Dilçilik İnstitutunun illik hesabatı dinlənilib
Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının illik hesabatı dinlənilib. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İclasda Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu elmi müəssisədə tədqiqat işlərinin “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” əsasında aparıldığını bildirib.
Sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli 2017-ci ildə görülən işlər barədə geniş hesabatla çıxış edib. O bildirib ki, 2017-ci il ərzində institut əməkdaşlarının 4 kitabı, 32 monoqrafiyası (1-i xaricdə), 35 dərs vəsaiti, 142 məqaləsi (103-ü ölkə daxilində və 39-u xaricdə) çap olunub.
Qeyd olunub ki, 2017-ci il aprelin 19-dan 21-dək İstanbulda keçirilən III Türk dili və ədəbiyyatı qurultayında AMEA Nəsimi adına Dilçilik İnstitutunun üç alimi iştirak edib. Qurultayda akademik Möhsün Nağısoylu “Orta əsr türk lüğətçiliyi tarixinə bir baxış” mövzusunda məruzə ilə çıxış edib. Həmçinin M.Nağısoylu qurultayın birinci bölməsinin sədri kimi iclasa rəhbərlik edib.
Bundan başqa, bu ilin sentyabr ayında Rumıniyanın Buxarest şəhərindəki Bukreş Universitetində XII Beynəlxalq Böyük Türk Dil Qurultayında Dilçilik İnstitutunun bir qrup əməkdaşı iştirak edib.
İclasda, həmçinin institutda keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumatlar da diqqətə çatdırılıb.
Daha sonra hesabat ətrafında müzakirələr aparılıb. İllik hesabatı institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru dosent Aynel Məşədiyeva hazırlayıb.
İclasda çıxış edən akademik Nizami Cəfərov institutun illik hesabatını çox yüksək qiymətləndirib. Vurğulayıb ki, Dilçilik İnstitutunun hər bir əməkdaşı daim mətbuatda və televiziyada çıxış edir. Bunlar da institutun hesabatıdır.
Sonda N.Cəfərov təkliflərini səsləndirib. Bildirib ki, türk dillərinin müqayisəli qrammatikası yazılmalı, türk mənşəli sözlərin yazılış qaydaları müəyyənləşdirilməli, rəsmi sənədlərdə şəxs adları soyaddan əvvəl yazılmalıdır. Bu model Dilçilik İnstitutu tərəfindən müəyyənləşdirilməlidir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!