21 Oktyabr 2021 02:01
1723
CƏMİYYƏT
A- A+
Döyüşlərin önündə olan ata-oğul

Döyüşlərin önündə olan ata-oğul

 

Qarabağ savaşlarında yaralanan mayor Çingiz Qəhrəmanov 44 günlük Vətən müharibəsində orduya könüllü yazılan oğlu Rəşadla dünyaya göz açdıqları Laçın rayonunun Güləbird kəndinin ilk ziyarətçiləri olublar

 

Vətənin candan əziz olmasını tarixən təsdiqləyənlər bu gün də az deyillər. 44 günlük Vətən müharibəsinin Zəfər tarixində bu mənada elə qürurlu faktlarla qarşılaşırsan ki…

Vətəni ana qədər əziz tutan vətənpərvərlərimizin müharibədə göstərdiyi şücaətlər də bunu deməyə əsas verir. Haqqında söz açmaq istədiyimiz ata-oğul da belələrindəndir.

Laçın rayonunun Güləbird kəndində dünyaya göz açan, 44 günlük Vətən müharibəsinə qatılan ehtiyatda olan mayor Çingiz Qəhrəmanov Birinci Qarabağ döyüşlərinin qazilərindəndir. Bu dəfə isə oğlu Rəşad da onunla çiyin-çiyinə cəbhə yoldaşı olub.

Rəşad Qəhrəmanzadə deyir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə yaxınlaşıb döyüşə getmək üçün könüllü yazılıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, hətta onlayn məktub yazıb döyüşlərdə iştirak etmək istədiyini də bildirib. Amma taleyinə atası ilə birgə döyüşmək yazılıbmış: “...Atam döyüşlərə hazırlaşırdı. Axı o, ehtiyatda olan zabitdr. Keçmiş hərbçilərdən özü ilə 25 nəfər könüllü aparmaq istəyirdi. Xahiş etdim ki, həmin siyahıya birinci mənim adımı yazsın. Sağ olsun, xahişimi yerinə yetirdi...”

Beləliklə, komandir ata oğlunu da öz dəstəsinə qəbul edib. Qəhrəmanovlar öndə gedərək arxadan gələnlərə yol göstəriblər. Onlar Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərin qaynaq nöqtələrində olublar.

Döyüşlər gedən günlərdə yaralanan Çingiz Qəhrəmanov və oğlu Rəşad 27 ildən sonra doğma Laçına ayaq basan ilk sakinləridirlər. Onlar vəhşi ermənilər tərəfindən qəddarcasına dağıdılıb xaraba qoyulan evlərini taparaq bir gecə orada qalıblar.

27 il əvvəl atasının məzarına gələrək Laçına mütləq qayıdacağına söz verən mayor Çingiz Qəhrəmanov vədinə əməl etdiyi üçün özünü çox xoşbəxt sandığını deyir. O, hətta, 44 günlük Vətən müharibəsində oğlu Rəşadla da sıradan bir əsgər kimi davrandığını, lakin, buna baxmayaraq, hər dəfə düşmən tərəfindən açılan atəşin oğluna dəyməməsi üçün özünü sipər edərək atalıq hissini unutmadığını da gizlətmir.

Bu gün sosial şəbəkələrdə də onların döyüşləri haqqında maraqlı müzakirələr gedir, hətta qardaş Türkiyənin mətbuatında bu döyüşçülərin qəhrəmanlıqlarından bəhs edilir: “Azərbaycanlı ata-oğul çiyin-çiyinə qəhrəmanlıq örnəyi yazdılar...” 

 “Anadolu” agentliyi bildirir ki, bölgəyə yaxşı bələdçiliyi və müharibə təcrübəsinə malik olduğuna görə, zabit Çingiz Qəhrəmanov Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən ona gələn təklifi dərhal qəbul edib. Laçın rayonunun Güləbird kəndindən olan Çingiz Qəhrəmanov bir gün ərzində keçmiş döyüşçü yoldaşlarından 25 nəfərdən ibarət qrup yaradaraq oğlunu da onların sırasına cəlb edib.

