Dənəsi özündən də faydalı meyvə
Zəngin kimyəvi tərkibə malik üzüm olduqca faydalı meyvədir. Onun tərkibində orqanik turşular, vitaminlər (A, C, B6), fol turşusu, antioksidantlar, minerallar (sink, dəmir, mis, kalium, maqnezium) və digər orqanizm üçün mühüm əhəmiyyətə malik maddələr var.
Üzüm ürək-damar sistemi üçün ən faydalı meyvələrdən biri sayılır. Ürəyin fəaliyyətini yaxşılaşdırır, damarlarda trombların əmələ gəlmə riskini azaldır, damarları genişləndirir, qanda "pis” xolesterinin səviyyəsini aşağı salır, qanazlığı zamanı kömək edir. Ürək üçün qara üzüm daha faydalıdır. Ümumiyyətlə, üzümün tünd növləri insan sağlamlığı üçün ağ üzümlə müqayisədə daha faydalı sayılır.
Qaraciyəri təmizləyən, fəaliyyətini yaxşılaşdıran, möhkəmləndirən şəfalı meyvə falvonoid maddələrlə çox zəngindir. Bu maddələr güclü antiokidantlardır - orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin inkişafının riskini azaldır. Sidikqovucu təsirə malik olan üzüm böyrəklərin sağlamlığını da qoruyur. Faydalı meyvə sinir sisteminə də çox müsbət təsir edir - gərginliyi və yorğunluğu azaldır, əhvali-ruhiyyəni yaxşılaşdırır. Üzüm ağciyərlərin və nəfəs yollarının vəziyyətini yaxşılaşdırır. Bu səbəbdən üzüm nəfəsalma sistemində problemləri olan və həmçinin siqaret çəkən insanlar üçün də çox faydalıdır. İmmun sistemini möhkəmləndirir, infeksiyalara qarşı davamlılığını artırır.
Üzüm yedikdə çəyirdəkləri atmayın, onları çeynəyib udun. Sübut olunub ki, üzüm çəyirdəklərinin tərkibində olan maddələr xərçəngəleyhinə təsirə malikdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!