19 Mart 2023 02:48
1005
İQTİSADİYYAT
A- A+

DSMF beynəlxalq müsabiqədə qızıl və iki xüsusi mükafatla təltif olunub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) daha bir beynəlxalq uğura imza atıb.
Fond "International Professional Trade Exhibition & Meeting Planner" (Peşəkar Ticarət Sərgisi və Görüşlər üzrə Beynəlxalq Təşkilat) beynəlxalq qurumu (Malayziya) tərəfindən təşkil edilmiş beynəlxalq müsabiqədə son illər aparılmış islahatlar təcrübəsinə aid 2 innovativ iş ilə iştirak edib.
Münsiflər Heyəti tərəfindən onlardan birinci iş "Public Service Innovation Asia 2023" kateqoriyası üzrə qızıl mükafata, Malayziya Beynəlxalq Yaradıcılıq və İnnovasiyalar Assosiasiyası tərəfindən isə xüsusi mükafata layiq görülüb.
İkinci iş isə "International Innovation Awards 2023" kateqoriyası üzrə xüsusi mükafata layiq görülüb.
Beləliklə, DSMF-nin təqdim etdiyi iki iş 67 ölkədən 658 işi əhatə edən beynəlxalq müsabiqədə 3 mükafat (1-i Qızıl və 2-si xüsusi mükafat) ilə təltif olunub.
Mükafatlar Kuala Lumpur şəhərindəki (Malayziya) Dünya Ticarət Mərkəzində təşkil olunan "MTE Technology Expo 2023" sərgisində təqdim edilib.
DSMF-nin bu beynəlxalq müsabiqədə mühüm uğuru nəzərə alınaraq "International Professional Trade Exhibition & Meeting Planner" beynəlxalq qurumu fonda həmin sərgidə 
3 gün ərzində öz fəaliyyət və nailiyyətlərini geniş auditoriyada təqdim və təşviq etmək imkanı yaradıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video