Rəşad Qəhrəmanzadə müsahibə vaxtı atası ilə çiyin-çiyinə vuruşduğu və torpaqları işğaldan azad etdikləri üçün fəxr hissi keçirdiyini bildirib. Bəzən çətin anlar yaşadığını, hətta 2 saat müddətində minaatanlarla atəşə tutulduqlarını deyən Rəşad babasının məzarını ziyarət etdikləri an keçirdiyi hissi təsəvvür etməkdə çətinlik çəkdiyini xatırladıb. 

Rəşad deyir ki, atasının Birinci Qarabağ döyüşlərindəki qəhrəmanlığını videolarda görüb. Füzuli-Horadiz yolunda iki maşın hərəkət edirmiş. Bu zaman “UAZ” markalı bir maşın gəlib dayanıb onun yanında, içərisində 7-8 nəfər var imiş. Mayor Çingiz Qəhrəmanovun ağlına da gəlməzdi ki, onlar erməni ola bilər. Elə bilib ki, bizimkilərdir. Görüb ki, arxadakı “Niva”da yalnız bir nəfər var. Mayor oturub həmin maşına. Sürücü onunla rus dilində danışıb. Bir az danışdıqdan sonra mayor onun erməni olduğunu hiss edib. O da zabit imiş. Mayor onun bu fitnəkarlığının cavabını verib və “UAZ”dakıların da bir neçəsini yaralayıb.

Bu hadisə video şəklində “YouTube”də yayılıb. Komandir ələ keçirdiyi qənimətə - “Niva”ya minib geri qayıdıb.

Sonralar həmin “Niva”nı Ulu Öndər Heydər Əliyev mayor Çingiz Qəhrəmanova hədiyyə edib...

Rəşad Qəhrəmanzadə atası ilə birlikdə çiyin-çiyinə Vətən müharibəsindəki döyüşlərindən unudulmaz məqamlara toxunur. Döyüşlərdə çox təhlükələrlə rastlaşdıqlarını deyir. Ən təhlükəlisi isə Laçın rayonunun Güləbird kəndinə ilk girdikləri zaman olub: onların da olduğu hərbi yük maşını 2 minaya düşüb: “...Birinci arxa təkər düşdü. Maşının arxası qalxdı. 2-ci minaya isə qabaq təkər düşdü. Bu dəfə maşının ön hissəsi də qalxdı. Bu partlayışların nəticəsində maşın 3 dəfə aşdı, biz də içində. İnanmadım oradan salamat çıxaq. Maşın aşıb dayananda gördük ki, şükür, salamatıq. Maşından düşəndə bildik ki, ermənilər qayanı partladıb yolu bağlayıblar. Qayanın əks tərəfində üzü Laçın istiqamətində 2 “Niva” dayanmışdı, yanlarında da 7-8 erməni əsgəri. Bunlar bizə tələ qurmuşdular. Düşünürdülər ki, biz minaya düşüb özümüzü itirərik. Bizi canlı girov götürmək istəyiblər. Amma özümüzü itirmədik, arxaya da çəkilmədik. Bunların üstünə gedəndə “Niva”ya oturub qaçdılar. Maşının içindəkilərdən yaralananlar da, ölənlər də oldu. Bunlar gedəndən sonra özlərininkilərə koordinatları veriblər. Minaatanla vurmuşdular bizi. Çətin vəziyyət idi. Biz 2 saat asfaltda uzanmış vəziyyətdə qaldıq. Üstümüzə mərmi yağış kimi yağırdı. Atəş aça-aça bizə tərəf irəliləyir, qumbara atırdılar. Atama dedim ki, bir şey elə, mərmi artıq bizə çatır. Bu vaxt 3-4 metrliyimizə bir mərmi düşdü. Açılsaydı, heç birimiz sağ qalmazdıq. Allaha şükür olsun ki, o mərmi partlamadı. Erməni piayadaları bizə tərəf hücuma keçdi, amma  onları susdurduq...”

 Döyüş yoldaşlarından şəhid və qazi olanları həyatı boyu unutmayacağını deyən Rəşad xatırladır ki, maşınla minaya düşəndə yanındakılar özlərini təhlükəyə ataraq onu qurtarıblar: “Hətta aralarında azyaşlı olduğuma görə, minaya düşəndə biri arxadan, biri qabaqdan məni qucaqladılar ki, maşın aşanda başım ora-bura dəyməsin. Onlara can borcum var...”

Vətənə sevgi, məhəbbət əməldə bax belə təsdiqlənir: döyüşlərin önündə gedən ata-oğul kimi...

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!