25 May 2025 08:05
1189
SİYASƏT
A- A+
Dost ölkə, etibarlı tərəfdaş və qarşılıqlı etimad

Dost ölkə, etibarlı tərəfdaş və qarşılıqlı etimad


Azərbaycanla Macarıstanı bir-birinə bu qırılmaz tellər bağlayır 


Dünyanın inkişaf etmiş ölkələri ilə iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində önəmli yer tutur. Başqa ölkələrlə yanaşı, Azərbaycan Macarıstanla da əksər sahələrdə qarşılıqlı əməkdaşlıq şəraitində sıx əlaqələr qurub. 

İki dövlət və xalq arasında bir çox oxşarlıq, tarixi köklər sarsılmaz tərəfdaşlığın inkişafına böyük təkan verib. Arxada qalmış illər ərzində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri, habelə siyasi, iqtisadi, humanitar sahələri əhatə edən mühüm sənədlərin imzalanması əməkdaşlığın çoxşaxəli inkişafında yeni mərhələlərə yol açır, dostluğu, mehribanlığı, qarşılıqlı etimadı daha da möhkəmləndirir.

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr ötən əsrin sonlarından başlamışdır. 26 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 27 aprel 1992-ci ildə qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi fəaliyyətə başlayıb. Əlaqələrin dinamik inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə daha mühüm rol oynayıb. İki ölkə arasında olan mövcud əlaqələr 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib. Macarıstanla əlaqələr, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edir. Bu əlaqələr ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, mehribanlaşdırır. 

Prezident İlham Əliyevin mayın 20-də Baş nazir Viktor Orbanın dəvəti ilə Avropa İttifaqının üzvü olan Macarıstana səfəri ölkələrimiz arasında əlaqələrin tarixində çox mühüm hadisə oldu. Macarıstana işgüzar səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin Budapeştdə Baş nazir Viktor Orbanla geniş tərkibdə görüşü keçirildi. Görüş başa çatandan sonra liderlər mətbuata bəyanatla çıxış etdilər. Viktor Orban çıxışında iki ölkə arasındakı əlaqələrin daim genişləndiyindən söz açaraq Azərbaycana olan xoş münasibətini xüsusi olaraq vurğuladı: "Siyasi sahədə, enerji məsələsində nə zaman çətinliklə üzləşsək, Prezident İlham Əliyevi yanımızda görmüşük". 

Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında Macartıstan-Azərbaycan əlaqələrinin uğurlu inkişafını və onların dostluq, mehribanlıq xarakterini yüksək qiymətləndirdi. Macarıstanın Türk Dövlətləri Təşkilatı sammitinə müşahidəçi dövlət kimi evsahibliyi etməsini bu ölkənin öz tarixi kökləri ilə sıx bağlı olduğunu nəzərə çatdıran dövlətimizin başçısı bildirdi: "Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Macarıstan və Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik".

Görüş zamanı Prezident İlham Əliyev Azərbaycan-Macarıstan münasibətlərinin keçmişdə də qarşılıqlı dəstək, inam, tərəfdaşlıq və dostluğa əsaslandığını vurğuladı: "Münasibətlərimizin artıq yaxşı tarixi var. Bu, qarşılıqlı dəstək və etimad, eləcə də tərəfdaşlıq və dostluq tarixidir. Bu, həqiqətən, böyük zənginlikdir. Buna görə biz hazırda əməkdaşlığın yeni sahələrini araşdırırıq. Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yaranıb". Dövlətimizin başçısı çıxışı zamanı onu da xüsusi olaraq qeyd edib ki, "Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq".

Bu möhkəm dostluğa, qarşılıqlı sıx əməkdaşlığa əsaslanıb böyük əminliklə demək olar ki, Macarıstan və Azərbaycan iki dost və etibarlı tərəfdaş ölkələr kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi bir-birindən əsirgəməyəcək. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan və Macarıstan arasında olan möhkəm dostluq əlaqələri həm ölkələrimiz, həm də Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı dövlət başçılarının Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etməsi bir daha möhkəm təmələ əsaslanan münasibətlərimizin gələcəkdə daha da inkişaf edəcəyini bütün dünyaya göstərdi. Nümayiş etdirdi ki, Azərbaycan-Macarıstan əlaqələri bundan sonra da hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!