28 Avqust 2026 11:22
190
DÜNYA
A- A+
Donald Tramp: "Rusiyanın NATO ölkələrinə hücumundan rahatsız deyiləm"

Donald Tramp: "Rusiyanın NATO ölkələrinə hücumundan rahatsız deyiləm"


ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO ölkələrinə hücumundan rahatsız olmadığını bildirib. Bu onun müttəfiqlərin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya gizli səfəri ilə bağlı nigarançılığına cavabı olub. 

Alyans hesab edir ki, Retkliff Kremli NATO ölkələrinə qarşı təxribatlar barədə xəbərdar etmək üçün təcavüzkar ölkəyə səfər edib. Bu barədə "Axios" nəşri jurnalistlərlə Donald Tramp arasında telefon danışığından sonra məlumat verib. Amerika Prezidenti Retkliffin səfər zamanı Moskvaya xəbərdarlıq etdiyini təkzib edib.

D.Trampın sözlərinə görə, Rusiya Şimali Atlantika Alyansının ərazisinə hücum etməyəcək: "Putinin NATO ərazisinə hücum etmək niyyəti yoxdur".

D.Trampın mövqeyi ABŞ-nin Avropa müttəfiqləri arasında artan rahatsızlıq fonunda ortaya çıxıb. Avropa liderləri açıq şəkildə xəbərdarlıq ediblər ki, Moskva NATO-nun üzvlərini müdafiə etməyə hazırlığını, xüsusən də məhdud hücum və ya digər hərbi təxribatlar vasitəsilə sınamağa cəhd edə bilər.

ABŞ Prezidentinin dediyinə görə, MKİ direktoru Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ilə görüşüb. O, MKİ direktorunun səfərini "adi iş" adlandırıb və burada qeyri-adi bir şey görmədiyini bildirib: "Retkliff rusiyalı həmkarı ilə hər altı aydan bir və ya ildə bir dəfə görüşür. Onların çox yaxşı münasibətləri var. Görüş zamanı heç bir xəbərdarlıq olmayıb və qeyri-adi bir şey baş verməyib". Bununla D.Tramp ABŞ-nin Retkliffin səfərindən Rusiyanı NATO ölkələrinə qarşı potensial hərəkətlərdən çəkindirmək üçün istifadə edə biləcəyi barədə məlumatları faktiki olaraq təkzib edib.

Rusiya öz növbəsində ABŞ liderini dəstəkləyib və hadisələrlə bağlı onun versiyasını təsdiqləyib. Sergey Narışkinin sözlərinə görə, danışıqlar "işlərinin adi bir hissəsi" idi və görüş zamanı "qeyri-adi heç bir şey" baş verməyib. S.Narışkin həmçinin tərəflərin "kəşfiyyat məsələlərini" müzakirə etdiyini bildirib. O, danışıqların digər detallarını açıqlamayıb.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şükürbəyli və Horovluda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2  

12:17
28 Avqust

Qazaxıstan hökuməti istefaya gedib

12:05
28 Avqust

Şükürbəyli və Horovlu kəndlərinə növbəti köç yola salınıb

12:00
28 Avqust

Yeni dərs ili ilə əlaqədar Samuxda şəhid övladları ilə görüş keçirilib

11:55
28 Avqust

Norveç kralı vəfat edib

11:50
28 Avqust

Baş prokuror Yasamal rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

11:45
28 Avqust

Trampın tapşırığı ilə MKİ rəhbəri Moskvada məxfi görüş keçirib  

11:40
28 Avqust

Azərbaycan və Özbəkistan mərkəzi bankları maliyyə ekosisteminin formalaşdırılmasını müzakirə edib

11:40
28 Avqust

Norveç kralı V Harald 89 yaşında vəfat edib  

11:37
28 Avqust

Yarımkölgəli Ay tutulması başa çatıb YENİLƏNİB  

11:35
28 Avqust

Qadın voleybolçularımız C qrupunda son oyununu keçirəcək

11:33
28 Avqust

Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə Türk Şəhidliyi ziyarət olunub

11:29
28 Avqust

Donald Tramp: "Rusiyanın NATO ölkələrinə hücumundan rahatsız deyiləm"

11:22
28 Avqust

"Bosniya qəssabı" Ratko Mladiç öldü

11:20
28 Avqust

Ötən gün narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib

10:56
28 Avqust

Kiberdələduzluğun yeni üsulları - DİN çağırış edir

10:51
28 Avqust

Bakıda küləyin sürəti saniyədə 23 metrədək güclənir - FAKTİKİ HAVA

10:43
28 Avqust

Restoranlarda servis haqqı olmalıdırmı?

10:27
28 Avqust

ANA

10:20
28 Avqust

Qızıl və gümüş ucuzlaşıb

10:18
28 Avqust

Neft qiymətləri azalır

10:16
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!