08 Dekabr 2022 12:38
431
CƏMİYYƏT
A- A+
Dolaşma sıldırım sal qayalıqda, daşlar ayağını əzər, maralım

Dolaşma sıldırım sal qayalıqda, daşlar ayağını əzər, maralım

 

Şahdağ Milli Parkının yaradılmasından 16 il keçir. Milli Park ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli Sərəncamı ilə yaradılıb. İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərini əhatə edən, Cənubi Qafqazda ən böyük əraziyə malik olan Şahdağ Milli Parkı özünəməxsus rəng çalarları ilə ilin hər fəslində gözəldir.

Şahdağ Milli Parkına səfər edən AZƏRTAC-ın əməkdaşının reportajını təqdim edirik.

Qarlı-şaxtalı soyuq dekabr ayı. Yolumuz Şahdağ Milli Parkının İsmayıllı bölməsinədir. Park ərazisinə çatmaq üçün Qaraməryəm-İsmayıllı-Şəki yolundan Buynuz kəndinə yön alırıq. Bir qədər kənd ərazisi ilə getdikdən sonra parkın ərazisinə çatırıq. Ümumi ərazisi 130508 hektar olan Şahdağ Milli Parkının 44 min hektarı İsmayıllı bölməsinin payına düşür.

Ərazidə müxtəlif növ heyvanlar yaşasa da, bənzərsiz gözəlliyi ilə seçilən nəcib marallardan söz açacağam. Hündür ayaqlara, qısa quyruğa, yaraşıqlı görkəmə malik, qulaqları uzun və hərəkətli olan bu heyvanlara əbəs yerə dağlar və meşələr gözəli adı verilməyib. Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi tanıdır. Müxtəlif landşaftlarda yaşamaq qabiliyyətinə malik olan bu marallar kiçik dəstələrlə gəzir. Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş marallar keçmiş dövrlərdə Böyük və Kiçik Qafqazın, həmçinin Talış dağlarının meşələrində, Kür və Araz çaylarının tuqay meşələrində saysız-hesabsız olsa da, təəssüf ki, indi bunu demək olmur.

Şahdağ Milli Parkının İsmayıllı bölməsinin sahə müfəttişi Rəfael Musayevin sözlərinə görə, illik monitorinqlərə əsasən, hazırda ölkəmizdə 800-ə yaxın nəcib maral var. Bu heyvanların sayının artırılması məqsədilə Şahdağ Milli Parkının İsmayıllı bölməsinə yeni marallar gətirilib. Maralların sayı burada artırıldıqdan sonra İsmayıllı bölməsi də daxil olmaqla, digər ərazilərə buraxılacaq.

“Hazırda olduğumuz yer maralların adaptasiyası üçün nəzərdə tutulub. Bu heyvanlar gündəlik olaraq həkimlərin nəzarətindədir. Onların yemi, suyu, qulluğu təşkil olunur. Maralların bu ərazidə qalma müddəti çox güman ki uzun çəkəcək. Adaptasiya və çoxalma dövrü bu ərazidə olacaq, sonra digər ərazilərə aparılacaq. Ona görə də yəqin ki, marallar uzun müddət bu ərazidə qalacaq”, - deyir sahə müfəttişi.

Milli Parkın İsmayıllı bölməsinin direktor müavini Cəmil Rzazadə isə bildirib ki, noyabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində nəcib maralların reintroduksiyası layihəsi çərçivəsində ilk maralların buraxılması mərasimi keçirilib. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən reintroduksiya layihəsi nəcib maralların ilkin olaraq Şahdağ Milli Parkında xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçməsini, sonra ölkənin müxtəlif bölgələrində maralın tarixən məskunlaşdığı yerlərdə təbiətə buraxılmasını nəzərdə tutur.

O deyib: “Marallar Qırmızı Kitaba daxil edilib. Reintroduksiya layihəsi çərçivəsində parkın İsmayıllı bölməsinin ərazisinə 3-ü dişi, 1-i erkək olmaqla, 4 maral buraxılıb. Layihənin məqsədi maralların əraziyə adaptasiyası, artırılması, tarix boyu məskunlaşdığı digər ərazilərə yenidən qaytarılması, Azərbaycan ərazisində populyasiyasının artırılmasından ibarətdir”.

Maralların cütləşmə dövrü sentyabr-noyabr aylarını əhatə edir. Adətən 1, bəzən də 2 bala verən maralların erkək fərdlərində hər il köhnə buynuzlar düşür, yeni buynuzlar inkişaf edir. Yerli iqlimə rahat uyğunlaşa bilən bu marallar şaxtalı havalara da dözümlüdür.

Bəli, ölkəmizdə nəsli tükənmək üzrə olan heyvanların artırılaraq yenidən Azərbaycan təbiətinə qazandırılması təqdirəlayiq haldır. Bizim üzərimizə isə bu heyvanları qorumaq düşür. Mikayıl Müşfiqin “Maral” şeirində dediyi kimi:

“Dolaşma sıldırım sal qayalıqda,

Daşlar ayağını əzər, maralım!

Gəl səni bəsləyim gözümün üstdə,

Еtmə aşiqindən həzər, maralım!”.

Xatırladaq ki, Şahdağ Milli Parkının ərazisində Avropa cüyürü, canavar, Hindistan tirəndazı, qonur ayı, Qafqaz köpgəri, çaqqal, tülkü, dovşan, zubr, nəcib maral və digər heyvanlar mövcuddur. İlin bütün fəsillərində bura turist kimi gəlməklə bir çox heyvanı yaxından görmək mümkündür.

Xüsusi mühafizə edilən təbiət ərazilərindən olan, dağlıq və dağətəyi landşaftı ilə seçilən, füsunkar gölləri və şəlalələri ilə göz oxşayan Şahdağ Milli Parkının yaranması günü ilə əlaqədar, hər il olduğu kimi, bu il də dekabrın 8-də parkda “açıq qapı” günü keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!