaq ki, birindən xahiş elədik, bizə kömək etdi və keçiddən metronun içərisinə düşdük. Yaxşı, kartı necə yükləyək? Bunun üçün heç bir bələdçi işarə yoxdur. Deyək ki, bunu da kiminsə yardımı ilə yüklədik. Bəs turniketdən keçəndə biz nə bilək ki, balansdan neçə qəpik çıxdı və geridə neçə qəpik qaldı, keçid üçün yaşıl işıq yandı, yoxsa yanmadı? Düşdük platformaya, bilirsiniz ki, kənarlarda xətt var, oradan o tərəfə keçsən, yıxılarsan. Mən özüm bir dəfə oradan relslərin arasına yıxılmışam. Bax, o kənar xətlər bir az qabarıq olmalıdır ki, əlillər onları hiss etsinlər. Bu da heç bir metro stansiyasında nəzərə alınmayıb.
Bununla belə, ölkəmizdə aparılan sosial siyasət bizi qane edir. Məsələn, son 8 il ərzində pensiyalar bir neçə dəfə artırılıb. Bu gün hər hansı bir işlə məşğul olan gözdən əlil iki yüz manatdan çox pensiya alır. Bugünkü istehlak səbətinə baxdıqda heç də az məbləğ deyil. İşləməyən əlillər bu vaxta kimi 67 manat pensiya alırdılar, hörmətli Prezident İlham Əliyevin göstərişi ilə bunun üzərinə 60 manat da əlavə olundu.
Amma bu əlillər də işləməyə maraqlı olmalıdırlar. Çünki onlara da evdən çıxmaq, işləmək və hamı kimi cəmiyyətə qarışmaq lazımdır. Digər tərəfdən yaxşı olar ki, gözdən əlillər üçün iş yerləri açılsın. Əlilin peşə bacarıqlarından yararlanmaq lazımdır. Xarici təcrübədə gözdən əlillərin işə cəlb olunması ənənə halını alıb. Düzdür, qanunda var ki, işçilərin 25 nəfərindən 1-i əlil olmalıdır. Amma təəssüflər olsun ki, bu sahədə boşluq olduğundan əlillər işə götürülmürlər. Həqiqətən də bu gün peşə bacarıqları yüksək olan əlillərimiz həddindən artıq çoxdur. Əlilə deməməlidirlər ki, sən otur evdə, filan qədər pensiya al və yaşa. Axı bunun mənəvi tərəfləri də var. Əlil də insandır, o da həyat yoldaşının qarşısına bir kişi kimi işdən gəlmək istəyir...

 

Ucqar kəndlərdə qeydiyyata alınmayan əlillər var

 

Fərid deyir ki, bəla doğuluşdan baş verir, əgər ailədə uşaq gözdən əlil doğuldusa, artıq düşünürlər ki, nəslin genində problem var. Sonra da bu problemi gizlətməyə çalışırlar.
- Cəmiyyətdə əlilə qarşı yanaşma dəyişməlidir. Ucqar kəndlərdə qeydiyyata alınmayan əlillər var. Yazıqlar olsun onların halına. Onlar hər şeydən kənardırlar. Biz yenə yaxşıyıq. Qloballaşmış dünyaya daxil ola bilmişik. Biz özümüzü tapmışıq, axı hər kəsin belə bir imkanı yoxdur. Məsələn, Salyan rayonunda yaşayan əlil bilsə ki, burada hər hansı bir gözdən əlil işləməklə ayda 500 manat qazanır, o da hansısa işlə maraqlanacaq, bunun üçün onda bir stimul yaranacaq...
Hər ikisi olduqca maraqlı həmsöhbət idilər. Onlar sözarası mətbuatdan da gileyləndilər. Ona görə ki, əlillərlə bağlı bütün məlumatların cəmiyyətə doğru çatdırılmasını və bu sahədə təbliğat işinin düzgün qurulmasını istəyirlər. Çünki əlillərin cəmiyyətə inteqrasiyasında mətbuatın da təbliğatı böyük rol oynayır...

 

Elgün MƏNSİMOV,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!