14 May 2025 08:55
558
İQTİSADİYYAT
A- A+
Dünya aqrar sahədəki nailiyyətlərini növbəti dəfə də Bakıda nümayiş etdirir

Dünya aqrar sahədəki nailiyyətlərini növbəti dəfə də Bakıda nümayiş etdirir


"Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində 30-dan çox ölkədən 450-dək şirkət iştirak edir


"Bakı-Ekspo" Mərkəzi bu dəfə qapılarını 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro"sərgisinin üzünə açıb. Bu, aqrar sahədə Xəzər regionunun ən böyük sərgisidir. Bununla yanaşı, "Bakı-Ekspo" Mərkəzində 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgisi də keçirilir. Sərgilər buradakı bütün pavilyonları və açıq sahəni əhatə edib.

Bu sərgilərin coğrafiyası ildən-ilə genişlənir. İndi burada Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, BƏƏ, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya və digər ölkələr təmsil olunurlar. Bu il sərgilərdə Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir milli qruplar şəklində iştirak edirlər.

"Caspian Agro" kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir. Bu tədbir yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar auditoriyasını bir araya toplayıb. Sərgidə "Smart Agro" istiqaməti üzrə süni intellekt, "ağıllı kənd", startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və "green agro" bölmələri də var. Bir sözlə, "Caspian Agro"da fermerlər, sahibkarlar, investorlar və mütəxəssislər kənd təsərrüfatı və qida sənayesinin aktual məsələləri barədə fikir mübadiləsi aparmaq, biznes əlaqələri qurmaq və müasir innovasiyalarla tanış olmaq imkanı qazanıblar.

"InterFood Azerbaijan" və "Caspian Agro" sərgilərində 30-dan çox ölkədən 450-dək şirkət iştirak edir. Xatırladaq ki, bu il "InterFood Azerbaijan" sərgisinin 30 illik yubileyi qeyd olunur. Ötən dövr ərzində bu sərgi 50-dək ölkədən 3000-dən çox şirkət və 150 mindən çox ziyarətçini qəbul edib. Onun təqdim etdiyi yeni texnologiyalar və innovativ həllər qida sənayesi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə böyük dəstək verib. Bununla da həmin tədbir səmərəli biznes platforması kimi tanınıb.

"InterFood Azerbaijan"da qida sənayesi, içkilər, şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları, meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları nümayiş etdirilir. Burada həmçinin halal qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunur.

 Hər iki sərgi "Made in Azerbaijan" brendinin təşviqi üçün geniş bir məkandır. İştirakçılar bu brend altında məhsullarını nümayiş etdirirlər. Bu, qlobal kənd təsərrüfatı və qida sənayesində yerli istehsalın inkişafının və rəqabət qabiliyyətinin parlaq nümunəsidir.

 Dünən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin açılışındakı çıxışında kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bu tədbirlər barədə belə deyib: "Fermerlərimizin müasir kənd təsərrüfatı texnikası, dəqiq əkinçilik sistemləri, rəqəmsal idarəetmə vasitələri və ekoloji təmiz istehsal texnologiyaları ilə tanış olması üçün imkanlar yaradılıb. Bu il sərgidə süni intellektin tətbiqinə əsaslanan yeni həllər, "ağıllı idarəetmə sistemi"nə əsaslanan avtomatlaşdırılmış texnologiyalar, enerji və resursqoruyucu texnologiyalar, alternativ enerji mənbələrindən istifadə edən avadanlıqlar, iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı məhsulları və dayanıqlı təsərrüfatçılıq həlləri xüsusi vurğulanır. İqlim dəyişikliklərinin təsirlərini azaltmaq, torpaq və su ehtiyatlarından səmərəli istifadəni genişləndirmək və kənd təsərrüfatını daha ekoloji və səmərəli hala gətirmək üçün biz innovativ yanaşmalar tətbiq edirik. Daha çox rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformalarının genişləndirilməsi, aqrar sahədə çalışan sahibkarlar üçün maliyyə və sığorta alətlərinin əlçatanlığının artırılması da bu sahədə əsas hədəflərdəndir. Ölkəmizdə yeni bitki sortlarının və heyvandarlıqda məhsuldar cinslərin tətbiqi, müasir texnologiyalar əsasında təsərrüfat modellərinin formalaşdırılması və istehsal proseslərinin avtomatlaşdırılmasının aqrar sektorun inkişafına müsbət təsir göstərəcəyinə inanırıq". 

Deyilənlərə onu da əlavə edək ki, tədbirlər Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Həmçinin Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) "Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərini fəal şəkildə dəstəkləyirlər.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!