28 Noyabr 2012 01:11
368
CƏMİYYƏT
A- A+
Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» birliyi və İsveç Krallığının «KGH Sərhəd Xidmətləri» qrupu arasında müqavilə imzalanmışdır

Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» birliyi və İsveç Krallığının «KGH Sərhəd Xidmətləri» qrupu arasında müqavilə imzalanmışdır

 

Noyabrın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Dünya Gömrük Təşkilatı (DGT) Potensialın Gücləndirilməsi Direktorluğunun sabiq direktoru, operativ səlahiyyətli iqtisadi operatorlar sisteminin tərtibatçısı, "The Stairway-Rəsmi olaraq icazə verilən etibarlı qlobal təchizat zəncirinin idarə edilməsi; Dəyişən dünyada gömrük mühiti üçün kadr potensialının gücləndirilməsi" kitabının müəllifi Lars Karlsson və İsveç Krallığının "KGH Sərhəd Xidmətləri" qrupunun icraçı direktoru Patrik Heinesson ilə görüşmüşdür.

Komitənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev təcrübəli gömrük mütəxəssislərinin Azərbaycana növbəti səfərlərindən məmnunluğunu ifadə etmiş, gömrük sahəsində qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin əhəmiyyətindən danışmışdır.

Müstəqil Azərbaycanın keçdiyi inkişaf yoluna qısa nəzər salan DGK sədri xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətimizin qurulması və daha da inkişaf etdirilməsi, dünya dövlətləri sırasında layiqli yerini tutması naminə həyata keçirdiyi və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən, zəngin dövlətçilik ənənələrinə söykənən uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın beynəlxalq əlaqələrini, dünyanın bir çox ölkələri ilə siyasi və iqtisadi əməkdaşlığının daha da genişləndiyini, dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlarla əlaqələrin intensivləşməsinin isə gömrük işinin inkişafına da müsbət təsir göstərdiyini diqqətə çatdırmışdır.   

Azərbaycan Gömrük Xidmətinin bugünkü inkişaf trayektoriyasından ətraflı söhbət açan DGK sədri Aydın Əliyev qeyd etmişdir ki, hazırda beynəlxalq standartlara uyğun mükəmməl maddi-texniki və normativ-hüquqi bazaya, ən müasir infrastruktura və informasiya-kommunikasiya texnologiyalarına malik Azərbaycan gömrüyü özünün beynəlxalq əlaqələrini daim genişləndirməklə yanaşı, ölkənin dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasına,  iqtisadi təhlükəsizliyin etibarlı təmin olunmasına töhfəsini verir.

Azərbaycan Gömrük Xidmətinin davamlı inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açan komitə sədri Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyi və İsveç Krallığının "KGH Sərhəd Xidmətləri" qrupu arasında imzalanacaq müqaviləni qarşılıqlı əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirmişdir.

DGK sədri Aydın Əliyev təchizat zəncirinin idarə olunmasının təkmilləşdirilməsi üzrə avtomatlaşdırılmış informasiya sisteminin yaradılmasını özündə ehtiva edən bu müqavilənin imzalanmasının ticarətin daha da asanlaşdırılmasına töhfəsini verəcəyinə, beləliklə də  respublikamızın gömrük sisteminin  daha modern və beynəlxalq spektrli bir qurum kimi digər dövlətlər üçün nümunə olacağına əminliyini ifadə etmişdir. 

Dünya Gömrük Təşkilatı Potensialın Gücləndirilməsi Direktorluğunun sabiq direktoru Lars Karlsson respublikamızda yenidən olmağından məmnunluğunu ifadə etmiş, həqiqətən, Azərbaycanın sürətli inkişaf tempi ilə irəlilədiyini vurğulamış, əsl iqtisadi tərəqqinin şahidi olduğunu bildirmişdir.

Azərbaycan Gömrük Xidmətinin inkişaf tendensiyasından razılıqla söhbət açan L.Karlsson ölkəmizin region üçün bir nümunə olduğunu qeyd etmiş, DGT-nin fəal üzvlərindən biri olan respublikamızın gömrük sisteminin birgə əməkdaşlıq nəticəsində daha qlobal və dünya ölkələri sırasında inkişaf tendensiyasına görə fərqlənən  bir quruma çevriləcəyinə ümidvar olduğunu bildirmişdir.

Sonra DGK-nın  sədri Aydın Əliyev Dövlət Gömrük Komitəsinin və Bakı şəhərində yerləşən DGT-nin potensialın gücləndirilməsi üzrə Avropa regional ofisinin dəstəyi ilə çap edilmiş Lars Karlssonun "The Stairway-Rəsmi olaraq icazə verilən etibarlı qlobal təchizat zəncirinin idarə edilməsi; Dəyişən dünyada gömrük mühiti üçün kadr potensialının gücləndirilməsi" kitabının Azərbaycan və rus dillərində olan nümunələrini müəllifə təqdim etmişdir.

Bu nəşrlər Azərbaycan Gömrük Xidməti tərəfindən Müstəqil Dövlətlər Birliyi üzv ölkələrin gömrük xidmətlərinə, eləcə də respublikamızın ali təhsil ocaqlarına, kitabxanalara təmənnasız olaraq paylanmışdır.

Görüşdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyi və İsveç Krallığının "KGH Sərhəd Xidmətləri" qrupu arasında müqavilə imzalanmışdır.

Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyev və İsveç Krallığının "KGH Sərhəd Xidmətləri" qrupunun icraçı direktoru Patrik Heinesson imzalamışlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!