29 Mart 2024 15:08
188
DÜNYA
A- A+

Heç kimi qorxutmaq istəmirəm, amma müharibə realdır - Nazirdən açıqlama

 

"1945-ci ildən bəri ilk dəfədir ki, Avropada müharibə yenidən real olur: biz hazırda "müharibə öncəsi dövrə gedirik".

"Azərbaycan" qəzeti xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bu vəzifəyə seçildikdən sonra beynəlxalq mediaya ilk müsahibəsində deyib.

Polşa Baş naziri Rusiyadan artmaqda olan təhdidlərdən narahatlığını bildirib.

"Müharibə artıq keçmişin anlayışı deyil, hər bir ssenari mümkündür və biz yeni dövrün gəlişinə zehni olaraq öyrəşməliyik, yəni müharibə qabağı dövrə. Mən şişirtmirəm. Bu, gündən-günə daha çox nəzərə çarpır. Bu səbəbdən Avropa müdafiə sahəsinə daha çox sərmayə qoymalı olacaq, lakin indi prioritet Ukrayna üçün texnika və sursat almaq üçün mümkün qədər çox xərcləməkdir, çünki biz İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən kritik anı yaşayırıq və əgər Ukrayna uduzsa, Avropada heç kim özünü təhlükəsiz hiss edə bilməyəcək", - Polşanın hökumət başçısı bildirib.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video