Dövlət xidmətlərinin gələcəyi: 2030 Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində daha bir seminar "Dövlət xidmətlərinin gələcəyi: 2030 Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi” mövzusunda keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarın əsas məqsədi dövlət və özəl sektorun rəhbər şəxslərinin diqqətini qabaqcıl texnologiyaların çətinlikləri və imkanları müzakirəsinə cəlb etmək, dövlət xidmətlərini dəyişə biləcək və beləliklə, dövlət idarəçiliyində səmərəliliyi artıra biləcək potensial qabaqcıl texnologiyaları inkişaf etdirmək, qabaqcıl yeniliklərin tətbiqi və dövlət sektorunda həyata keçirmə imkanlarını, vətəndaşların məmnunluq əmsalının və dövlətə olan inamının daha da inkişaf etdirilməsində qabaqcıl texnologiyaların potensialını araşdırmaq üçün müzakirə platformasını təmin etmək olub.
Seminarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Birləşmiş Ərəb Əmirliklərinin Yerli icmaların inkişafı üzrə naziri Hessa Essa Buhumaid, Türkiyənin Nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan, İndoneziyanın İnzibati və bürokratik islahatlar naziri Syafruddin Kambo, "Silikon Vadisi” texnologiyasının məsləhətçi qrupunun təsisçisi Teymur Sadıqov çıxış edib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov seminarın əhəmiyyətini vurğulayıb, Azərbaycanda texnologiyalar sahəsində görülən mühüm işlərdən bəhs edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bulud hesablama texnologiyaları barədə məlumat verib. Qeyd edib ki, rəqəmli transformasiyalar kibertəhlükəsizliyi ön plana çıxarır. Azərbaycan Avropa Şurasının kibercinayətkarlıq haqqında Konvensiyasını imzalayıb və 2009-cu ildə bunu ratifikasiya edib. Azərbaycan öz kibertəhlükəsizlik strategiyasını hazırlayır. Ölkəmiz 2009-cu ildən fərdi məlumatların işlənməsi ilə bağlı Konvensiyaya qoşulub. Bununla əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə müvafiq dəyişikliklər edilib. Azərbaycan Hökuməti cari il iyunun 27-də qüvvəyə minməsi gözlənilən Avropa İttifaqının kibertəhlükəsizlik aktını yaxından izləyir və bu məsələyə xüsusi önəm verir. Hazırda hökumət tərəfindən Azərbaycan Kibertəhlükəsizlik Strategiyasının qəbul edilməsi üzərində iş aparılır. Fərdi məlumatların qorunması da hökumətin diqqət mərkəzindədir.
BƏƏ-nin Yerli icmaların inkişafı üzrə naziri Hessa Essa Buhumaid ölkəsində texnologiya sahəsində görülən işlər barədə məlumat verib, gələcəyə dair planlardan bəhs edən təqdimatla çıxış edib.
Türkiyənin Nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan isə həm Türkiyə, həm də Türkiyə ilə Azərbaycanın texnologiyalardan ortaq və fərdi istifadə edərək gördüyü işlərdən danışıb. O, dünya praktikasında bu istiqamətdə atılan addımları diqqətə çatdırıb.
İndoneziyanın İnzibati və bürokratik islahatlar naziri Syafruddin Kambo belə seminarların önəmli olduğunu deyib. Bildirib ki, bu cür müzakirələr hər bir ölkədə təhlükəsizlik və texnologiya sahəsinin inkişafına təkan verir. Qarşılıqlı əməkdaşlıq və səmərəli müzakirələr baxımından belə seminarların verdiyi töhfə böyükdür.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!