26 Avqust 2026 12:22
124
İDMAN
A- A+
Dünya mətbuatı “Sabah”ın möhtəşəm geridönüşündən yazır: “Unudulmaz futbol dramı”

Dünya mətbuatı “Sabah”ın möhtəşəm geridönüşündən yazır: “Unudulmaz futbol dramı”

“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandası üzərində qazandığı dramatik qələbə (5:2, ümumi hesab 6:4) və turnirin liqa mərhələsinə vəsiqəni təmin etməsi dünya idman mətbuatının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq media resursları Azərbaycan çempionunun bu uğurunu geniş işıqlandırıb.

ABŞ-nin “Associated Press” (AP) xəbər agentliyi 2017-ci ildə təsis olunmuş Bakı klubunun qısa müddətdə Çempionlar Liqasının əsas mərhələsinə adlamasını böyük sensasiya adlandırıb. Materialda Tellur Mütəllimovun matçın 90+4-cü dəqiqəsində vurduğu qol, Orfe Mbina və Coy Lens Mikelsin əlavə vaxtdakı dəqiq zərbələri ilə oyunun taleyini həll etməsi xüsusi qabardılıb.

Türkiyənin Anadolu Agentliyi isə “Sabah”ın “Qarabağ”dan sonra bu mötəbər turnirin əsas mərhələsinə vəsiqə qazanan ikinci Azərbaycan komandası olduğunu diqqətə çatdırıb.

“Fanatik” “Fotomaç” qəzetləri Bakıdakı cavab qarşılaşmasını “Unudulmaz futbol dramı” kimi qiymətləndirib. “NTV Spor” nəşri cəmi 9 illik tarixə malik bir klubun 4 təsnifat mərhələsini ard-arda keçərək qrup mərhələsinə adlamasını Avropa futbolu üçün nadir göstərici hesab edib.

“Hürriyet” nəşri isə komandanın maliyyə resursları baxımından özündən daha güclü rəqibləri mübarizədən kənarlaşdırmasına diqqət çəkərək yazıb: “Heyətinin ümumi dəyəri təxminən 17 milyon avro olan Azərbaycan təmsilçisi daha böyük büdcəli rəqibini sıradan çıxararaq, Avropa futbolunun ən çox danışılan komandalarından birinə çevrildi”.

İsrailin “The Times of Israel” qəzeti nəticəni “Çempionlar Liqasına çatmağa saniyələr qalmış “Hapoel” əlavə vaxtda “Sabah”a uduzdu” başlığı ilə təqdim edib. Məqalədə final fitinə 19 saniyə qalmış vurulan bərabərlik qolunun Beer-Şeva təmsilçisini psixoloji olaraq sarsıtdığı, əlavə vaxtda alınan qırmızı vərəqələrin (Cibril Diop və Eliel Perets) isə klubu tamamilə oyundan qopardığı bildirilib.

Ölkənin aparıcı idman portalları “Sport5” ONE bu məğlubiyyəti “Bakı faciəsi” adlandıraraq “Sabah”ın matç boyunca nümayiş etdirdiyi yüksək təzyiqi və əzmkar oyunu xüsusi vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Köhnə xalçaların yeni həyatı: Laçında fərqli sərgi

12:46
26 Avqust

Banklar ilin 7 ayında 858,7 milyon manat xalis mənfəət əldə edib

12:44
26 Avqust

Çempionlar Liqası: “Sabah” təsnifat mərhəsinin ən intizamlı komandası olub

12:40
26 Avqust

Ölkədaxili nağdsız əməliyyatların həcmi 14 faizədək artıb

12:37
26 Avqust

Bankların cəmi aktivləri artıb

12:36
26 Avqust

Türkiyədə zəlzələlər baş verib

12:29
26 Avqust

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

12:23
26 Avqust

Dünya mətbuatı “Sabah”ın möhtəşəm geridönüşündən yazır: “Unudulmaz futbol dramı”

12:22
26 Avqust

İslamabad xəstəxanasında baş verən yanğın nəticəsində körpələr ölüb

12:20
26 Avqust

“Sabah” Çempionlar Liqasının tarixinə düşüb

12:18
26 Avqust

AİB sərhəd-keçid məntəqələrinin modernləşdirilməsinə 400 milyon dollar ayıra bilər

12:07
26 Avqust

Xəzərdə “Dədə Qorqud” izi 

12:06
26 Avqust

Gəncədə ixtisaslaşdırılmış əmək yarmarkası keçirilib

11:53
26 Avqust

“Mərkəzi Azəri” platformasının profilaktik işlər proqramı uğurla başa çatıb

11:51
26 Avqust

Rusiyanın Tambov və Lipetsk vilayətlərinə PUA hücumları olub, ölənlər var

11:43
26 Avqust

Laçın: Zəfərdən dirçəlişə uzanan yol

11:40
26 Avqust

Misin qiyməti rekord həddə yaxınlaşır

11:38
26 Avqust

Ötən gün 73 cinayətin açılması təmin olunub

11:11
26 Avqust

Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib

11:09
26 Avqust

“Laçından 4 övladımla çıxmışdım, 12 nəvəmlə qayıtdım” - Məmmədovların həyat hekayəsi

10:51
26 Avqust

Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib

10:48
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!