Dünya idman jurnalistlərinin 77-ci konqresi Bakıda keçiriləcək
AİPS-in rəsmi saytında Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) Avstriyanın İnsbrusk şəhərində baş tutan 75-ci konqresində dünya idman jurnalistlərinin ali forumunun 2014-cü ildə Azərbaycanın paytaxtı Bakıda keçirilməsinə qərar verildiyi açıqlanır. Xəbərdə qeyd olunur ki, Azərbaycan son onillikdə sürətlə inkişaf edərək dəyişir, Bakı böyük sıçrayışla dünya idmanının ən müasir mərkəzlərindən birinə çevrilir.
Avstriya Prezidenti Heinz Fişerin, Monako Kralı şahzadə II Albertin, İordaniya Kralı Feysəl əl-Hüseynin, Rusiya Federasiyasının Baş nazirinin müavini Dmitri Kozakın və Dövlət Dumasının birinci vitse-spikeri Marat Bariyevin iştirak etdikləri konqresdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə vurğuladı ki, dövlət müstəqilliyinə nail olduqdan sonra Azərbaycanda idman, sözün əsl mənasında, tərəqqi etməkdədir. Ölkədə müasir idman infrastrukturunun yaradılması, onun təşkilatlarına və idmançılara yüksək qayğı və dəstək Azərbaycan idmançılarının dünya arenalarında uğurlu nəticələr əldə etmələrinə imkan yaratmışdır. Paytaxt Bakı dəfələrlə beynəlxalq tədbirlərə, Avropa və dünya çempionatlarına ev sahibliyi etmişdir.
2008-ci ildə Bakı 2016-cı il, ötən il isə 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə öz təqdimatını irəli sürmüşdür.
Bir qayda olaraq gələcək illərdə AIPS konqresinə ev sahibliyi etmək üçün müxtəlif ölkələrin təklifləri geniş müzakirəyə çıxarılır və səsvermə yolu ilə ən optimal variant seçilir. Beynəlxalq kütləvi informasiya vasitələri təmsilçilərinin Bakıya konqresə dəvət edilmələri 100-dən artıq ölkəni təmsil edən nümayəndələr tərəfindən bu günədək heç vaxt olmadığı kimi, birbaşa dəstəkləndi.
AIPS-in növbəti konqresi 2013-cü ilin aprelində Soçidə keçiriləcək. İnsbruskda ali forumun təntənəli bağlanış mərasimində beynəlxalq idman jurnalistləri təşkilatının bayrağı ənənə üzrə Avstriyadan Rusiyaya ötürüldü. AIPS bayrağı Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Kozaka təqdim edildi. Gələn ilin aprelində isə AIPS bayrağını Rusiya Federasiyasından Azərbaycan qəbul edəcəkdir.
Bakıda keçiriləcək konqres həm də AIPS-in 90 illik yubileyi ilə əlamətdar olacaqdır.
Eldar İSMAYILOV,
AİJA prezidenti, UEPS İcraiyyə Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!