30 Aprel 2024 18:27
173
CƏMİYYƏT
A- A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

 

Aprelin 30-da Dövlət Sərhəd Xidməti (DSX) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsində tədbir keçirib.

DSX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu dövlət-din münasibətlərinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən hazırda da yüksək səviyyədə davam etdirilməsi, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi xüsusi vurğulanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İlahiyyat İnstitutunun nümayəndələri “Dinin siyasətləşdirilməsinin milli dövlətçiliyimizə təhlükələri” mövzusunda və bu istiqamətdə aparılan maarifləndirmə işlərinin vacibliyi haqqında çıxış ediblər.

Davam edən tədbirdə hərbi qulluqçuları maraqlandıran suallara cavab verilib, məzhəb ayrı-seçkiliyi və məzhəblərarası fitnənin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi göstərilib.

Sonda qonaqlar hərbi hissədə yaradılmış şəraitlə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video