25 Noyabr 2023 17:40
2601
Səhiyyə
A- A+

Dörd həftə ərzində Avropada koronavirusa yoluxma hallarının sayı 18, ölüm hallarının sayı isə 49 faiz azalıb  

 

Oktyabrın 23-dən noyabrın 19-dək dünyada 519 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 2,4 mindən çox insan ölüb. Ümumilikdə dünyada yoluxma hallarının sayı ötən dörd həftə ilə müqayisədə 13 faiz, ölüm hallarının sayı isə - 72 faiz azalıb. Eyni zamanda, Qərbi-Sakit Okean regionunda yoluxma hallarının sayının 14 faiz artması qeydə alınıb, Afrikada və Şərqi Aralıq Dənizində ölüm hallarının sayı müvafiq olaraq 167 faiz və 12 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində deyilir.

ÜST-nin məlumatına görə, dünyada dörd həftə ərzində 519 399 yoluxma halı və 2 456 ölüm halı aşkar olunub.

ÜST-nin məlumatları regionlarda yoluxma və ölüm halları ilə bağlı vəziyyətin müxtəlifliyindən xəbər verir. Qərbi-Sakit okean regionunda COVID-19-un yeni hallarının sayı dörd həftə ərzində 14 faiz artıb, ölüm hallarının sayı isə 38 faiz azalıb. Avropada yoluxma hallarının sayının 18 faiz, ölüm hallarının sayı isə 49 faiz azalması qeydə alınıb. Afrikada yoluxma hallarının sayının 14 faiz daha az olması qeydə alınıb, lakin ölüm hallarının sayı 167 faiz artıb. Şərqi Aralıq Dənizində yoluxma hallarının sayının 19 faiz daha az olması qeydə alınıb, ölüm hallarının sayı isə 12 faiz artıb.

Dörd həftə ərzində ən çox - 121 482 yoluxma halı Rusiyada aşkar olunub. Daha sonra İtaliya (104 165), Sinqapur (65 021), Avstraliya (34 635) və Polşa (21 876) yer alıblar. İtaliyada ən çox – 597 ölüm halı qeydə alınıb. Ondan sonra İsveç (372), Rusiya (250), İran (158) və Çexiya (112) qərarlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video